Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvanqaz” İstehsalat Birliyinin şöbə müdiri Əli Səfərli naxcivantv.az-a bildirib ki, bir neçə gündür Şahbuz şəhərində yeraltı keçidlər analizatorlar vasitəsilə yoxlanılır, korroziyaya uğramış borular yenilənir, keyfiyyətsiz xətlər tamamilə dəyişdirilir. 

Şəhərin müxtəlif küçələrində yağış və sel suları nəticəsində torpaq altında qalmış boru xətləri qazılaraq çıxarılır və xətlərin yerləri dəyişdirilir.

Hazırda Şərur rayonunun Dəmirçi, Culfa rayonunun Yaycı kəndlərində və Babək rayonunun Babək qəsəbəsində də korroziyaya uğramış yeraltı keçidlər yerüstü keçidlərlə əvəz edilir. Naxçıvan şəhərinin Tumbul kəndinin qaz xətlərində də təmir-bərpa işləri aparılır.

Görülən işlər soyuq qış günlərində  istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təminatında əhəmiyyətli rol oynayacaq.  

                                                             

 Turab Hacızadə

NTVxəbər

Bənzər məqalələr

 

www.naxcivantv.az