Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Mən Naxçıvanı tanıyıram” bilik olimpiyadasının qalibləri mükafatlandırılıblar.

Qeyd edək ki, olimpiyadanın birinci mərhələsi oktyabrın 8-də, 2-ci mərhələsi isə oktyabrın 15-də keçirilib. Yarışda muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib. Suallar Naxçıvan Muxtar Respublikası ilə bağlı olub.

 Bununla bağlı keçirilən   tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nicat Babayev çıxış edərək qalibləri təbrik ediblər. 

  Sonra yarışın qaliblərinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin diplomları və  hədiyyələr verilib. Naxçıvan Dövlət Universitetinin tələbələri Nilufər Ağayeva birinci, Rüfət Əliyev ikinci Kərim Nəcəfov isə üçüncü yerə layiq görülüb. Digər iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim olunub.

Qeyd edək ki, bu kimi yarışların bundan sonrada keçirilməsi nəzərdə tutulub.

 

Kənan Cəlilov

NTV xəbər

www.naxcivantv.az