Ölkə mətbuatında  Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümünə  geniş yer verirlibFevarlın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94-cü ildönümü ilə bağlı ölkə mətbuatında, televiziya kanallarında silsilə materiallar, filmlər, verilişlər yayımlanıb.

Naxcivantv.az xəbər verir ki, Azərbaycan televiziyasının “Səhər” proqramı aparıcıların muxtar respublika haqqında məlumatı ilə başlayıb. Proqram boyu muxtar respublikanın tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını tərənnüm edən video çarxlar nümayiş olunub. Həmçinin muxtar respublikanın tarixi abidələri, gəzməli, görməli yerlərini əks etdirən video materiallar göstərilib. Proqramın qonaqları professorlar Vəli Əliyev və Arif Hüseynov “Qədim Nuh yurdu” haqqında məlumat veriblər. Qeyd olunub ki, Naxçıvanın muxtariyyət yubileylərini ulu öndər Heydər Əliyev xüsusi dəyərləndirirdi. Ona görə ki, Azərbaycan xalqının bütövlükdə türk dünyasının dövlətçilik tarixində Naxçıvanın xüsusi yeri var. Həmçinin qeyd olunub ki, Naxçıvan abidələri, etnoqrafiyası, yüzilliklər boyu cilalanmış folkloru ilə diqqət mərkəzindədir. Proqramda bu qədim diyara həsr olunan musiqi nömrələri ifa olunub.

Azərbaycan televiziyasının efirində günboyu Naxçıvanın simvolu Haçadağ, “Xan sarayı”-Dövlət tarix-memarlıq, “Mömünə Xatın” və Açıq Səma Altında muzey kompleksi, Xarabagilan və bir çox tarixi abidələrin  yer aldığı video çarxlar və televernisajlar nümayiş olunub. Həmçinin televiziyada “XXI əsrin salnaməsi Naxçıvan”, Naxçıvan Televiziyasının istehsalı olan “Nuhun yurdu Naxçıvan”, “Naxçıvan yallıları” və “Naxçıvan abidələri” televiziya  filmləri də geniş auditoruyaya çatdırılıb. Naxçıvan kamera orkestrinin konsert proqramı da təqdim edilib.

“Yaradanlar və yaşadanlar” musiqili proqramının da fevralın 9-na olan buraxılışı Naxçıvan Muxtar Respublikasına həsr edilib. Veriliş Şərur yallısı ilə başlayıb. Proqramda tanınmış ifaçılar bu qədim yurdumuza həsr edilən musiqi nömrələri ilə tamaşaçıların qəlbini oxşayıb. Akademik Muxtar İmanov qədim diyarın folklor nümunələri haqqında məlumat verib, Naxçıvanda bu gün də yaşadılan yallı mədəniyyətindən, gülümeylərdən, hakıştalardan söhbət açıb. Qeyd olunub ki, Naxçıvan öz qədim mədəniyyəti ilə dünya mədəniyyətinin bir parçasıdır və önəmli rola malikdir.

Azərbaycan televiziyasının, Lider və Xəzər televiziyalarının xəbərlər informasiya proqramlarında Naxçıvan Muxtar Respublikasının 94 illiyi barədə xəbərlər yer alıb.

2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan olunan Naxçıvan bu gün də milli-mənəvi dəyərlərə sadiqliyi, şərqin nadir incilərinin toplandığı  məkan kimi diqqəti çəkir. Naxçıvan əhalisi milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmlən­dirilməsində yaxından iştirak edir.

Həmin gün mədəniyyət televiziyasının efirində muxtar respublika ilə bağlı materiallara geniş yer verilib. “Heydər Əliyev və Naxçıvan”, “Azərbaycan xalçaları Naxçıvan qrupu”, “Gəmiqaya” və Naxçıvan televiziyasının istehsalı olan “Naxçıvan türk islam mədəniyyəti abidələri” televiziya filmləri tamaşaçılar tərəfindən maraqla izlənib.

Mədəniyyət televiziyasında günboyu müxtəlif Naxçıvanla bağlı musiqilərə və Naxçıvan yallılarına geniş yer verilib. Naxçıvan Dövlət Mahnı və Rəqs ansamblı, “Kəngər” uşaq yallı ansamblının, Şərur xalq yallı ansamblı tərəfindən “Siyaqutu”, “Oğuz” rəqsi, “Göyçəməni”, “Xələfi”, “İki ayağı” kimi  rəqs və yallılar ifa edilib.

Həmçinin Azərbaycan qəzetində “Qədim və həmişəcavan Naxçıvan” başlıqlı məqalə dərc olunub. Məqalədə qeyd olunub ki,  bəşəri əhəmiyyət daşıyan Dünya tufanı hadisəsi və Nuh peyğəmbərin əfsanəvi səfərinin bu diyarda çoxsaylı izlərinin yaşaması Naxçıvan torpağı üzərində tarixin möhürləridir. Dünya tufanından sonrakı hadisələrlə bağlı olan Gəmiqaya, Qapıcıq, Nuh yurdu, Qaranquş yaylağı, Xəzər obası, Haçadağ, Nuhdaban yaşayış yeri, Nəhəcir, Nehrəm və sair kimi onlarla toponimlər Naxçıvanın bəşəriyyətin ilkin sivilizasiyasının əsas mərkəzlərindən biri olmasını göstərən etibarlı vəsiqələridir.

Azərtac informasiya agentliyində və Xəzər xəbər internet saytında da Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixi ilə bağlı məlumatlar yer alıb.

Baloğlan Kərimov

NTV Xəbər 

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu

20-05-2018-14-40 Hits:4 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departament...

Babək rayonu abadlaşır

20-05-2018-14-15 Hits:14 Xəbərlər

Babək rayonu abadlaşır

NUHÇIXAN xəbər verir ki, Babək  rayonun Yuxarı və Aşağı Buzqov kəndlərində gen...

Naxçıvanda bu gün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

20-05-2018-14-00 Hits:26 Xəbərlər

Naxçıvanda bu gün I və IV qruplar üzrə ali məktəblərə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ...

Naxçıvanlı memarın sənət uğurları

20-05-2018-12-51 Hits:14 Xəbərlər

Naxçıvanlı memarın sənət uğurları

Qoca tarixlə həmyaşıd olan qədim Naxçıvanımız bəşəriyyətə bəxş etdiyi böyük şəxs...

Hacı Qadir Qədirzadə – 70

20-05-2018-12-31 Hits:8 Xəbərlər

Hacı Qadir Qədirzadə – 70

Qocaman dağa bənzəyən əsl elm adamı Həyatda elə insanlar var ki onları sonradan...

Dubayda “uçan xalça” təqdim olunub

20-05-2018-10-30 Hits:7 Xəbərlər

Dubayda “uçan xalça” təqdim olunub

Müqəddəs Ramazan ayının başlanması münasibətilə Dubay Əmirliyindəki “Fairmont Du...

Samsun şəhərində nümayiş etdirilən 1919 metr uzunluğundakı bayraq böyük marağa səbəb olub

20-05-2018-10-00 Hits:7 Xəbərlər

Samsun şəhərində nümayiş etdirilən 1919 metr uzunluğundakı bayraq böyük marağa səbəb olub

Türkiyədə 19 may – Atatürkü anma, gənclik və idman bayramı münasibətilə keçirilə...

“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu olub

19-05-2018-22-21 Hits:13 Xəbərlər

“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu olub

“Qalatasaray” komandası futbol üzrə Türkiyə Superliqasının sonuncu turunda səfər...

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb

19-05-2018-21-40 Hits:6 Xəbərlər

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb

Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb.

Dövlət İmtahan Mərkəzi Avropa İttifaqının Tvinninq aləti çərçivəsində layihəni uğurla reallaşdırır

19-05-2018-19-48 Hits:17 Xəbərlər

Dövlət İmtahan Mərkəzi Avropa İttifaqının Tvinninq aləti çərçivəsində layihəni uğurla reallaşdırır

Tvinninq Avropa İttifaqının (Aİ) institusional quruculuq aləti olaraq dövlət ida...

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Küveytdə konsert olub

19-05-2018-19-36 Hits:17 Xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Küveytdə konsert olub

Küveyt Dövlətinin Əbdülhüseyn Əbdülrıda Teatrında Azərbaycan Xalq Cümhuriyyətini...

Naxçıvanda III “Göycə” Festivalı keçirilir

19-05-2018-19-17 Hits:48 Xəbərlər

Naxçıvanda III “Göycə” Festivalı keçirilir

Bu gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi növbəti- III “Göycə”  festi...

Fransalı alimlər Adolf Hitlerin ölüm tarixini təsdiqləyiblər

19-05-2018-18-19 Hits:44 Xəbərlər

Fransalı alimlər Adolf Hitlerin ölüm tarixini təsdiqləyiblər

Fransalı alimlər 1946-cı ildən bəri ilk dəfə Adolf Hitlerin dişlərinin fraqmentl...

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununa çıxıb

19-05-2018-18-05 Hits:23 Xəbərlər

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ilk oyununa çıxıb

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası mayın 19-da Qızıl Avrop...

Məşhur alimdən Ramazanla bağlı 7 MÜHÜM TÖVSİYƏ

19-05-2018-17-55 Hits:42 Xəbərlər

Məşhur alimdən Ramazanla bağlı 7 MÜHÜM TÖVSİYƏ

Professor Canan Karatay Ramazan ayında oruc tutan şəxslər üçün 7 mühüm tövsiyə i...

DÇ-2018: Rusiyaya uçuşlar məhdudlaşdırılır

19-05-2018-17-19 Hits:25 Xəbərlər

DÇ-2018: Rusiyaya uçuşlar məhdudlaşdırılır

Rusiyada dünya çempionatı ilə bağlı uçuşlar məhdudlaşdırılır.

“Samsung Galaxy Note 9” smartfonu iyulda təqdim oluna bilər

19-05-2018-17-06 Hits:27 Xəbərlər

“Samsung Galaxy Note 9” smartfonu iyulda təqdim oluna bilər

“Samsung” şirkəti qabaqcıl “Galaxy Note 9” smartfonunu iyulun sonunda təqdim edə...

UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq böyük ekranda ictimai efirə icazə verilib

19-05-2018-17-05 Hits:34 Xəbərlər

UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq böyük ekranda ictimai efirə icazə verilib

UEFA Çempionlar Liqasının final oyunları tarixində ilk dəfə olaraq, mayın 26-da ...

İsveçrə səfiri: Naxçıvan iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyiş əldə edib

19-05-2018-16-34 Hits:41 Xəbərlər

İsveçrə səfiri: Naxçıvan iqtisadiyyat, təhsil, energetika və digər sahələrdə böyük irəliləyiş əldə edib

Naxçıvan Muxtar Respublikasının çox gözəl təbiəti, gülərüz və qonaqpərvər insanl...

Naxçıvanda arıçılıqla bağlı beynəlxalq konfrans keçirilib

19-05-2018-16-22 Hits:33 Xəbərlər

Naxçıvanda arıçılıqla bağlı beynəlxalq konfrans keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində IV Naxçıvan Beynəlxalq ...

Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib

19-05-2018-15-42 Hits:35 Xəbərlər

Prezident İlham Əliyev kamerunlu həmkarını təbrik edib

Prezident İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu göndərib.

Velosiped üzrə muxtar respublika birinciliyi keçirilib

19-05-2018-15-17 Hits:31 Xəbərlər

Velosiped üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan MR  Gənclər və İdman , Təhsil Nazirliklərinin, Hava və Ekstremal İdman ...

Oruc tutmağın heyrətamiz faydaları

19-05-2018-14-59 Hits:42 Xəbərlər

Oruc tutmağın heyrətamiz faydaları

Milyonlarla müsəlmanın aclıq və nəfslə imtahan olunduğu müqəddəs Ramazan ayı baş...

Avropa çempionatının ilk günündə samboçularımız iki medal qazanıblar

19-05-2018-14-33 Hits:24 Xəbərlər

Avropa çempionatının ilk günündə samboçularımız iki medal qazanıblar

Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatı davam edir.

“Forbes” jurnalı: Ermənistan iqtisadiyyatının inkişafı yolunda böyük çətinliklər var

19-05-2018-14-21 Hits:31 Xəbərlər

“Forbes” jurnalı: Ermənistan iqtisadiyyatının inkişafı yolunda böyük çətinliklər var

Ermənistan iqtisadiyyatının inkişafı yolunda böyük çətinliklər var. İnkişaf üçün...

Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar

19-05-2018-14-03 Hits:33 Xəbərlər

Hərbçi güləşçilərimiz 33-cü dünya çempionatının sonuncu günündə 1 qızıl və 2 bürünc medal qazanıblar

Mərkəzi Ordu İdman Klubunun komandası çempionatı 2-si qızıl, 3-ü gümüş, 6-sı bür...

İsveç səfiri muxtar respublikanın istehsalat, mədəniyyət müəssisələri ilə tanış olub

19-05-2018-13-48 Hits:40 Xəbərlər

İsveç səfiri muxtar respublikanın istehsalat, mədəniyyət müəssisələri ilə tanış olub

İsveç Krallığının ölkəmizdəki səfiri xanım İnqrid Tersman Naxçıvan Muxtar Respub...

Naxçıvanda sabaha olan hava proqnozu

19-05-2018-13-29 Hits:32 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında may ayının 18-ə olan hava proqnozu açıqlanıb.

Ulu öndərin ən çox sevdiyi meyvə: - Naxçıvan göycəsi

19-05-2018-12-46 Hits:35 Xəbərlər

Ulu öndərin ən çox sevdiyi meyvə: - Naxçıvan göycəsi

Bütün varlığı ilə Azərbaycanı sevən ümummilli lider Heydər Əliyev doğulduğu Naxç...

Yoluxucu xəstəliklər müzakirə olunub

19-05-2018-12-16 Hits:35 Xəbərlər

Yoluxucu xəstəliklər müzakirə olunub

Naxçıvan Muxtar Respublika Xəstəxanasında müasir dövrün aktual yoluxucu xəstəlik...