Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Azərbaycan beynəlxalq musiqili yarışmasında iştirak edəcək

Qazaxıstanda "Silk Way Star" (“İpək yolunun ulduzları”) beynəlxalq musiqi yarışması keçiriləcək.

Sentyabrda 30-da start veriləcək yarışmada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və digər ölkələrdən ifaçılar iştirak edəcəklər.

Naxcivantv.az xəbər verir ki, “Qazaxıstan QRTR” Səhmdar Cəmiyyəti tərəfindən keçirilən beynəlxalq musiqili yarışması iştirakçı ölkələrin televiziya kanallarında yayımlanacaq.

Layihənin konsepsiyasına əsasən iştirakçılar təmsil etdikləri ölkələrin mahnıları ilə yanaşı, qazax bəstəkarlarının da mahnılarına müraciət edəcəklər.

Yarışmanın münsiflər heyətində beynəlxalq səviyyədə tanınan məşhur müğənnilər və prodüserlər yer alıb.

Üç ay davam edəcək layihənin sonunda qalib iştirakçıların və dəvət olunmuş ulduzların iştirakı ilə qala-konsert təqdim olunacaq.

www.naxcivantv.az