Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda lektoriya keçirilib

Lektoriyada institutun rektoru, professor  Oruc Həsənli bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır.

AMEA – nın müxbir üzvü Vəli Baxşəliyev də çıxışında dahi rəhbər Heydər Əliyevin apardığı daxili siyasətin Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək imkanları yaratmaqdan ibarət olduğunu deyib. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb.

Vəli Baxşəliyev deyib ki, Naxçıvanda ali məktəb komplekslərinin yaradılması, elə Müəllimlər İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi üçün görülən işlər də Heydər Əliyev ideyalarına sədaqətin bəhrəsi, müstəqilliyimizin layiqli töhfələridir.

                                                                                      Aygün Hüseynli

                                                                                     NTV xəbər

 

www.naxcivantv.az