Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarın 4 cildlik "Seçilmiş əsərləri"nin  birinci cildi  və "Bir ömrün nəğməsi" adlı şeir kitabları  çap olunub. 

 Şairin "Seçilmiş əsərləri"nin birinci cildindəki kitabına vətənpərvərlik mövzusunda yazdığı şeirləri, poemaları, "Midiyanın süqutu" və "Amansız intiqam" mənzum dramları daxil edilib. Şairin "Bir nurlu heykəl yarat", "Hücum əmri ver mənə", "Naxçıvanım-göz nurum" şeirləri bu cilddə  çap olunub. "Qisas qiyamətə qalmaz", "Sarı gəlinlər", "Tacmahal" kimi poemaları da oxucular tərəfindən maraqla oxunur. Ümumiyyətlə, kitabdakı əsərlərin hər birində  azərbaycançılıq, vətənə sevgi, məhəbbət duyğuları ön plana çəkilib.

  "Bir ömrün nəğməsi" kitabına isə şairin məhəbbət  mövzusunda yazdığı şeirlər və "Talesizlər" poeması daxil edilib. Saf məhəbbət, insanın ülvi duyğuları kitabdakı nümunələrin əsas qayəsidir.

 Hər iki kitab "Əcəmi" Nəşriyyat-Poliqrafiya  Birliyində nəşr olunub.

 Qeyd edək ki, Asim Əliyev (Asim Yadigar) 40 ildən artıqdır ki, bədii yaradıcılıqla  məşğuldur. 30-a yaxın  qəzet və jurnalda, 26 ədəbi almanaxda şeirləri dərc olunub.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/news/634-sair-asim-yadigardan-oxucular-na-daha-iki-h-diyy.html?tmpl=component&print=1&layout=default&page=#sigProIded20f8cc64
                                                        

 

   Novruz Məmmədov

NTVxəbər

www.naxcivantv.az