Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-110, Kiçik Qafqazın çaylarında 30-100, Lənkəran-Astara bölgəsi çaylarında 20-40 və Naxçıvan Muxtar Respublikası çaylarında isə 130 faizini təşkil edir.

Naxcivantv.az xəbər verir ki, sentyabrın 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 67 kubmetr olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 208 kubmetr təşkil etməklə ongünlük normanın 150 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 12,5 kubmetr olmaqla ongünlük normanın 13 faizini təşkil edir. Ötən il isə həmin göstərici saniyədə 58 kubmetr təşkil edərək ongünlük normanın 60 faizinə bərabər olub.

 

www.naxcivantv.az