Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Rusiya və Türkiyə prezidentlərinin Soçidə məhdud tərkibdə danışıqları başlayıbBazar ertəsi axşam Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçidə məhdud tərkibdə danışıqları başlayıb.

Naxcivantv.az RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, liderlərin məhdud formatda söhbətindən sonra geniş tərkibdə iclas olacaq. Daha sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış edəcəklər.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında Vladimir Putinlə Dağlıq Qarabağ mövzusunu da müzakirə edəcəyini bildirmişdi.

www.naxcivantv.az