Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilən kollegiya  iclasında nazir Məmməd Qəribov bildirib ki, 2017-ci ildə muxtar respublikada bütün sahələrlə yanaşı, təhsilin  inkişaf səviyyəsi  də yüksəlib.

Təhsil naziri deyib ki, 2017-ci ildə də muxtar respublikada təhsilin bütün mərhələləri üzrə infrastrukturun yenilənməsinə, müasir informasiya texnologiyaları və tədris vasitələri ilə təchiz olunan məktəb binalarının istifadəyə verilməsinə xüsusi diqqət yetirilib. Ötən il Naxçıvan şəhərində 640 şagird yerlik 3 nömrəli, 376 şagird yerlik 13 nömrəli, Şərur şəhərində 1020 şagird yerlik 2 nömrəli, Şərur rayonunun Çəmənli kəndində 380, Ələkli və Qarahəsənli kəndlərinin hər birində 234, Babək rayonunun Payız kəndində 240, Gərməçataq kəndində 66, Ordubad rayonunun Üstüpü kəndində 340, Şahbuz rayonunun Kolanı kəndində 360 şagird yerlik tam orta məktəb binaları istifadəyə verilib. 480 şagird yerlik Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin tikintisi başa çatdırılıb. Məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub.  

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 20 iyun 2014-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində  muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili də davam etdirilib.

2017-ci ildə ümumtəhsil məktəblərinə 942 nəfər sağlamlıq imkanı məhdud uşaq cəlb edilib ki, onların da 88 nəfəri birinci siniflərdə təhsil alırlar. Hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən 24 şagird distant təhsilə cəlb edilib.

Məmməd Qəribov qeyd edib ki,  2016-2017-ci tədris ilində tam orta təhsil bazasından məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun qızıl, 6 məzun gümüş medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüblər. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq  500-700 arası bal toplayıblar. Ali təhsil müəssisələrinə qəbul üçün keçirilən imtahanlarda iştirak edən məzunlardan 1524 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 2016-cı ildə  ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə sənəd verən məzunlardan 315-i tələbə adını qazanmışdırsa, 2017-ci idə bu göstərici 378-ə çatıb.

Yaradılan yüksək şəraitin nəticəsində 2017-ci ildə məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərən dərnəklərə 17 minə yaxın şagirdin cəlbinə nail olunub. 

Təhsil naziri 2017-ci ildə buraxılan nöqsanlar barədə də danışıb. 2018-ci ildə bu nöqsanların təkrarlanmaması üçün səylərin artırılacağını vurğulayıb.

Məruzə ətrafında Naxçıvan Şəhər  Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı, Naxçıvan  Dövlət Texniki Kollecinin  direktoru Asəf Ruşanov, Naxçıvan Texniki  Peşə və Sürücülük Məktəbinin direktoru Rəfail Abdullayev, Naxçıvan Muxtar Respublikası Turizm-Diyarşunaslıq Mərkəzinin  direktoru Murad Babayev  çıxış edib.

                                                          

  Novruz Məmmədov

NTV xəbər

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Məktəblilər arasında şeir müsabiqəsi başa çatıb

18-01-2019-21-51 Xəbərlər

Məktəblilər arasında şeir müsabiqəsi başa çatıb

NUHÇIXAN xəbər verir ki, Culfa şəhər 3 nömrəli tam orta məktəbində  Gənclər və İ...

“Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitabın təqdimatı keçirili

18-01-2019-21-28 Xəbərlər

“Sağlam uşaqlarla sağlam gələcəyə” adlı kitabın təqdimatı keçirili

NUHÇIXAN xəbər verir ki, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uş...

Kərki harayı - VİDEO

18-01-2019-20-28 Xəbərlər

Kərki harayı - VİDEO

Bu gün Kərkinin  Ermənistan tərəfindən  işğal olunmasından 29  il ötür.

Şahmat üzrə yarışda kənd komandaları güclərini sınayıblar

18-01-2019-19-29 Xəbərlər

Şahmat üzrə yarışda kənd komandaları güclərini sınayıblar

Naxçıvan  Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ...

Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə olub - FOTOLAR

18-01-2019-18-30 Xəbərlər

Naxçıvan Şəhər İcra Hakimiyyətində müşavirə olub - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində 2018-ci ilin sosial-...

Oğullar əsgər gedir

18-01-2019-17-52 Xəbərlər

Oğullar əsgər gedir

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmə...

Muxtar respublika iqtisadiyyatına 103 milyon manata yaxın kredit yönəldilib

18-01-2019-17-15 Xəbərlər

Muxtar respublika iqtisadiyyatına 103 milyon manata yaxın kredit yönəldilib

NUHÇIXAN xəbər verir ki, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsində ...

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə əlaqədar tədbir keçirilib

18-01-2019-16-52 Xəbərlər

AMEA Naxçıvan Bölməsində 20 Yanvar faciəsi ilə əlaqədar  tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində keçirilən tədbirdə  əvvəlcə  2...

Naxçıvanda sabaha olan hava proqnozu

18-01-2019-16-07 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 19-na gözlənilən hava proqnozu açıqlanı...

Naxçıvanda şagirdlər arasında keçirilən şahmat birinciliyinə yekun vurulub

18-01-2019-12-19 Xəbərlər

Naxçıvanda şagirdlər arasında keçirilən şahmat birinciliyinə yekun vurulub

Naxçıvan Şahmat Mərkəzində Naxçıvan şəhər tam orta məktəblərinin komandaları ara...

Daimi nümayəndəlikdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

18-01-2019-11-56 Xəbərlər

Daimi nümayəndəlikdə 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nü...

Özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə maarifləndirmə tədbiri keçirilib

18-01-2019-11-12 Xəbərlər

Özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə maarifləndirmə tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Özünüməşğulluq proqramına cəlb edilmiş sosial qayğıya e...

Muxtar respublikanın daxili işlər orqanları hərtərəfli qayğı ilə əhatə olunub

18-01-2019-10-04 Xəbərlər

Muxtar respublikanın daxili işlər orqanları hərtərəfli qayğı ilə əhatə olunub

95 illik yubileyini qeyd edən Naxçıvan polisi yarandığı gündən şərəfli yol keçər...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-95

18-01-2019-00-30 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi-95

1924-cü il yanvarın 18-də Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə ...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi-95

18-01-2019-00-00 Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi-95

Naxçıvan Muxtar Respublikasında ilk ədliyyə orqanı 1924-cü il yanvarın 18-də yar...

“Əli və Nino” əsərinin müzakirəsi olub

17-01-2019-21-29 Xəbərlər

“Əli və Nino” əsərinin  müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində  Qurban Səidin “Əli və Nino” ə...

Məktəblilər vətənpərvərlik ruhunda olan filmə baxıblar

17-01-2019-20-32 Xəbərlər

Məktəblilər vətənpərvərlik ruhunda olan filmə baxıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 16№-li tam orta məktəbdə aprel döyüşləri...

Gənclər xatirə muzeyində olublar - FOTOLAR

17-01-2019-19-37 Xəbərlər

Gənclər xatirə muzeyində olublar - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, bu gün gənclərin vətənə məhəbbət, dövlətçiliyə sədaqət ...

Ali təhsil ocağında 20 Yanvar faciəsi anılıb - FOTOLAR

17-01-2019-18-45 Xəbərlər

Ali təhsil ocağında 20 Yanvar faciəsi anılıb - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “20 Yanvar faciəsi tari...

Yeni Kərki kəndində 20 Yanvar faciəsi ilə bağlı tədbir olub

17-01-2019-18-12 Xəbərlər

Yeni Kərki kəndində 20 Yanvar faciəsi ilə bağlı tədbir olub

NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Yeni...

Naxçıvanda sabaha olan hava proqnozu

17-01-2019-17-34 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında yanvarın 18-nə gözlənilən hava proqnozu açıqlanı...

Məktəb psixoloqlarının kursu başa çatıb

17-01-2019-17-18 Xəbərlər

Məktəb psixoloqlarının kursu başa çatıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda keçirilən məktəb psixo...

Naxçıvanlı idmançılardan uğurlu nəticə

17-01-2019-15-20 Xəbərlər

Naxçıvanlı idmançılardan uğurlu nəticə

NUHÇIXAN xəbər verir ki, Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin x...

Ötən günün mənzərəsi - VİDEO

17-01-2019-10-32 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Kükü kəndində ekoloji hüquqi maarifləndirmə tədbiri keçirilib

16-01-2019-21-13 Xəbərlər

Kükü kəndində ekoloji hüquqi maarifləndirmə tədbiri keçirilib

NUHÇIXAN xəbər verir ki, Şahbuz rayonunun Kükü, Güney Qışlaq, Ayrınc kənd  inzib...

Gənclər hərbi xidmətə yola salınıb

16-01-2019-20-11 Xəbərlər

Gənclər hərbi xidmətə yola salınıb

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respu...

Gömrükçülər tərəfindən saxlanan yararsız mallar və köhnə əşyalar yandırılaraq məhv edilib

16-01-2019-19-39 Xəbərlər

Gömrükçülər tərəfindən saxlanan yararsız mallar və köhnə əşyalar yandırılaraq məhv edilib

NUHÇIXAN xəbər verir ki, yanvarın 16-da  muxtar respublika gömrük orqanları tərə...

Muxtar respublikada 165 min 793 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib

16-01-2019-19-08 Xəbərlər

Muxtar respublikada 165 min 793 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətin...

“Unutsaq unudularıq” adlı rəsm sərgisi keçirilib

16-01-2019-18-26 Xəbərlər

“Unutsaq unudularıq” adlı rəsm sərgisi keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhru...

Muxtar respublikada ötən il 2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb

16-01-2019-17-22 Xəbərlər

Muxtar respublikada ötən il  2 milyon 141 min manatdan çox büdcə vəsaitinin əsassız xərclənməsinin qarşısı alınıb

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçir...