Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Koreyanın memarlıq şirkəti dünyada ilk dəfə olaraq gözlə görünməyən göydələnin layihəsini hazırlamaq niyyətindədir.

Naxcivantv.az infuture.ru saytına istinadla bildirir ki, Seuldan 30 kilometr aralıda yerləşən beynəlxalq aeroportun yaxınlığında tikiləcək bina qabaqcıl texnologiya və mürəkkəb işıqlandırma sisteminin köməyilə (LED texnologiyası) görünməz olacaq.

Layihə müəllifi Çarlz Linin fikrincə, göydələnin aeroporta yaxınlığı və gözəgörünməzliyi təyyarələrin uçuş cədvəlinə maneçilik törətməyəcək. Gözəgörünməz binanın şəhərə gələn turistlərin də diqqətini cəlb edəcəyi şübhəsizdir.

www.naxcivantv.az