Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Dövlət qulluğu” jurnalının ilk buraxılışı çapdan çıxıbDövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Dövlət qulluğu” jurnalının ilk buraxılışı çap edilib.

Naxcivantv.az xəbər verir ki, bunu DİM-in icraçı direktoru Vəfadar Misirov noyabrın 14-də dövlət qulluğuna qəbula dair keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, jurnalda dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin təşkili, keçirilməsi, test imtahanları proqramları, dövlət qulluğu vəzifələri üzrə sertifikatın verilməsi üçün inzibati vəzifələrin növü, qrupları, altqrupları, təsnifatı, adı və aid olduğu dövlət orqanları, dövlət orqanları tərəfindən müsabiqəyə təqdim edilmiş vakant vəzifələr, regionlar üzrə müsabiqəyə çıxarılması nəzərdə tutulan vakant vəzifələr, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri barədə məlumatlar yer alıb.

www.naxcivantv.az