2017-ci ildə gömrük orqanları tərəfindən qaçaqmalçılığa qarşı mübarizə istiqamətində də səylər artırılıb, əməliyyat-axtarış fəaliyyəti genişləndirilib.

Hüquqpozma hallarının qarşısının alınması istiqamətində il ərzində aşkarlanmış dörd cinayət faktının üçü narkotik qaçaqmalçılığı ilə bağlı olub.  Faktlar üzrə 93 kq 609 qram heroin, 79,40 qram narkotik vasitə olan metamfetamin və 119 ədəd güclü təsirə malik “Tramadol” adlı psixotroptərkibli dərman saxlanılıb. Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsində X-ray tipli rentgen nəzarət qurğusunun təsvirləri əsasında muxtar respublikadan tranzit hərəkət edən Türkiyə Respublikasına məxsus nəqliyyat vasitəsində aşkarlanmış küllü miqdarda narkotik vasitə - heroin qaçaqmalçılığı faktı Naxçıvan gömrüyünün bu sahədə ən böyük nailiyyəti olub.

Naxcivantv.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2017-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirə olunduğu kollegiya iclasında qeyd edilib.

Tədbiri giriş sözü ilə açan komitə sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin qorunması və hüquq mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi və daxili bazarın qorunması istiqamətində işlər davam etdirilib. 

Gömrük xidmətinin modernləşməsi, yüksək iş və xidmət şəraitinin yaradılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasında yenidənqurma işlərinin aparıldığını qeyd edən komitə sədri Sədərək sərhəd keçid məntəqəsi üçün 18 hektara yaxın ərazidə “birdayanacaq” prinsipinə uyğun müasir gömrük kompleksinin tikintisinin davam etdirildiyini bildirib. 

Vurğulanıb ki, büdcənin formalaşdırılması istiqamətində 2017-ci il üçün müəyyən olunmuş 7 milyon 500 min manatlıq proqnoz-tapşırığa101,07% əməl olunub. Gömrük orqanları tərəfindən hesabat dövrü ərzində büdcəyə köçürülmüş vergi və rüsumlar  Naxçıvan Muxtar Respublikasının büdcə gəlirlərinin 8,37 %-ni təşkil edib.

Muxtar respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasının mühüm göstəricisi olan xarici ticarət dövriyyəsinin vəziyyətini təhlil edən Komitə sədri xarici ticarət əlaqələrinin genişləndiyini, ixrac potensialının gücləndiyini önə çəkib. Qeyd olunub ki, hesabat dövründə 63 ölkə ilə ticarət əməliyyatları aparılıb, ixracın həcmi 1 % artıb. İxrac əməliyyatlar əsasən İran İslam Respublikası, Türkiyə Respublikası, Gürcüstan, Rusiya Federasiyası, İraq və Birləşmiş Ərəb Əmirlikləri ilə həyata keçirilib. İxracın strukturunda sənaye məhsullarının payı 76 % olub.

Ötən il psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə xüsusilə diqqətdə saxlanılıb. Gömrük orqanları tərəfindən psixotrop tərkibli dərmanların dövriyyəsinə tam nəzarət olunması üçün sərhəd gömrük buraxılış məntəqələrində dərman vasitələrinin adını yazmaqla idxalının məhdudlaşmış olub-olmadığını müəyyənləşdirmək üçün proqram təminatı hazırlanıb. Muxtar respublika ərazisinə gətirilməsinə dair müvafiq icazə sənədi olmadığından vətəndaşlardan 76 min tabletkadan çox müxtəlif adda dərman vasitələri saxlanılıb ki, onların da  50 min tabletkadan çoxu psixotrop tərkibli olub.

İl ərzində gömrük qaydalarının pozulmasına görə inzibati qaydada 778 icraat aparılıb və 50 min 502 manat cərimə ödənişi təmin olunub. 

Daxili bazarın qorunması istiqamətində görülmüş işlər

və gömrük sistemində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi mövzusunda çıxış edən komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Səhət Həbibbəyli qeyd edib ki, daxili bazarda yerli istehsalın xüsusi çəkisinin artırılması, idxal olunan məhsulların keyfiyyətinə nəzarətin gücləndirilməsi, azad rəqabət mühitinin yaradılması və inhisarçılığın qarşısının alınması istiqamətind əfəaliyyət davam etdirib. Belə ki, yerli sahibkarların dəstəklənməsi üçün kənd təsərrüfatı məhsulları kütləvi çıxım dövründə analoji xarici malların təsirindən qorunub, istehlakçıların mənafeyi naminə yerli məhsulların bazar payı daim nəzarətdə saxlanılmaqla idxalın məhdudlaşdırılması həyata keçirilib. 

Gömrük orqanları tərəfindən xaricdən idxal istiqamətində gətirilən malların, o cümlədən qida məhsullarının keyfiyyətinə ciddi nəzarət olunub.

Kollegiya iclasında gömrük orqanlarında həyata keçirilən audit yoxlamalarının nəticələri müzakirə olunub və  Naxçıvan Gömrük Ekspertizası İdarəsinin illik fəaliyyətinə dair hesabat dinlənilib. 

Tədbirə yekun vuran komitə sədri nizam-intizamın və işə tələbkarlığın artırılmasının, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizə, eləcə də daxili bazarın qorunması istiqamətində tədbirlərin gücləndirilməsinin, elektron xidmət və ödənişlərdən istifadənin stimullaşdırılmasının, maarifləndirmə və profilaktika tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

 

                                               Rahil TAHİRLİ

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

23-01-2018-14-55 Hits:59 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında  yanvarın 24-nə  gözlənilən hava proqnozu açıqla...

Cüdoçularımız Fransada və Almaniyada keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər

23-01-2018-14-28 Hits:64 Xəbərlər

Cüdoçularımız Fransada və Almaniyada keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcəklər

Gələn ay Fransanın paytaxtı Parisdə və Almaniyanın Düsseldorf şəhərində cüdo üzr...

Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib

23-01-2018-14-00 Hits:111 Xəbərlər

Azərbaycan dünyanın ən yaxşı ölkələrinin reytinqində beş pillə irəliləyib

ABŞ-ın “U.S. News & World Report” jurnalı 2018-ci il üçün dünyanın ən yaxşı ...

Fobi ya və onun növləri

23-01-2018-13-26 Hits:121 Xəbərlər

Fobi ya və onun növləri

Fobiya sözü yunan dilindən tərcümədə qorxu, həyəcan mənası verir. Bəzən qorxu hi...

Şərurda oxunması zəruri olan kitabların müzakirəsi olub

23-01-2018-12-46 Hits:205 Xəbərlər

Şərurda  oxunması zəruri olan kitabların müzakirəsi olub

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi   Sədrinin 28 avqust 2017-ci il tari...

“Instagram”da istifadəçinin son giriş vaxtı göstəriləcək

23-01-2018-12-07 Hits:96 Xəbərlər

“Instagram”da istifadəçinin son giriş vaxtı göstəriləcək

“Instagram”da tətbiq edilmiş yeni funksiya istifadəçinin proqrama son daxilolma ...

“Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır

23-01-2018-11-40 Hits:89 Xəbərlər

“Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır

Yanvarın 29-dan “Eurovision-2018” mahnı müsabiqəsinə akkreditasiya başlanır.

Naxçıvan rəssamları İkinci Beynəlxalq Türk dünyası Sənət Festivalında iştirak edirlər

23-01-2018-11-16 Hits:121 Xəbərlər

Naxçıvan rəssamları İkinci Beynəlxalq Türk dünyası Sənət Festivalında iştirak edirlər

Yanvarın 22-də Türkiyənin Adana şəhərində II Beynəlxalq Türk dünyası Sənət Festi...

Yanvarın 23-də xarici valyutaların manata qarşı məzənnələri

23-01-2018-10-47 Hits:66 Xəbərlər

Yanvarın 23-də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 23 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.

Türkiyədən Azərbaycana daşınan yük ilk dəfə olaraq İranın Astara limanından gəmi ilə yola salınıb

23-01-2018-10-23 Hits:142 Xəbərlər

Türkiyədən Azərbaycana daşınan yük ilk dəfə olaraq İranın Astara limanından gəmi ilə yola salınıb

Türkiyədən Azərbaycana daşınan yük ilk dəfə olaraq İranın Astara limanından gəmi...

Azərbaycan neftinin bir barreli 70,94 dollara satılır

23-01-2018-09-55 Hits:98 Xəbərlər

 Azərbaycan neftinin bir barreli 70,94 dollara satılır

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

Naxçıvana səs verək, qədim diyarımızı gənclər paytaxtı seçək! - VİDEO

23-01-2018-09-28 Hits:1360 Xəbərlər

Naxçıvana səs verək, qədim diyarımızı gənclər paytaxtı seçək! - VİDEO

Naxçıvan 2018-ci ildə “Gənclər Paytaxtı” seçilməyə iddialı namizədir.

Ötən günün mənzərəsi

23-01-2018-09-00 Hits:425 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirdi

22-01-2018-23-47 Hits:345 Xəbərlər

Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirdi

Türkiyə ordusu Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı çərçivəsində ...

İslam Cabbarov: Pəhriz saxlamaqla bir çox xəstəlikləri müalicə etmək mümkündür

22-01-2018-23-00 Hits:304 Xəbərlər

İslam Cabbarov: Pəhriz saxlamaqla bir çox xəstəlikləri müalicə etmək mümkündür

Uzunömürlü və sağlam yaşamaq istəyən düzgün qidalanmalı, müntəzəm fiziki işlə mə...

Benzinin 1 litri ən ucuz Venesuelada və Türkmənistanda, ən baha İslandiyada satılır

22-01-2018-21-08 Hits:441 Xəbərlər

Benzinin 1 litri ən ucuz Venesuelada və Türkmənistanda, ən baha İslandiyada satılır

2018-ci ilin yanvarında dünyada benzinin orta qiyməti 1 litr üçün 1,14 ABŞ dolla...

Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşü keçirilib

22-01-2018-20-38 Hits:106 Xəbərlər

Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun il...

Naxçıvan qarnizonu qoşunlarında döyüş hazırlığına dair yekun müşavirə keçirilib, xidmətdə fərqlənənlər mükafatlandırılıb

22-01-2018-20-12 Hits:408 Xəbərlər

Naxçıvan qarnizonu qoşunlarında  döyüş hazırlığına dair yekun müşavirə keçirilib,  xidmətdə fərqlənənlər mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əs...

Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarında çağırışçı gənclər ordu sıralarına yola salınıb

22-01-2018-19-20 Hits:309 Xəbərlər

Şərur, Ordubad, Culfa və Kəngərli rayonlarında çağırışçı gənclər ordu sıralarına yola salınıb

Naxcivantv.az xəbər verir ki bu gün Şərur, Ordubad, Culfa və Kəngərli rayonların...

Həmyerlimizin məqaləsi Moskvada dərc olunub

22-01-2018-18-48 Hits:157 Xəbərlər

Həmyerlimizin məqaləsi Moskvada dərc olunub

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyya...

“Almaniya ilə əməkdaşlığa uyğunlaşma Jurnalı”nda Naxçıvan haqqında məqalə dərc edilib

22-01-2018-18-06 Hits:74 Xəbərlər

“Almaniya ilə əməkdaşlığa uyğunlaşma Jurnalı”nda Naxçıvan haqqında məqalə dərc edilib

Ötən il sentyabrın 27-də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layih...

Naxçıvanda Görkəmli rəssam Bəhruz Kəngərlinin anadan olmasının 126-cı ildönümü qeyd olunub

22-01-2018-17-38 Hits:134 Xəbərlər

Naxçıvanda Görkəmli rəssam Bəhruz Kəngərlinin anadan  olmasının 126-cı  ildönümü qeyd olunub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən Görkəmli rəssam Bəhruz...

“Samsung Galaxy S9+” smartfonunun real fotoşəkilləri dərc edilib

22-01-2018-17-00 Hits:122 Xəbərlər

“Samsung Galaxy S9+” smartfonunun real fotoşəkilləri dərc edilib

“Samsung” şirkətinin qabaqcıl “Samsung Galaxy S9” və “Samsung Galaxy S9+” smartf...

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb

22-01-2018-16-14 Hits:158 Xəbərlər

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb

Bakı-Tbilisi-Qars dəmir yolu ilə Çindən Avropaya yüklərin daşınmasına başlanılıb...

Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub

22-01-2018-15-34 Hits:79 Xəbərlər

Azərbaycan inklüziv inkişaf indeksinin lideri olan ilk üç ölkə sırasına daxil olub

Azərbaycan 2018-ci ildə Dünya İqtisadi Forumunun (DİF) ənənəvi inklüziv inkişaf ...

Azərbaycan atleti “Kuldiga Catherines Cup” beynəlxalq turnirinin qızıl medalına sahib olub

22-01-2018-15-02 Hits:135 Xəbərlər

 Azərbaycan atleti “Kuldiga Catherines Cup” beynəlxalq turnirinin qızıl medalına sahib olub

Latviyada atletika üzrə “Kuldiga Catherines Cup” beynəlxalq turniri keçirilib.

DTX-dan əməliyyat: son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

22-01-2018-14-41 Hits:903 Xəbərlər

DTX-dan əməliyyat: son illərin ən iri mütəşəkkil qaçaqmalçılığı ifşa olundu

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Azərbaycanda valyuta dövriyyəsində manipu...

Termometr sınanda...

22-01-2018-14-08 Hits:255 Xəbərlər

Termometr sınanda...

Ən çox narahatlıq doğuran məsələlərdən biri bədən hərarətinin ölçülməsi zamanı v...

“Facebook” istifadəçiləri xəbər mənbələrinin etibarlığını qiymətləndirmək imkanı əldə ediblər

22-01-2018-13-38 Hits:144 Xəbərlər

“Facebook” istifadəçiləri xəbər mənbələrinin etibarlığını qiymətləndirmək imkanı əldə ediblər

“Facebook” istifadəçiləri xəbər lentinə daxil olan xəbər mənbələrinin etibarlığı...

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

22-01-2018-12-50 Hits:251 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında  yanvarın 23-nə  gözlənilən hava proqnozu açıqla...