ehalininsosialrifahiMuxtar respublikada əhalinin sosial rifahı yüksəlmişdir

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada Yoxsulluqla Beynəlxalq Mübarizə günü kimi qeyd olunur.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinə keçid təmin edilmişdir. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin yaratmış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yoxsulluqla mübarizəni əsas istiqamət elan edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Ölkə başçısının 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” ölkədə iqtisadi və sosial sahədə müşahidə olunan müsbət meyillərin, o cümlədən əhalinin rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması sahəsində tədbirlərin davam etdirilməsini təmin etmişdir.

Naxçıvan Muxtar Respublikada da davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafını, makroiqtisadi göstəricilərin artımını, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin etmişdir. Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məşğulluq siyasətinin əsaslarını müəyyən etməklə, əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsinə, müasir iqtisadi reallıqlar nəzərə alınmaqla əmək ehtiyatlarının əmək bazarına uyğunlaşdırılmasına və işaxtaranların, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə yeni imkanlar yaradır.

Dövlət Proqramının icrası ilə bağlı muxtar respublikanın əmək bazarında tələb və təklifin müəyyənləşdirilməsi məqsədilə təhlillər aparılır, müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatı müəyyənləşdirmək məqsədi ilə müəssisələrdə sorğu keçirilir. Bununla yanaşı kompleks məşğulluq tədbirləri, o cümlədən əmək yarmarkaları, əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kursları təşkil olunur.

Muxtar respublikada son 10 il ərzində sahibkarlıq fəaliyyəti genişlənmiş, yeni istehsal müəssisələri fəaliyyətə başlamış, sənaye sahəsində 13,4 dəfə, kənd təsərrüfatında 4 dəfə, əsas kapitala yönəldilən investisyalar 5 dəfə, informasiya və rabitə sektorunda 4,7 dəfə artım olmuşdur. Bu dövrdə 52 min 324 yeni iş yeri açılmış, əhalinin gəlirləri 5,1 dəfə, əməkhaqqı 3,7 dəfə artmışdır.

Sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində sosial müdafiəyə ehtiyacı olan insanlara, o cümlədən əlillərə, şəhid ailələrinə, tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud uşaqlara göstərilən sosial xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmiş, bu istiqamətdə həyata keçirilən tədbirlər fasiləsiz xarakter almışdır. Sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası məqsədilə də bir sıra tədbirlər görülmüşdür.

2017-ci ilin 9 ayı ərzində 132 nəfərə müxtəlif texniki reabilitasiya vasitələri verilmiş, 243 nəfərə protez-ortopedik xidmət göstərilmiş, respublikamızın müxtəlif sa­­­natoriya və pansionatlarında müali­cə və istirahətləri məqsədilə 422 nəfər göndərişlərlə təmin olunmuşdur. Müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi zamanı, Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək sağlamlıq imkanları məhdudlaşan, 1941-1945-ci illər müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən 456 nəfər minik avtomobili ilə, 211 əlil və şəhid ailəsi mənzil və fərdi yaşayış evi ilə təmin olunmuşdur.

Aztəminatlı ailələrin sosial problemlərinin həlli, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən ötən dövr ərzində aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilmişdir. Ehtiyac meyarının davamlı olaraq artmasına baxmayaraq,  sosial yardım  alan əhalinin sayı  ilbəil azalmışdır. Buna səbəb muxtar respublikada yaradılan yeni iş yerləri hesabına aztəminatlı ailələrdə əmək qabiliyyətli ailə üzvlərinin fəal əməyə cəlb olunmasıdır. Uzun müddət ünvanlı dövlət sosial yardım alan aztəminatlı ailələrin sosial cəhətdən reabilitasiyasına nail olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən fərdi təsərrüfatlarını qurmaq üçün 23 aztəminatlı ailənin hər birinə bir ədəd yanında balası olan inək verilmişdir.

Muxtar respublikada iqtisadi və sosial əhəmiyyətli infrastruktur layihələrinin icrası, məşğulluq səviyyəsinin yüksəldilməsi, sosial xidmətlərin həcminin və keyfiyyətinin artması, makroiqtisadi sabitliyin ilbəil qorunub saxlanması bütün sahələrin davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Ağbulaq Xizək Mərkəzinin təməli atılıb

17-07-2018-18-50 Rəsmi

Ağbulaq Xizək Mərkəzinin təməli atılıb

Şahbuz rayonunun Ağbulaq kəndi geniş turizm potensialına malikdir. Əlverişli t...

“Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi həyata keçiriləcək

17-07-2018-18-29 Xəbərlər

“Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi həyata keçiriləcək

Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadə...

“Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğuna 1,2 milyon manat ayrılıb

17-07-2018-18-17 Xəbərlər

“Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğuna 1,2 milyon manat ayrılıb

Prezident  İlham Əliyev “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib

17-07-2018-17-57 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-...

“Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

17-07-2018-17-21 Xəbərlər

“Xəbərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim etdiyi “X...

Erməni generallar Paşinyandan narazıdırlar

17-07-2018-17-05 Xəbərlər

Erməni generallar Paşinyandan narazıdırlar

Ermənistan Müdafiə Nazirliyinin əksər generalları Nikol Paşinyan hökumətindən ...

Ən çox qazanc əldə edən idmançıların adları açıqlanıb

17-07-2018-16-48 Xəbərlər

Ən çox qazanc əldə edən idmançıların adları açıqlanıb

“Forbes” jurnalı müxtəlif idman növlərində dünyanın ən çox qazanc əldə edən idma...

Naxçıvan Dövlət Universiteti tələbələrinin “Yay məktəbi” yekunlaşıb

17-07-2018-16-05 Xəbərlər

Naxçıvan Dövlət Universiteti tələbələrinin “Yay məktəbi” yekunlaşıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən N...

Britaniyada ilk kosmodrom Şotlandiyada tikiləcək

17-07-2018-15-45 Xəbərlər

Britaniyada ilk kosmodrom Şotlandiyada tikiləcək

Böyük Britaniya ərazisində ilk kosmodrom 2020-ci ildə inşa olunacaq. Tikinti mey...

Qaraciyər üçün ən ziyanlı 3 məhsul

17-07-2018-15-15 Xəbərlər

Qaraciyər üçün ən ziyanlı 3 məhsul

Qaraciyər çox güclü və özü özünü bərpa edə bilən orqandır.

Naxçıvanda sabaha olan hava proqnozu

17-07-2018-15-00 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb....

Gəncə hadisələri ilə əlaqədar daha dörd nəfər həbs edilib

17-07-2018-14-45 Xəbərlər

Gəncə hadisələri ilə əlaqədar daha dörd nəfər həbs edilib

İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-...

“Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq

17-07-2018-14-25 Xəbərlər

 “Skype”da danışıqları yadda saxlamaq mümkün olacaq

“Skype” videomessencerinin növbəti yenilənməsində səsli və videozənglərin yazılm...

Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb

17-07-2018-14-13 Xəbərlər

Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb

NUHÇIXAN xəbər verir ki, Buxarestdə Rumıniya Azərbaycanlıları Birliyinin təsis e...

İtaliya mətbuatı Ermənistanın həmvətənlərimiz Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarını pozmasından yazır

17-07-2018-14-00 Xəbərlər

İtaliya mətbuatı Ermənistanın həmvətənlərimiz Dilqəm Əsgərovun və Şahbaz Quliyevin hüquqlarını pozmasından yazır

NUHÇIXAN xəbər verir ki, soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermə...

Cümhuriyyət-100: Ermənistan prokurorluğunun axtarışa verdiyi azərbaycanlı diplomat – Teymur xan Makinski

17-07-2018-13-38 Xəbərlər

Cümhuriyyət-100: Ermənistan prokurorluğunun axtarışa verdiyi azərbaycanlı diplomat – Teymur xan Makinski

Ermənilərin iç üzünü və dilini yaxşı bilən Teymur xan Makinskinin fəaliyyəti Erm...

Nizami irsinin araşdırılmasına dəyərli töhfə

17-07-2018-12-58 Xəbərlər

Nizami irsinin araşdırılmasına dəyərli töhfə

Monoqrafiyada ölkəmizdə ilk dəfə Nizami yaradıcılığında zərdüştilik elementləri ...

Naxçıvanlı karateçi beynəlxalq turnirin ikincisi oldu

17-07-2018-12-44 Xəbərlər

 Naxçıvanlı karateçi beynəlxalq turnirin ikincisi oldu

12-14 iyul tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində karate idman ...

Nakhchivan news

17-07-2018-12-30 Xəbərlər

Nakhchivan news

Nakhchivan State Television presented weekly news program in English, highlighti...

Ağır atletika üzrə Avropa birinciliyi üçün millimizin heyəti açıqlanıb

17-07-2018-12-16 Xəbərlər

Ağır atletika üzrə Avropa birinciliyi üçün millimizin heyəti açıqlanıb

İyulun 22-29-da İtaliyanın Milan şəhərində 15 və 17 yaşadək yeniyetmə oğlan və q...

Ağciyərin sağlamlığını qorumaq üçün bunları yeyin

17-07-2018-12-01 Xəbərlər

Ağciyərin sağlamlığını qorumaq üçün bunları yeyin

Fransada 100 000 insan iştirakı ilə maraqlı araşdırma aparılıb.

Şərurlu gənclər ordu sıralarına yola salınıblar

17-07-2018-11-46 Xəbərlər

Şərurlu gənclər ordu sıralarına yola salınıblar

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlha...

Səfir: Qəzvin-Rəşt-Astara dəmir yolu istifadəyə verildikdən sonra İran-Azərbaycan ticarət dövriyyəsi 2 milyard dollara çatacaq

17-07-2018-11-30 Xəbərlər

Səfir: Qəzvin-Rəşt-Astara dəmir yolu istifadəyə verildikdən sonra İran-Azərbaycan ticarət dövriyyəsi 2 milyard dollara çatacaq

Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin istifadəyə verilməsindən sonra İran ilə A...

“Proqres”–“Qəbələ” komandalarının oyununu şimali irlandiyalı hakimlər briqadası idarə edəcək

17-07-2018-11-16 Xəbərlər

“Proqres”–“Qəbələ” komandalarının oyununu şimali irlandiyalı hakimlər briqadası idarə edəcək

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində ...

Muxtar respublikada kartof yığımına başlanılıb

17-07-2018-11-02 Xəbərlər

Muxtar respublikada kartof yığımına başlanılıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi...

Ermənistanda hərbi xidmətdən yayınmaq üçün saxta sənəd düzəldən qrup ifşa edilib

17-07-2018-10-43 Xəbərlər

Ermənistanda hərbi xidmətdən yayınmaq üçün saxta sənəd düzəldən qrup ifşa edilib

Ermənistan Milli Təhlükəsizlik Xidməti ölkədə hərbi xidmətdən azad olmaq və ya m...

Azərbaycan karateçiləri “Turkish Open”də 9 medal qazanıblar

17-07-2018-10-28 Xəbərlər

Azərbaycan karateçiləri “Turkish Open”də 9 medal qazanıblar

Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində ənənəvi beynəlxalq “Turkis...

Ermənistan ordusunda xaos hökm sürür

17-07-2018-10-13 Xəbərlər

Ermənistan ordusunda xaos hökm sürür

Dərin iqtisadi böhran içində olan Ermənistan hərbi sahədə də iflasa uğrayıb.

Ötən günün mənzərəsi

17-07-2018-10-01 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Naxçıvanda müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üzrə müsabiqə elan edilib

17-07-2018-09-43 Xəbərlər

Naxçıvanda müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üzrə müsabiqə elan edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələl...