Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyi təmin edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 20-si ölkəmizdə energetika sahəsində çalışanların peşə bayramı günü kimi qeyd olunur.Bu gün ölkəmizdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi iqtisadiyyatın hərəkətverici qüvvəsi olan elektrik enerjisi sistemində də inkişafı təmin edib.  

 

Belə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində blokada şəraitində yaşayan Naxçıvan ciddi enerji böhranı ilə üzləşən zaman ulu öndər Heydər Əliyevin apardığı danışıqlar nəticəsində 1993-cü ildə İran İslam Respublikasından 42 meqavat, Türkiyə Respublikasından isə 63 meqavat elektrik enerjisi nəqlinə başlanılıb. Bu dövrdən etibarən muxtar respublikada müxtəlif gücə malik transformator yarımstansiyaları quraşdırılıb, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısını almaq və enerji təchizatının etibarlılığını yüksəltmək məqsədilə ardıcıl tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin mətbuat xidmətinin məlumatına əsasən, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla iş rejiminə keçirilib, 220 kilovoltluq “Babək” yarımstansiyasında yenidənqurma işləri aparılıb. Həmin il ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası istismara verilib. 2010-cu ildə isə 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyasının, 2014-cü ildə Arpaçay Su Anbarı üzərində 20,5 və 1,4 meqavat gücündə 2 su elektrik stansiyasının, 2015-ci ildə 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olub.

Muxtar respublikanın elektrik enerjisi tələbatı isti yay günlərində 80-85 meqavat, qalan dövrlərdə 50-55 meqavatdır. Hazırda muxtar respublikadakı 8 elektrik stansiyasının ümumi gücü 237,4 meqavat təşkil edir. Görülən işlərin nəticəsidir ki, Naxçıvanda alternativ və bərpa olunan elektrik stansiyalarında istehsal edilən enerji ümumi istehsalın 61,1 faizinə bərabərdir.

Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər əhalinin tələbatını ödəməklə yanaşı, həm də Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın davamlı inkişafını təmin edib. Buna görə də enerji təchizatının yaxşılaşdırılması və müasirləşdirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikada mövcud elektrik stansiyalarının, yarımstansiya və elektrik verilişi avadanlıqlarının təmiri ilə yanaşı, yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi sahəsində də mühüm işlər görülür. Hazırda Araz çayı üzərində derivasiyatipli 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Culfa rayonunda isə gələcəkdə külək elektrik stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün ölçmə işləri aparılır. Həmçinin gücü 14 meqavat olan Tivi Su Elektrik Stansiyasının və 3,5 meqavat olan Qazançı Su Elektrik Stansiyasının tikintisinin texniki-iqtisadi əsaslandırılması hazırlanır.

Muxtar respublikada istehsal olunan elektrik enerjisinin istehlakçılara fasiləsiz və keyfiyyətli çatdırılması məqsədilə yeni transformator yarımstansiyaları tikilir, mövcud olanlar yenidən qurulur. Son illər “Xal-xal”, “Koroğlu”, “Xalçaçılıq”, “Şərur”, “Naxçıvan”, “Ordubad” və “Qıvraq” transformator yarımstansiyaları müasir şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda Şahbuz Rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati idarə binası və yeni 35/10 kilovoltluq transformator yarımstansiyasının tikintisi aparılır. Ümumiyyətlə, 2016-cı ilin ötən dövründə muxtar respublikanın şəhər və kəndlərində 28 yeni transformator quraşdırılıb, 38 kilometr uzunluğunda elektrik verilişi xətləri çəkilib.

 

Bu gün elektroenergetika sahəsində ixtisaslı kadr hazırlığına da xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada elektrik stansiyalarının tikintisi və yenidən qurulması, elektrik təchizatı avadanlıqlarının quraşdırılması, bütövlükdə, yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı bu sahədə mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradır. Gənclərin istehsal və iş sahələrinə cəlbi onların təcrübi biliklərinin möhkəmləndirilməsinə və peşəkar kadr kimi yetişməsinə imkan verir.

Muxtar respublikanın energetikləri elektrik enerjisindən səmərəli istifadə olunması, enerji itkisinin minimum səviyyədə saxlanılması və sərfiyyata uyğun enerji dəyərinin ödənişinin təmin olunmasında səylə çalışırlar. Abonentlərin istifadə etdiyi elektrik enerjisinin dəqiq qeydiyyatını aparmaq üçün rəqəmsal elektron sayğaclar qoyulur, enerji haqqının sayğacların göstəriciləri əsasında ödənilməsi təmin edilir. Hazırda Naxçıvan şəhərində smart-kart tipli sayğacların quraşdırılması davam etdirilir. Həmçinin əməkdaşlar tərəfindən elektrik enerjisindən səmərəli istifadə edilməsi, israfçılığın, elektrik enerjisindən qanunsuz və sayğacdankənar istifadə edilməsinin qarşısının alınması məqsədilə mütəmadi reydlər keçirilir.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

01-08-2020-16-55 Xəbərlər

Naxçıvanda Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda Azərbaycan-Türkiyə bir...

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

01-08-2020-14-00 Xəbərlər

Arpaçayın suyu ekoloji tələblərə cavab verir

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur şəhər Sutəmizləyici Qurğula...

Ötən günün mənzərəsi - VİDEO

01-08-2020-12-19 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

01-08-2020-11-50 Xəbərlər

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib

Ümumi təhsil müəssisələrinin növlər üzrə meyarları müəyyənləşdirilib.

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

01-08-2020-09-00 Xəbərlər

1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər ...

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

31-07-2020-15-49 Xəbərlər

Naxçıvanda Qurban bayramı qeyd edilib - VİDEO

Tanrının öz bəndələrinə lütf və mərhəmətinin ifadəsi olan müqəddəs Qurban bayram...

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

31-07-2020-14-47 Xəbərlər

Naxçıvanda iyun ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustda havanın orta aylıq...

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

31-07-2020-14-18 Xəbərlər

Naxçıvanda “Naz Lifan L7” modellərinin yığımına başlanılıb - VİDEO

Muxtar respublikamızın böyük sənaye müəssisələri arasında xüsusi yeri ilə seçi...

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO

31-07-2020-12-20 Xəbərlər

“TurAz Qartalı-2020” təlimlərində iştirak edəcək Türkiyənin F-16 təyyarələri Azərbaycana gəlib - VİDEO

Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri “TurAz Qartalı-2020” birgə təli...

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

31-07-2020-11-43 Xəbərlər

Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1 avq...

Müdafiə Nazirliyi: Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

31-07-2020-11-24 Xəbərlər

Müdafiə Nazirliyi: Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun bölmələri düşmənə qarşı adekvat tədbirlər görüb

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin mövqelərinin guya N...

Həmrəylik, mərhəmət və xeyirxahlıq bayramı

31-07-2020-11-14 Xəbərlər

Həmrəylik, mərhəmət və xeyirxahlıq bayramı

Niyyət və əməl bir-birini tamamlayan ruh və bədən kimidir.

Muxtar Respublikaya idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin olunub

31-07-2020-09-38 Xəbərlər

Muxtar Respublikaya idxal olunan məhsulların üzərində Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin olunub

NUHÇIXAN İnformasiya Agentliyi məlumat verir ki,  Naxçıvan Muxtar Respublikası A...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

31-07-2020-08-41 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində 2020-ci ilin iyul ayı ərzin...

Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir

31-07-2020-08-20 Xəbərlər

Azərbaycanda müqəddəs Qurban bayramı qeyd edilir

Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biri sayılır. Bu bayram h...

Naxçıvanda sabaha olan hava proqnozu

30-07-2020-17-39 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında iyulun 31-nə gözlənilən hava proqnozu açıqlanıb....

Naxçıvan şəhərində bu ilin birinci yarısında 413 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub - VİDEO

30-07-2020-16-56 Xəbərlər

Naxçıvan şəhərində bu ilin birinci yarısında 413 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub - VİDEO

Naxçıvan Şəhər İcra Hakimiyyətində 2020-ci ilin birinci yarısında  Naxçıvan şəhə...

Qurban kəsmənin mahiyyəti

30-07-2020-16-18 Xəbərlər

Qurban kəsmənin mahiyyəti

Qurban islamda hicrətin ikinci ilində Allah tərəfindən əmr edilibdir. İslama gör...

Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri Gəncə şəhərinə gəlib - VİDEO

30-07-2020-15-13 Xəbərlər

Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndələri Gəncə şəhərinə gəlib - VİDEO

“TurAz Qartalı-2020” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə ...

Naxçıvanda qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla reallaşdırılır

30-07-2020-14-21 Xəbərlər

Naxçıvanda qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla reallaşdırılır

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri...

Hüseyn Həşimlinin sonuncu kitabının təqdimatı keçirildi

30-07-2020-12-17 Xəbərlər

Hüseyn Həşimlinin sonuncu kitabının təqdimatı keçirildi

Hüseyn Həşimli “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanı...

Ədliyyə Nazirliyində ötən altı ayda görülən işlər müzakirə olundu

30-07-2020-11-16 Xəbərlər

Ədliyyə Nazirliyində ötən altı ayda görülən işlər müzakirə olundu

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından...

Muxtar respublikada məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb

30-07-2020-10-15 Xəbərlər

Muxtar respublikada məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılıb

Naхçıvan Muхtar Rеspublikasında hüquq institutlarının təkmilləşdirilməsi və ədal...

Ötən günün mənzərəsi - VİDEO

30-07-2020-09-37 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi muxtar respublikamızın ictimai-mədəni, sosial-iqt...

Bu gün 14 mindən çox şagird buraxılış imtahanı verəcək

30-07-2020-09-00 Xəbərlər

Bu gün 14 mindən çox şagird buraxılış imtahanı verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış (qəbul) imtahan...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kollegiya iclası keçirildi

29-07-2020-17-39 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda kollegiya iclası keçirildi

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublika Prokur...

Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirildi - VİDEO

29-07-2020-16-53 Xəbərlər

Əlahiddə Ümumqoşun Orduda gənc zabitlərlə təlim-metodiki toplantı keçirildi - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Al...

“Ərəbdilli əlyazma və çap kitablarının kataloqu” çap olunacaq

29-07-2020-15-31 Xəbərlər

“Ərəbdilli əlyazma və çap kitablarının kataloqu” çap olunacaq

AMEA-nın Naxçıvan Bölməsininn Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇ...

Ordubad təbiətinin inciləri-şəlalələr

29-07-2020-13-30 Xəbərlər

Ordubad təbiətinin inciləri-şəlalələr

“Təbiət ana qucağıdır” ifadəsini əbəs yerə işlətməyiblər.

Gömür kəndinin möcüzəvi bulaqları - VİDEO

29-07-2020-12-44 Xəbərlər

Gömür kəndinin möcüzəvi bulaqları - VİDEO

Tanrı Nuhun torpağına min bir dərdin dərmanı olan mineral bulaqlar  bəxş edib.