Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAMPrezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. 

Naxcivantv.az  xəbər verir ki, sərəncamla  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2017-ci il üzrə orta aylıq nominal əmək haqqının  Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq, 2018-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.

Həmçinin nazirlik fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

www.naxcivantv.az