Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində növbəti xarici dil kursları başlayıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri  Yanında  Gənclər Fondunun təşkilatçılığı ilə sentyabr 20-dən növbəti xarici dil kurslarına start verilib. Kurslar 80-dən çox  gənc iştirak edir.

Naxcivantv.az xəbər verir ki, artıq 2014 cü ilin aprel ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər mərkəzində ingilis, rus və fransız dilləri üzrə kurslar keçirilir.

Gənclər Fondunun əməkdaşı Rəsul Babayev bildirib ki, kurslar Gənclər Fondunun dəstəyi ilə keçirilir. Kursumuzda indiyədək 1600-ə yaxın gənc qeydiyyatdan keçmiş, bunlardan 372 gənc kurslarımızda iştirak etmiş, 122 gənc isə  müvəffəqiyyətlə bitirərək sertifikat almışlar. Kursların müddəti 5 aydır və həftədə üç dəfə, bir saat yarım olmaqla, müasir avadanlıqlarla təchiz edilmiş linqafon kabinələrdə tədris edilir.  

Kursun sonunda iki mərhəldən ibarət imtahan təşkil edilir. 1-ci mərhələdə yazı və şifahi nitq vərdişləri, 2-ci mərhələdə isə bütün proqramı əhatə edən elektron imtahan veriblər.İmtahanları müvəffəqiyyətlə keçənlərə sertifikatlar təqdim edilir. Kurslarda iştirak etmək istəyənlər Naxçıvan şəhərindəki Gənclər Mərkəzinə müraciət edə bilərlər.

Qeyd edək ki, kurslar dövlət hesabına keçirilir və bütün sahələr üzrə çalışan, təhsil alan, bir sözlə  hər bir gənc iştirak edə bilər.  

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində növbəti xarici dil kursları başlayıb

                             

                                         Kənan Cəlilov

NTV Xəbər

 

www.naxcivantv.az