Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Avropada yaradılan “AZE Nakhchivan SK” futbol klubunun təqdimatı olub

Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüsü ilə yaradılan “AZE Nakhchivan SK” futbol klubunun mərkəzi ofisində klubun tanıtım tədbiri keçirilib.

Naxcivantv.az xəbər verir ki, görə tədbirdə yerli futbol həvəskarları, futbol mütəxxəsisləri,  Türkiyə təşkilatlarının təmsilçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan klubun rəhbəri Aydın Karaca Naxçıvan Muxtar Respublikası haqqında qonaqlara məlumat verdi. Bu bölgənin zəngin tarixindən, önəmli coğrafi mövqeyindən, naxçıvanlıların qonaqpərvərliyi, dostluğa münasibətindən, son dönəmlər Naxçıvanda həyata keçirilən islahatlardan, blokadada olmasına baxmayaraq yerli imkanlar hesabına əldə edilən uğurlardan söz açmış , bu bölgənin İranla Türkiyə arasında yerləşən strateji əhəmiyyətli bir muxtar vilayət olduğunu qeyd edib.

Daha sonra klubun gələcək planları, komandanın qurulması ilə bağlı strategiyasından danışan klubun sportif müdiri Zafer Özcan , klubumuzun demokratik prinsiplər əsasında idarə olduğunu qeyd etmiş, klubun yararlı təkliflər üçün hər zaman xoş niyyətli olduqlarını iştirakçıların diqqətinə çatdırıb. Daha sonra təqdimatın sorğu sual bölümünə  keçilmiş iştirakçılar həm Naxçıvanla bağlı suallarını eyni zamanda klubla bağlı suallarını təşkilatçılara ünvanlayıb.

Sonda DAA prezidenti Rəşad Quliyev komandanın adının Naxçıvan adlanmasının səbəbləri ilə bağlı mövzuya toxunaraq buna aydınlıq gətirdi. Belə ki, bu bölgənin tarixən təcavüzə, iqtisadi, ticari, siyasi blokadaya məruz qaldığını bölgənin zənginlikləri ilə bağlı geniş ictimaiyyətə məlumat verməyin vasitələrindən birinin də məhz idman olduğunu qeyd etmişdir. Gələcəkdə “AZE Nahchivan” klubunu professional səviyyəyə gətirərək Naxçıvanın adının dillər əzbərinə çevirəcəklərindən əminliyini bildirmişdir.Təbii ki, gələcəkdə dəstəyimiz olarsa klub Avropada səs gətirəcək bir komandaya çeviriləcəkdir. Gələnlərə təşəkkür edərək, təşkilati işlərdə öz dəstəklərini göstərənlərə  minnətdarlığını bildirdi.

Sonda Naxçıvanla bağlı video rolik göstərildi və qonaqlara axşam yeməyi verildi.

www.naxcivantv.az