fizzebagirovaNaxçıvan televiziyasının əməkdaşı Fizzə Bağırovanın Şahbuz rayonunun “Oğuz səsi” qəzetində “Saç ağartdın, ömür tükətdin söz yolunda – Məmməd Araz” adlı məqaləsi dərc olunub.

Naxcivantv.az həmin məqalənin aktuallığını nəzərə alaraq sizə təqdim edir:

Saç ağartdın, ömür tükətdin söz yolunda– Məmməd Araz

Şairlər xalqının səsidir, deyirlər. Asan deyil axı, həm xalqın ağrısını, acısını çəkəsən, əm də onu qələmə alasan, elə hey yazasan, dağ ürəkli, aş ürəkli olasan gərək. Elə onun da bəxtinə xalqının səsini ucaldanlardan olmaq yazılmışdı. “Yazda ölüm asan olur, Allah, yaza saxla məni”, -deyirdi Məmməd Araz. Kim bilir,bəlkə elə dərdləri özündən daha böyük olan dünyanı son dəfə gözəl görmək üçün idi bu arzu. 

Payızda gəlmişdi dünyaya, 84 il bundan öncə, bir oktyabr günü. Bəlkə də elə o vaxt “kimdəsə tez durub kiminsə uşağı qulağına daş atmışdı qoca dünyanın. Və elə oradaca pıçıldamışdı: dünyaya yeni bir dünya doğuldu”. Gündoğandan günbatana yayılmışdı bu xəbər. Arazlar, Həkərilər səsindən səs vermiş, qayalar məğrurluğundan, ildırımlar inadından pay vermişdi. Və hansısa bir  qarı bu xəbər elə-obaya yaymışdı. Və beləcə ,İnfil kişinin bir oğul övladı dünyaya gəlmiş, adını da Məmməd qoymuşdular.

Söz yolunda fəhlə idi əli qabar, dili qabar. Şum yerindən yığılmışdı misraları qabar-qabar. O, şeirin, şeiir onun özü idi. O, “mən də şeirin xidmətçisi, mən də şeirin iyəsiyəm”, deyən Məmməd Araz idi.

Vətən dərdini gündoğandan   günbatana hayqıranda dili büdrəmiş, yazının yaddaşına köçürmək istəyəndə əli əsmişdi.Ona görə də “Ölə-ölə yazmadın, yaza-yaza öldün”, Məmməd Araz. Əslində söənin ölümün ölümsüzlüyün ömrünü bir az daha uzatmaq üçün idi.

Səndən yazmaq istəyirəm. Baxışlarım dolaşır misralarının arasında. Şeirlərin hər bəndində, hər bərəsində çırpıntıları, harayı, arzuları duyuram. “Mən üsyandım, indi dözüm olmuşam”, deyən Arazın dözümünün səddini görürəm. Hədər yerə söyləməyiblər ki, şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşən şair deyəndə, ağıla ilk gələnlərdəndi Məmməd raz. Həyatının bütün ağrı-acısını ucqar bir dağ kəndində yaşayan o qarayanız uşağın  xalqın sevimli şairi mərtəbəsinə yüksələnə qədər yaşadıqları, uğradığı haqsızlıqlar, umu-küsü necə də sıralanıb bölgülərə, vəznlərə. 

“Bir şairin əsl bioqrfiyası şeirləridi”,  -deyirdin, şair. Kim daha yaxşı tanıdar səni şeirlərindən özgə...

Xəyaət nə, badalaq nə-tanımadım,

Qibtələr nə, həsədlər nə-uzaq, uzaq.

Paxır nədi, paxıllar nə-heç görmədim-

Və bunların hamısına qoşul deyən

      Təriflərə yem olmadım.       

memmedaraz

Bir şairin həyat və yaradıcılıq qayəsi bundan daha tutarlı necə köçürülərdi şeirin  yaddaşına. “Bu torpağın yumruq boyda daşı” olan şairin ürəyində, fikrində hansı hisslər, hansı fikirlər əbədilik  daşaşmadıki..“Fikrimin çəkisi çəkimdən ağır, dartmaq da çətindir, atmaq da çətin”. O fikirlər səni nə yazmağa, nə də rahat yaşamağa qoydu şairim. “Ağır bir sənətə könül bağladın,  bəxtinə dərdin də ağırı düşdü”. O dərdin adı sənin bənd-bənd, misra-misra dilə gətirdiyin “vətən dərdi” idi. Bəlkə elə bunun üçün “bu torpağa səpilməyə dən kimi açdın, bu torpağın dan yerində dəfn olunmağa bu qədər möhtac.”

“Mən sevgi səpmiş idim bu torpağa, bir ürəyə düşdümü heç bircə dənim?” nigarançılığı vard şair Arazın. O sevginin adı vətən, torpaq, yurd, el-oba idi. Ancaq bütün bunların içindən bir sevgi də öz ünvanına baş qaldırdı. İnsanların qəlbində əbədilik şeir-söz-Məmməd Araz sevgisi cücərdi. “Nə vaxtsa dünyanın duru dəmində yenidən dünyaya qayıdacağam”, əminliyi vardı əkilmiş o misralarda. Səsi torpağın səsinə köhlənmişdi, öz ömrünə, həyatına deyil, xalqının, vətəninin taleyi ilə birləşmişdi şair qələmi. O, artıq bir əşya deyil, “ox”, “nizə”,” söz yoldaşı”, “mübarizə”nin adı idi. Bəzənsə qələmi rəssam fırçasından daha yatımlı olurdu, şeirləri canlı tabloları əvəz edirdi. Nahaqdan deməyiblər ki, Məmməd Araz şeir yazmır, təbiətin şəklini çəkirdi...

      Gündoğandan günbatana qolumu açıb 

      Deyəm indi qalan ömrü zərrəsinəcən.

Ölümlərə baş əymədən yaşayacağam deyirdi, yaşadı da. Bir tək sözün qulluğunda durdu, bir tək poeziyaya baş əydi. Şeir yazmadı, şeirin özü oldu. “Yanın, işıqlarım”ı, “Sevgi nəğməsi”ni götürüb çıxmışdı bu dəvə yalın belinə. Ancaq özü də anlamışdı, bu yorğun yolçunun yolu yoxuşdu. Eləcə üzü qüruba getmişdi, üzü əbədiyyətə doğru. Xətainin qılıncından yoğrulmuşdu qələmi, söz-söz, kitab-kitab dirçəlirdi. 30-a yaxın kitab, çoxsaylı publisist yazılar, tərcüələr və ömrünün 30 ilini bağışladığı  “Azərbaycan təbiəti” jurnalı şair ömründə  geridə qalanlar sırasına yazıldı.

Söz yolunda ömür tükədən şairin ünvanına qibtələr də, həsədlər də az deyildi. Hər kəsin deyə bilmədiyini deməyin “cəzası” idi bəlkə də bu. Adını, imzanı asanlar, kölgəni qılınclayanlar, rəddini qazanlar vardı, şair. Və sən bunların fərqində idin. Sən öz dünyana- “Məmməd Araz dünyasına” qapıldın. O dünya ki,  onun ocağında bişən nemətlərdən sənin payına tüstü, his düşürdü. Ancaq sən yenə də vətən torpağına sığınırdın. “Kürək söykəyənin ana torpağa, haqqı yox ayrı bir təltif istəsin”. Qələmini gözünə çıraq eləmişdin, şair Araz. “Sapanda qoyulan beş-on illik daşdın, düyünlənib yönəlmişdin yad əməllərə”.

Vaxtın o vaxtı oldu ki,  “Vaxt olur götürüb kağız-qələmi, qaçmaq istəyirəm yer kürəsindən” hissinə qapıldın. Ancaq o anlarda belə üz tutduğun tək ünvan ana yurdun idi. Hədər yerə yazılmamışdı “Ana yurdum, ağuşuna tələsdim”. Tələsdin, elə dünyadan köçməyə də.

Şair qələmindən süzülən sözlər hələ mürəkkəbi qurumadan şeirsevənlərin ürəyinə hopdu məlhəm kimi. Ən çətin zamanlarda belə insanlar sənin şeirinlə silahlandı. Sənin şeirin “bir əsgər, bir general” ola bildi. Səsin bu torpağın səsinə köhləndi, şeirlərin vətəndaşlıq andı oldu, “gözün yatsa, kirpiyini oyaq saxla”,  deyib səngər, sərhəd oldun, yurda əl uzadan məkrli qüvvələrə. “Ayağa qalx, Azərbaycan” nidası vardı şeirlərində, xatırladırdın. Şair “bunu bizə zaman deyir, məzarından baş qaldıran babam deyir”. Və şair özündən əvvəl və sonra gələcək bütün nəsillərə səslənirdi, hayqırırdı, “səndən qeyri biz hamımız ölə billik, səndən qeyri biz hər şeyi bölə billik”. Özü hakim, özü dustaq olurdu, əli çatmayanda, ünü yetməyəndə özünü günahkar sayırdı, özünə hesabat verirdi, “Məni bağışlayan olarmı? Çətin”. 

Böyük insan, dahi şair, şeirimizin vətənpərvərlik məktəbi, Nəsimi harayının əks-sədası, Sabir cəsarətli, “Nizaminin, Füzulinin qoşunlarını” gələn nəsillərə çatdırmağa çalışan böyük söz ustadı, saç ağartdın, ömür tükətdin söz yolunda.

Xalq şairimiz haqqında yazılmış xatirələri, şairin publisistik yazılarını, əlyazmalarını varaqlayıram. Bir yazı diqqətimi çəkir, Məmməd Arazın əlyazmalarının içərisindən. “Əgər bir ölkənin başçısı sözü uca tutursa, yaradıcı insanların  əməyini dəyərləndirirsə, onda həyatın, yaşamağın mənası daha da artır”. Söhbət ədəbiyyatımızın böyük hamisi və bilicisi ulu öndər Heydər Əliyevdən gedir. Fikrin davamında yazır: “Qollarımdan əlli min dost əli yapışıb. Onlardan ən güclüsü, ən xeyirxahı məhz ölkə başçısı cənab Heydər Əliyevin əlidir”. Xalq şairinin həm şəxsiyyətinə, həm yaradıcılığına böyük diqqət göstərən ulu öndər 1995-ci ildə şairi ömür-gün yoldaşı ilə birgə dövlət hesabına Almaniyaya müalicəyə göndərmiş, şairi vətənin ən ali mükafatına “İstiqlal” ordeninə layiq görmüşdü. Məmməd Arazın yaşayışını, həyat tərzini daha da yaxşılaşdırmaq üçün  yeni müasir mənzil  ilə təmin etmişdir. Ancaq xalq şairinin həyatına,  yaradıcılığına olan diqqət hər gün bir az da  artdı. Bu gün istər ölkə başçısı, istərsə də  Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri tərəfindən şairin yaradıcılığına böyük ehtiram var. Xalq şairinin yaradıcılığına göstərilən dövlət qayğısının ən bariz nümunəsidir ki, Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin Sərəncamı ilə şairin dünyaya göz açdığı Nursu kəndində onun gözoxşayan Ev Muzeyi tikilərək Məmməd Araz ziyarətçilərinin istifadəsinə verilmişdir. 

heydereliyev

 Paytaxt Bakıda, həmçinin çox sevdiyi Naxçıvanda adının əbədiləşdirildiyi ünvanlar var.

“Mən uca dağlara babam demişəm,

 Ərköyün balayam dağlar yanında”,

deyən Məmməd Araz bu dağların ətəyində ünvan tapdı. Qələm dostuna müraciətlə yazdığı “Şair, qayalara, dağlara söykən”, əslində özünə məsləhəti  idi. “Körpülənin, ay Arazlar, məni qoymayın təklənəm”, deyib söykəndiyi yer də bura oldu. Və bu ad şair qələminə qoşuldu. Nursu öz şair oğlu ilə dünyanı gəzdi, dünya Nursunu Məmməd Arazın ürəyində, sənətinin sehrində gördü, tanıdı. Bəzən düşünürəm ki, ən böyük ekspozisiya zalı elə təbiətdi, ən dəyərli eksponat elə şairin bənd-bənd, misra-misra şeirləridi.

memmedarazƏgər gücüm çatsa, bu torpağı çiynimə alıb dünyanın sənət sərgilərinə çıxarardım, onda bu torpağın rəngləri ilə dünyanı heyrətləndirərdim”, deyirdi xalqın şairi. Məmməd Araz bu torpağı çiyninə alıb dünyanın şeir sərgilərinə çıxardı, sözün, fikrin gücüylə bu torpağın xəritəsini çəkdi. “Ürəyimi bu torpağa dəfn etdim, demək, nə zamansa bu torpaqda söz göyərəcək”, -deyirdi şair Araz. Yeni sözlər, yeni fikirlər göyərəcək. Ancaq hər zaman ilk xatırlanan məhz elə Məmməd Araz olacaq.

Məmməd Araz özündən əvvəl və özündən sonra yazan nəsil üçün poetik körpü oldu. Şairin şeirlərinə yazılmış şeirlər və şəxsiyyətinə həsr olunmuş məqalələr bəlkə də elə şairin özünün yazdığı qədərdir. Gələn nəsillər üçün bir növ ilham çırağı oldu şairin qələmindən süzülənlər. Sadəcə şairlərin,  yazıçılarınmı? Ürəyinin səsini dinləməyə çalışan hər kəsin. Daha neçə şair, rəssam, heykəltəraş Məmməd Arazdan bəhrələnəcək. Hələ biz Məmməd Araz dühasının izlərini çox görəcəyik, eşidəcəyik. Ancaq nə zamansa,  hansısa bir rəssam sözün şəklini çəkməyə çalışsa, mütləq o tablodan Məmməd Araz boylanacaqdır.  

Vətəndən ilham aldı, vətəndən yazdı, yazıb-yaratdıqları da vətənə qaldı. “Vətənə qaldısa, yada qalmadı”, dedi şair M.Araz.

Əsl poeziya oddu, deyirlər. Od oldu, su oldu ədəbiyyatda. Yazıb-yaratdıqları ilə özünə əbədilik yaşamaq haqqı qazandı.

                                ­Fizzə Bağırova

             jurnalist

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

20-10-2018-17-31 Xəbərlər

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılı...

Naxçıvanda sabaha olan hava proqnozu

20-10-2018-14-33 Xəbərlər

 Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 21-nə gözlənilən hava proqnozu açıqlan...

Gənclər yeni layihə hazırlayıblar

20-10-2018-11-03 Xəbərlər

Gənclər yeni layihə hazırlayıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu muxtar re...

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

20-10-2018-10-41 Xəbərlər

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən m...

Ötən günün mənzərəsi - VİDEO

20-10-2018-10-17 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

20-10-2018-09-26 Xəbərlər

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev oktyabr ayının 19-da Azərbaycan energetiklərinin təltif e...

Gənclər arasında yeni intellekt oyunu keçirilib

19-10-2018-18-53 Xəbərlər

Gənclər arasında yeni intellekt oyunu keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il ...

Ali Məclisin Sədri Sərəncam imzaladı

19-10-2018-18-26 Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da ...

Culfa və Ordubad rayon gəncləri hərbi xidmətə yola salınıb

19-10-2018-17-43 Xəbərlər

Culfa və Ordubad  rayon gəncləri hərbi xidmətə yola salınıb

NUHÇIXAN xəbər verir ki, Culfa və Ordubad  rayonunda çağırışçıların hərbi xidmət...

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

19-10-2018-17-04 Xəbərlər

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

NUHÇIXAN xəbər verir ki, İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri D...

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

19-10-2018-16-14 Xəbərlər

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

NUHÇIXAN xəbər verir ki, işaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin ol...

Gənclər Ordubadda ekskursiyada olub

19-10-2018-15-31 Xəbərlər

Gənclər Ordubadda ekskursiyada olub

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada turizm imkanlarının tanıdılması  mə...

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

19-10-2018-15-18 Xəbərlər

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Naxçıvandan Buenos-Ayresə uzanan yol

19-10-2018-14-36 Xəbərlər

Naxçıvandan Buenos-Ayresə uzanan yol

Bu yolda qazanılanlar Naxçıvan idmanının uğurlarıdır

Naxçıvanda sabaha olan hava proqnozu

19-10-2018-13-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlan...

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

19-10-2018-11-37 Xəbərlər

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq əra...

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

19-10-2018-10-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi – VİDEO

19-10-2018-10-16 Xəbərlər

Ötən günün mənzərəsi – VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

18-10-2018-19-50 Xəbərlər

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

Bu il 40 yaşını qeyd edən Babək rayonu böyük inkişaf yolu keçib.

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

18-10-2018-19-28 Xəbərlər

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 01 oktyabr 2018-ci...

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

18-10-2018-18-28 Xəbərlər

Sədərək kənd sakinləri muzeyə eksponatlar bağışlayıb

NUHÇIXAN xəbər verir ki, Sədərək rayon Tarix-Diyarşünaslıq Muzeyinə yeni ekspona...

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

18-10-2018-18-00 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda elmi-praktik konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Dövlət Müstəqilliyi Gü...

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

18-10-2018-17-31 Xəbərlər

Kursu bitirənlərə sertifikatlar təqdim edilib

NUHÇIXAN xəbər verir ki, peşə təhsili müəssisələrində “Qazanxana maşinisti” kurs...

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

18-10-2018-17-14 Xəbərlər

Naxçıvan nümayəndəliyinin rəhbəri rəsmi tədbirdə iştirak edib

NUHÇIXAN xəbər verir ki, Türkmənistan Respublikasının Müstəqillik Günü münasibət...

“Naxçıvan” Universitetində konfrans keçirilib

18-10-2018-16-51 Xəbərlər

“Naxçıvan” Universitetində konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Dövlət Müstəqilliyi Günü il...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

18-10-2018-16-36 Rəsmi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub

Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali M...

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

18-10-2018-16-13 Xəbərlər

Qızıl Qışlaq kəndində ailə dəyərləri ilə bağlı maarifləndirmə işləri aparılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komi...

3 ən ziyanlı gigiyenik vərdiş

18-10-2018-15-52 Xəbərlər

3 ən ziyanlı gigiyenik vərdiş

Gigiyena qaydalarına riayət etmək insan sağlamlığında böyük rol oynayır.

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

18-10-2018-15-22 Xəbərlər

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib

Ermənistanda “məxməri inqilab” ölkə iqtisadiyyatına mənfi təsir göstərib. Xarici...

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

18-10-2018-15-08 Xəbərlər

Naxçıvan Musiqi Kollecinin tələbələri tarixi yerlərlə tanış olublar

NUHÇIXAN xəbər verir ki, 18 oktyabr-Milli Müstəqillik Günü münasibəti ilə Naxçıv...