Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin doğum günüdür

1960-cı il yanvarın 14-də sadə bir zəhmətkeş ailəsində dünyaya göz açan, Heydər Əliyev məktəbində püxtələşərək böyük dövlətçilik yolu keçən Vasif Talıbovun Naxçıvan Muxtar Respublikasının rəhbəri seçilməsi ilə muxtar respublikanın tarixində yeni mərhələnin təməli qoyuldu. Heydər Əliyev yoluna sədaqət, vətən sevgisi, Naxçıvanın taleyinə və gələcəyinə cavabdehlik hissi yeni mərhələdə muxtar respublikanın bütün istiqamətlər üzrə sürətli inkişafını təmin etdi.

Hörmətli Sədrimizi Naxçıvan Teleradiosunun bütün kollektivi adından səmimi təbrik edir, möhkəm can sağlığı və dövlətçilik fəaliyyətində yeni-yeni  uğurlar arzulayırıq.

Naxcivantv.az jurnalist Sahil Tahirlinin “Əlinlə Naxçıvan qızıl don geyir” sərlövhəli məqaləsini yenidən təqdim edir :

Benjamin Franklin vaxtilə deyirdi ki, “Zaman böyük bir müəllimdir, amma təəssüf ki, bütün şagirdlərini öldürür”.

Əslində, bu fikirdə  böyük həqiqətlər gizlənsə də, zaman yaxşı iş və əməlləri, xalqa, vətənə, millətə layiqli xidmət nümunələrini öldürə bilmir. Faktdır ki, hakimi-mütləq zaman nə Qobustan qayalarını, nə Mömünə Xatın türbəsini, nə də ki, Əlincəqalanı “qətl” edə bilməyib. Çünki, hər birinin kökündə milli vətənpərvərlik ruhu, torpağa, vətənə dərin bağlılıq  və yaradıcı güc dayanır. Elə bu abidələr kimi qəlbimizin hakimi, ruhumuzun abidəsi olan Naxçıvan da min illərdir ki, zamanla yarışda qalib gəlir. Dəfələrlə dağıdılıb, uçurulub, külə dönüb, amma sönməyib, ən sonuncu işartıdan alov alıb qalxıb, yaşayıb və var olub!

Naxçıvanın gözümüzün önündən keçən ötən 25 ildəki həyatı və varlığı da elə yoxdan var olmaq əzminin, vətən təəssübkeşliyinin nümunəsidir.

Bizə həyatı yaşımız deyil, yaşadıqlarımız öyrədir. Ötən əsrin 90-cı illərini yaddan çıxarmaq mümkün deyil: Biz bayraqsız qalanda ulu öndər Heydər Əliyev Naxçıvanda üçrəngli bayrağımızı qaldırdı, biz torpaqsız qalanda Heydər Əliyev Naxçıvanın Qarabağ taleyi yaşamasına imkan vermədi. Və nəhayət biz çörəksiz və rəhbərsiz qalanda Heydər Əliyev bizə həm rəhbərlik etdi, həm də çörək verdi...

Qısa tarix sübut etdi ki, əslində, milli liderin Naxçıvan qarşısında ən böyük xidmətlərindən biri də bu qədim diyarın inkişaf və gələcəyini özünün dövlətçilik məktəbində yetişib formalaşan cənab Vasif Talıbova əmanət etməsi idi.

Düz 22 il bundan əvvəl - 1995-ci ilin dekabr ayının 16-sı.  

Muxtar Respublika Ali Məclisinin növbəti sessiyasında o vaxt çox gənc olan hörmətli Vasif Talıbov Ali Məclisin Sədri seçilir və çıxışı zamanı deyir: Mən burda geniş çıxış edib çox söz demək istəmirəm. Mən hər yerdə bəyan etmişəm, bu gün də bəyan edirəm ki, mənim ayrıca bir platformam yoxdur. Mənim xətt  hərəkatım Heydər Əliyevin xətt hərəkatı, Heydər Əliyevin yoludur.    

Bəli, bu gün dönüb aydın nəzərlərlə arxamıza boylananda 22 il əvvəl ilk addımları atılan bu yolun Naxçıvanı çox çətin və olduqca mürəkkəb bir mərhələdən müasir inkişafın ən pik həddinə gətirdiyinin şahidi oluruq. Bu gün ölkəmizdə də, onun sərhədlərindən kənarda da hər kəs etiraf edir ki, Ali Məclisin Sədri ötən zamanın bir anını belə boşa vermədən qədim diyarı Gülüstana çevrimiş, qədimlik və müasirliyin vəhdətində yeni bir Naxçıvan yaratmışdır. Qurulan yüzlərlə istehsal və xidmət sahələri, miskin görkəmini dəyişərək şəhərə çevrilən kəndlər, ən müasir məktəblər, mədəniyyət və səhiyyə ocaqları, salınan yollar, körpülər, güclü ordu və iqtisadiyyat, mədəni tərəqqi və tarixə sahiblik, zərrə-zərrə yetişdirilib formalaşdırılan vətənpərvər gənclər ordusu 90-cı illərin təlatümlü və bədbin Naxçıvanın müasir simasıdır.

Hansı ki, yeni Naxçıvanın əsasını qoyan və onun möhkəm təməlini yaradan ulu öndər Heydər Əliyev sonralar deyəcəkdi: “Mən ümumiyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər yaxşı səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun çox xüsusiyyətlərini bilirdim. O, sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.

Əsl həqiqət həm də ondan ibarətdir ki, cənab Vasif Talıbov Naxçıvanı təkcə mahir memar kimi qurub yaratmadı, həm də Naxçıvan tarixində özünəməxsus məktəb, akademik İsa Həbibbəylinin təbirincə desək, Vasif Talıbov universiteti yaratdı. Biz dəyərli MÜƏLLİMimizdən Vətəni dərin məhəbbətlə sevməyi, onu qorumağı, onun üçün hər cür fədakarlığa hazır olmağı, yüksək nizam-intizamı, qətiyyəti, böyük cəsarəti, humanistliyi, şəxsi nümunə göstərməyi, insanpərvərliyi, məqamında düzgün seçim etməyi və qərar verməyi öyrəndik. Ən əsası isə hələ min illər bundan əvvəl Nuh Peyğəmbərin Naxçıvanda çatdığı ocağı sönməyə qoymamağı, onun keşiyini çəkməyi öyrəndik!!!

Hamı zamanı gözləyir, amma zaman heç kimi gözləmir”,-prinsipinin ən böyük nümünəsini də elə Naxçıvan yaratdı. Bu qədim diyar ötən 22  ildə zamanla yarışaraq ona qalib gəldi. Anbaan, saatbasaat dəyişdi, çiçəkləndi, var oldu və yaşadı. Ən yeni tarixin Naxçıvanı bütün mübarizələrdən qalib ayrılıb “qızıl don geyərək xoş günlər eşqinə göyə yüksəldi”.

Və budur... Bu gün ruhumuzun, ürəyimizin, əqidə və məsləyimizin ünvanıdır Naxçıvan. Məqsəd və məramınız dəyişməzdir: Azərbaycansız Naxçıvan, Naxçıvansız Azərbaycan bundan sonra da olmayacaq.

Qurub-yaradan əllər, Naxçıvan üçün döyünən ürəklər  var olsun!

Və sonluğu Prezident İlham Əliyevin fikirləri ilə tamamlayıram : “Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq, quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür. Bu da əsas şərtdir. Bəzən sual verirlər ki, uğurlu siyasətin əsas səbəbi nədir? Mən hesab edirəm ki, xalqa olan məhəbbətdir. Doğma torpağa olan məhəbbətdir. Əgər bu varsa, deməli, rəhbərlikdə olan şəxslər də öz doğma xalqına ləyaqətlə, məhəbbətlə xidmət edirlər. Bu, Naxçıvanda var və məni çox sevindirir”.

Sahil Tahirli 

 

 

 

 

 

 

 

 

 

  

 

 

Müasirləşən Naxçıvan fotolarda:

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Azərbaycan NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimlərində iştirak edəcək

18-07-2018-21-28 Xəbərlər

Azərbaycan NATO-nun Gürcüstanda keçiriləcək hərbi təlimlərində iştirak edəcək

Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun “Etibarlı tərəfdaş 2018” ç...

“Qarabağ”-“Olimpiya” oyunu başlayıb

18-07-2018-21-07 Xəbərlər

“Qarabağ”-“Olimpiya” oyunu başlayıb

Futbol üzrə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində mübarizə apa...

Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığa həsr olunmuş “dəyirmi masa”lar keçirilib

18-07-2018-20-45 Xəbərlər

Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığa həsr olunmuş “dəyirmi masa”lar keçirilib

İyulun 18-də Azərbaycan və İtaliya arasında enerji, infrastruktur, nəqliyyat və ...

Prezident İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

18-07-2018-20-16 Xəbərlər

Prezident İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb

NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin f...

Müdafiə naziri ilə ATƏT nümayəndəsinin görüşündə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub

18-07-2018-19-47 Xəbərlər

Müdafiə naziri ilə ATƏT nümayəndəsinin görüşündə qoşunların təmas xəttindəki vəziyyət müzakirə olunub

İyulun 18-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir ...

Azərbaycan Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

18-07-2018-19-30 Xəbərlər

Azərbaycan Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyasının tərkibi dəyişdirilib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaş...

Prezident İlham Əliyev: Polipropilen zavodu Azərbaycanın ixrac potensialını böyük dərəcədə artıracaq

18-07-2018-19-17 Xəbərlər

 Prezident İlham Əliyev: Polipropilen zavodu Azərbaycanın ixrac potensialını böyük dərəcədə artıracaq

Polipropilen zavodu Azərbaycanın ixrac potensialını böyük dərəcədə artıracaq.

İtaliya Prezidenti: “SOCAR Polymer” çox əhəmiyyətli bir layihədir

18-07-2018-19-04 Xəbərlər

İtaliya Prezidenti: “SOCAR Polymer” çox əhəmiyyətli bir layihədir

“SOCAR Polymer” çox əhəmiyyətli bir layihədir.

Günnüt xalçalarının təqdimatı keçirilib

18-07-2018-18-46 Xəbərlər

 Günnüt xalçalarının təqdimatı keçirilib

İyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində Günnüt xalçalarının təqdimatı olub....

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

18-07-2018-18-30 Xəbərlər

Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Tor...

Rusiya DÇ-2018-in təşkilindən 11 milyard dollar gəlir əldə edib

18-07-2018-18-04 Xəbərlər

Rusiya DÇ-2018-in təşkilindən 11 milyard dollar gəlir əldə edib

Rusiya futbol üzrə 2018-ci il dünya çempionatının (DÇ) təşkilindən 850 milyard r...

Sədərək rayonunda növbəti satış yarmarkası keçirilib

18-07-2018-17-44 Xəbərlər

Sədərək rayonunda növbəti satış yarmarkası keçirilib

Sədərək rayonunda torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu bazara çıxarıb ...

Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı görüntü xarakteri daşıyır”

18-07-2018-17-13 Xəbərlər

Ermənistanın QHT rəhbəri: “Ölkədə media azadlığı görüntü xarakteri daşıyır”

“Ermənistanda media azadlığı görüntü xarakteri daşıyır”.

“Badamlı” mineral suyu Çinə ixrac olunacaq

18-07-2018-16-47 Xəbərlər

 “Badamlı” mineral suyu Çinə ixrac olunacaq

“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixrac potensialı ildən...

Naxçıvanda imtahan başa çatıb

18-07-2018-16-25 Xəbərlər

Naxçıvanda imtahan başa çatıb

Dövlət İmtahan Mərkəzinin  bu gün birinci və dördüncü qruplar üçün keçirdiyi imt...

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada kollegiya iclası keçirilib

18-07-2018-16-04 Xəbərlər

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada kollegiya iclası keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanın...

“Mançester Yunayted” Ante Rebiç və İvan Perisiç üçün 104 milyon avrosundan keçməyə hazırdır

18-07-2018-15-48 Xəbərlər

“Mançester Yunayted” Ante Rebiç və İvan Perisiç üçün 104 milyon avrosundan keçməyə hazırdır

İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “İnter” və Almaniyanın “Ayntr...

“Neftçi” “Uypeşt”lə oyun üçün Macarıstana yola düşüb

18-07-2018-15-32 Xəbərlər

“Neftçi” “Uypeşt”lə oyun üçün Macarıstana yola düşüb

Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə “Uypeşt”in qonağı olaca...

I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb

18-07-2018-15-06 Xəbərlər

I və IV qruplar üzrə keçirilən qəbul imtahanı yekunlaşıb

İyulun 18-də Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün Azərbayca...

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarında iştirak edəcək

18-07-2018-14-41 Xəbərlər

Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarında iştirak edəcək

“Beynəlxalq Ordu Oyunları-2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11...

Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir

18-07-2018-14-28 Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir

Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir.

Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlayıb

18-07-2018-14-15 Xəbərlər

Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə üzrə kodeks layihəsi hazırlayıb

Avropa Komissiyası internetdə yalan informasiyaya qarşı mübarizə aparılması məqs...

Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşırlar

18-07-2018-14-03 Xəbərlər

Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşırlar

Güləş üzrə yığma komandalarımız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarş...

Tələbə – həkimlər Türkiyədən qayıdıblar

18-07-2018-12-45 Xəbərlər

Tələbə – həkimlər Türkiyədən qayıdıblar

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Yallılar milli sərvətimizdir

18-07-2018-12-20 Xəbərlər

Yallılar milli sərvətimizdir

Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim ta...

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

18-07-2018-12-05 Xəbərlər

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

NUHÇIXAN xəbər verir ki, iyulun 18-də sənədlərin imzalanması mərasimindən sonra ...

Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir

18-07-2018-11-58 Xəbərlər

Qurban Qurbanov: Bizi çətin və maraqlı oyun gözləyir

İlk oyunda qələbə qazanmağımıza baxmayaraq, güclü rəqibə qarşı oynayırıq. Daha ç...

Bəhruz Quliyev: Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb

18-07-2018-11-42 Xəbərlər

Bəhruz Quliyev: Azərbaycanda jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb

Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və ...

Nehrəm qarpızı

18-07-2018-11-25 Xəbərlər

Nehrəm qarpızı

Qədim diyarımız zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, həm də təbiətin...

Mütəxəssislər yaylaqda olublar

18-07-2018-11-15 Xəbərlər

 Mütəxəssislər yaylaqda olublar

NUHÇIXAN–ın verdiyi xəbərə görə Batabat yaylağında  qoyunçuluq təsərrüfatı  sahi...