Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvanda mənzillərin ipoteka krediti ilə satılması davam etdirilir. 

Bu gün Naxçıvanda yeni inzibati binalar və sosial obyektlərlə yanaşı, həm də müasir yaşayış binaları tikilərək istifadəyə verilir. Muxtar respublikamızda  banklar iqtisadiyyatın  ayrı-ayrı sahələrini kreditləşdirməklə əhalinin  məşğulluğunun təmin edilməsini və ümumilikdə iqtisadiyyatın  bütöv bir şəkildə  inkişafını  dəstəkləyirlər. 

Mərkəzi bankın Naxçıvan MR İdarəsinin  aparıcı mütəxəssisi Tapdıq Əliyev deyir ki, ipoteka kreditləri verilən müddət ərzində muxtar respublikamızda 300 ailə bundan yararlanaraq mənzil sahibi olub,  verilən kredit həcmi 11 milyon 829 min manat təşkil edib. Bu ilin ötən 9 ay ərzində muxtar respublikada 21 ailə ipoteka kreditləri sayəsində öz mənzillərinin  sahibi olub, kredit məbləği 823 min 600 manat təşkil edib.

İpoteka ilə ev götürən gənclərdən Elməddin Quliyev və Rəşad Rzayev deyirlər ki, ayda cəmi 216 manat ödəyərək mənzil sahibi olublar. 10 illik müddətə 11 faizlə götürdükləri ipoteka kreditləri onların ailə büdcələrinə  tam uyğundur.  

İpoteka kreditləri  öz əhəmiyyətini  sadəcə  ailələrin  mənzil təminatının  yaxşılaşdırılması şəklində deyil, ümumi iqtisadi canlanma ilə də  göstərir.

Naxçıvan şəhərində yeni inşa edilən gənclər şəhərciyində evlərin ipoteka krediti ilə verilməsi də davam etdirilir. Naxçıvan Bank öz vəsaiti hesabına yeni inşa edilən binalarda mənzillərin ipotekaya verilməsini həyata keçirir. İpoteka kreditləri maksimum 50 min manatadək verilir.

   Məlumat üçün bildirək ki, yaxın vaxtlarda muxtar respublikamızda uzunmüddətli ipoteka kreditlərinin verilməsi də planlaşdırılır.

 

Turab Hacızadə

NTV xəbər

 

Bənzər məqalələr

www.naxcivantv.az