Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Qızlar Liseyində şagirdlərə milli mətbəx nümunələrinin hazırlanması öyrədilirNaxçıvan Qızlar Liseyində hər həftə liseyin şagirdlərinə milli mətbəximizin dadlı təamlarından birini hazırlamaq praktiki şəkildə öyrədilir.

Naxcivantv.az xəbər verir ki, bu dəfəki dərsdə isə onlara Xıdır Nəbi mərasimi ilə bağlı qovurqanın  hazırlanması barədə məlumat verildi. Naxçıvanda Xıdır Nəbi mərasimi və adətləri barədə məlumat verən Naxçıvan Mətbəxi Kulinariya Mərkəzinin direktoru Türkay Səfərzadə bildirdi ki, Xıdır Nəbi Kiçik Çillənin  ilk on günlüyündə keçirilən xüsusi mərasimdir. Şagirdlərə məlumat verdi ki, Naxçıvan və onun rayonlarında  belə bir adət də var ki,  Xıdır Nəbi bayramında uşaqlar qapı-qapı gəzir və xor ilə mahnı oxuyaraq Xıdırı pay yığırlar.  Xıdır  süfrəsinin bəzədilməsi haqqında da məlumat verən  mərkəzin direktoru qovurqanın hazırlanması üçün lazım olanları sadalayıb.

Naxçıvan Mətbəxi Kulinariya Mərkəzinin kulinarı Aygün Cəfərova qovurqanın və  Xıdır Nəbi günü xüsusi hazırlanan qovudun  hazırlanmasını şagirdlərə əyani göstərib. Qovudun hazırlanmasına xüsusi maraq göstərən şagirdlərə mərkəzin kulinarı tərəfindən  ətraflı  məlumat verilib.

Dərsdə Naxçıvan Qızlar Liseyinin  şagirdləri tərəfindən  Xıdır Nəbi mərasimləri ilə bağlı folklor nümunələri də səsləndirilib.

Naxçıvan Qızlar Liseyində şagirdlərə milli mətbəx nümunələrinin hazırlanması öyrədilir

Aygün Hüseynli

NTV Xəbər 

 

www.naxcivantv.az