Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov: “Gənclər bu qədim diyarı yenidən kəşf etmək üçün Naxçıvanı paytaxt seçdilər”

Ulu öndər Heydər Əliyevin ideya-siyasi kursunun uğurla davam etdirilməsi nəticə etibarilə qədim Naxçıvanı inkişafa qovuşdurmuşdur. 5000 illik şəhər mədəniyyətinə malik olan Naxçıvan bu gün həm də müasirliyi ilə öyünür. Keçmişini qorumaqla gələcəyə doğru inamla addımlayır. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Və muxtar respublika sakinləri 2018-ci ili yüksək əhvalla, İslam mədəniyyətinin paytaxtı kimi qarşıladı. Həmçinin Naxçıvan Muxtar Respublikası 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində ilk yeri tutub. Təbii ki, bu da muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəricilərini xarakterizə edən mühüm faktorlardandır. Bütün bunların ardınca Naxçıvanın ölkəmizin Gənclər paytaxtı seçilməsi muxtar respublikanın tarixində yaşanan daha bir əlamətdar hadisə oldu. Məlum olduğu kimi, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub. Və artıq İslam mədəniyyətinin paytaxtı həm də Gənclər Paytaxtıdır.2012-ci ildən həyata keçirilən layihədə  hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. "Gənclər Paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir. İl ərzində həmin şəhər (rayon) gənclərin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması, yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Naxçıvanın Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsinə yalnız muxtar respublika sakinləri deyil, Azərbaycanın digər bölgələrindən olan sakinlər, ələlxüsus da gənclər dəstək verib. Səbəbi aydındır: Naxçıvanın bu statusu daşımağa daha çox haqqının olması.

Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov2018-ci ilin Naxçıvan üçün uğurlu bir il olduğunu qeyd etdi: “Naxçıvan İslam mədəniyyətinin paytaxtı ünvanını aldı, ardınca da Azərbaycanın “Gənclər Paytaxtı”  statusunu. Gənclər Naxçıvanı ölkənin gənclər paytaxtı seçməklə Azərbaycanın ictimai-siyasi həyatında öz sözlərini demiş oldular. Əminəm ki,  bundan sonra da naxçıvanlı gənclər ümumən ölkəmizin ictimai-siyasi həyatında öz fəallıqları ilə seçiləcəklər.

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palas”da keçirilən təntənəli mərasimə10 nəfərlik heyətlə  qatılmışdıq. Bu mərasimdə gənclər paytaxtının rəmzi açarı təqdim olundu və biz onu aid olduğu yerə-Naxçıvana gətirdik. Yaşanan həmin anın təəssüratlarını bölüşmək olduqca çətindir. Belə düşünürəm ki, Naxçıvanın qalibiyyəti yalnız səsvermə hesabına olmadı, Naxçıvan bunu haqq edirdi və qazandı. Biz bunu gözləyirdik,  ona görə ki, Naxçıvan Muxtar Respublikasında aparılan gənclər siyasəti buna əsas verirdi. Hamımıza məlumdur ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində gənclər siyasəti ən yüksək səviyyədə həyata keçirilir və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun aşılanması gənclərimizin bugünkü mövqelərini ortaya qoyur.  Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılan yüksək şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar, Azərbaycanı layiqincə təmsil etmələri sübut edirdi ki, Naxçıvan “Gənclər Paytaxtı” olmağa layiqdir. Çox sevindirici bir hal idi, çünki Naxçıvan daha bir uğura imza atırdı. Naxçıvanın Gənclər paytaxtı seçilməsini gənclər çox istəyirdi. İlk səsvermə başlayan gündən sonuna qədər Naxçıvan səsvermədə öz liderliyini qorudu  və sonda da qalib oldu. Naxçıvanda bu gün  3 böyük ali təhsil müəssisəsi, həmçinin 3 orta ixtisas məktəbinin olması gənclər kontingentinin çoxluğunu önə çıxarır.  Gənclər üçün yaradılan müasir infrastruktur da əsas şərtlərdən biridir. Digər bölgələrimizdən də Naxçıvana səs verənlər çox oldu. Düşünürəm ki, gənclər Naxçıvanı yenidən kəşf etmək üçün Naxçıvana səs verdilər”. 

Azad Cabbarov həmçinin “Gənclər Paytaxtı” Naxçıvanda keçiriləcək tədbirlər haqqında da danışdı:

-İlboyu gənclərlə bağlı müxtəlif tədbirlər həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikası Ali MəclisiSədrinin tövsiyə və tapşırığına əsasən Gənclər və İdman nazirliyi, Gənclər Fondu,  YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə iş planı tərtib olunub. Bu tədbirlər planında sırf gənclər sferasını əhatə edən37 maddə var. Nəzərdə tutulan tədbirlər sırasında ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin gənclərə aşılanması, intellektual oyunların keçirilməsi, hərbi xidmətdən tərxisolunmuş gənclərlə işi gücləndirmək və onları peşə ixtisasına yönəltmək, internetdən gəncləri səmərəli istifadəyə təşviq etmək kimi məsələlər yer alır. Digər tərəfdən intellektual oyunlar olimpiadasının və Gənclər Forumunun bu il Naxçıvanda keçirilməsini planlaşdırmışıq. Keçiriləcək tədbirlər sırf gənclər sahəsini  əhatə etdiyi üçün düşünürəm ki, biz 2018-də birgə tədbirlər planına uyğun olaraq gənclərlə işin gücləndirilməsində və gənclərimizin düzgün maarifləndirilməsində, onların intellektual səviyyəsinin yüksəldilməsində məqsədyönlü fəaliyyətimizi uğurla  həyata keçirəcəyik.

Bu tədbirlərlə yanaşı, Naxçıvanın Gənclər paytaxtı seçilməsi ilə əlaqədar burada həm ölkə, həm beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Bu tədbirlər Naxçıvan gənclərinin intellektual  səviyyəsinin artırılması,  eləcə də Naxçıvanın  tanıdılmasına səbəb olacaqdır. Naxçıvanın “Gənclər Paytaxtı”  seçilməsi ilə əlaqədar yaxın günlərdə hazırlanacaq tədbirlər planına əsasən fəaliyyətimizi həm də bu istiqamətdə quracağıq. Gənclər paytaxtının rəmzi açarının təqdimat mərasimindən sonra ölkəmizdə fəaliyyət göstərən bir çox ictimai təşkilatlar, gənclər təşkilatları bizə yaxınlaşıb,  bu il Naxçıvandayıq,- deyə mesajlar verdilər. Düşünürəm ki, Naxçıvanın “Gənclər paytaxtı” seçilməsi bu qədim diyara töhfə verəcəkdir. Həyata keçiriləcək ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər çərçivəsində naxçıvanlı gənclərin fəaliyyət dairəsi daha da genişlənəcək. Bu tədbirlər naxçıvanlı gənclərlə ölkəmizin müxtəlif bölgələrindən olan gənclər arasında sıx dostluq əlaqələrinin qurulmasında körpü rolunu oynayacaq. Həmçinin ölkəmizin müxtəlif bölgələrindən bura gələcək gənclər təşkilatları Naxçıvanda gənclər üçün yaradılan şəraitlə tanış olacaq, Naxçıvanın tanıtımına və turizm potensialının təbliğinə öz töhfələrini verəcəklər.

Naxçıvan MR Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev də Naxçıvanın “Gənclər Paytaxtı” olması sevincini bölüşdü: “2018-ci ili hər kəs Naxçıvan şəhərini islam mədəniyyətinin paytaxtı olaraq qarşılamışdı. Yəni 2018-ci ildə Naxçıvan şəhərində keçiriləcək tədbirlərin ilk istiqaməti bəlli idi, daha çox bu istiqamətdəki tədbirlərə üstünlük veriləcəkdi.Amma xoş bir hal oldu ki, bir neçə gün bundan əvvəlki internet səsverməsi ilə Naxçıvan şəhəri eyni zamanda Azərbaycanın “Gənclər Paytaxtı” seçildi. Yəni bir ildə şəhərimizin həm İslam mədəniyyətinin paytaxtı, həm Azərbaycanın “Gənclər Paytaxtı” statusunu daşıması artıq gənclər sahəsində həyata keçiriləcək tədbirlərin yeni müstəviyə daşınmasına təkan vermiş olacaq.  Buna uyğun olaraq da muxtar respuiblikamızda yaşayan gəncləri əhatə edəcək bir sıra maraqlı tədbirlər keçiriləcəkdir. Bu da onu göstərir ki, bundan əvvəlki illərdə Naxçıvan MRAli Məclisi Sədrinintövsiyə və tapşırıqlarını əsas tutaraq keçirilən tədbirlər öz müsbət nəticələrini verdi. Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsini biz  gözləyirdik, çünki muxtar respublikanın kütləvi informasiya vasitələrində aparılan iş, eyni zamanda həm Gənclər və İdman nazirliyi, Gənclər Fondu və digər aidiyyatlı təşkilatlar tərəfindən keçirilən tədbirlər, aparılan təbliğat işləri muxtar respublikada internet resurslarından, sosial şəbəkələrdən düzgün istifadə etməyə gəncləri təşviq etdi və buna uyğun olaraq da gənclər bu gün Naxçıvanı Azərbaycanın “Gənclər Paytaxtı” seçməklə bu təşviqatın doğru istiqamətdə aparıldığını bir daha sübut etdilər. Təbii ki, Naxçıvanın Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsi  hər kəsi sevindirdi. İnanırıq ki, 2018-ci ildə bu istiqamətdə keçirilən tədbirlərdə də gənclər fəal iştirak edəcək və paytaxt adını əminliklə,laiqli şəkildə daşıyacaqlar”.

Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev il ərzində Fond tərəfindən reallaşdırılacaq tədbirlər barədə də məlumat verdi:

--Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə tədbirlər planı var və bu tədbirlər planından əlavə, həm də digər aidiyyatı təşkilatlarla Gənclər Fondunun tədbirlər planı var.  Hazırlanmış tədbirlər planı gənclərin intellektual inkişafı, onların asudə vaxtının səmərəli təşkili və bu istiqamətdə digər tədbirlərin keçirilməsi məqsədinə xidmət edir. Bununla yanaşı, Naxçıvanın2018-ci ildə İslam mədəniyyətinin  paytaxtı seçilməsi ilə əlaqədar olaraq Gənclər Fondu ənənəvi yaradıclıq müsabiqəsi keçirəcəkdir. Bu istiqamətdə iki yaradıclıq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda muxtar respublikanın  turizm potensialının təbliğ olunması ilə bağlı mütəmadi tədbirlər keçirilir. Buna uyğun olaraq  “Naxçıvanı tanıyaq” devizi altında gənclərin muxtar respublikanın tarix, təbiət abidələrinə ekskursiyalarının təşkil olunması nəzərdə tutulub. Keçiriləcək tədbirlərdə gənclərin intellektual inkişaf məsələsi əsas prioritet istiqamətdir. Çünki intellektual inkişaf gənclərin düzgün dünyagörüşünün formalaşmasına da dəstək verir və bu məqsədlə də il ərzində müxtəlif intellektualyarışların keçirilməsi nəzərdə tutulur. Bildiyimiz kimi, muxtar respublikada digər ölkələrdən olan əcnəbi tələbələr təhsil alır. Onlar arasında da intellektual oyunların keçirilməsi və əcnəbi tələbələrin muxtar respublikanın turizm potensiallı ərazilərinə, tarixi abidələrə ekskursiyalarınıntəşkil olunması nəzərdə tutulur. Burada məqsəd Naxçıvanın xarici ölkələrdə daha yaxşı tanıdılması və muxtar respublikanın ali təhsil müəssisələrinə digər əcnəbilərin də cəlb olunmasıdır. Keçirilən tədbirlərdə gənclərin potensialından düzgün istifadə olunması qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikanın tanıdılması ilə bağlı Naxçıvan televiziyası tərəfindən müxtəlif videoçarxlar hazırlanır. Bu videoçarxların sosial şəbəkələr vasitəsilə, internet resurslarından düzgün istifadə etməklə geniş kütlə arasında yayımlanması da həyata keçirəcəyimiz tədbirlər sırasında yer alacaq. Bununla yanaşı Heydər Əliyev adına Hərbi Liseyin kursantları və ortaməktəblərin yuxarı sinif şagirdləri arasında yazı, eləcə də rəsmmüsabiqələri keçiriləcək. Dövlət Dram Teatrının repertuarındakı tamaşalardan istifadə etməklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində muxtar respublikanın rayon mərkəzlərində müxtəlif tamaşaların göstərilməsi, gənclərin hərbi hissələrə səfərlərinin təşkili, onların əsgər və zabitlərlə görüşlərinin keçirilməsi və bir sıra digər tədbirlər də  2018-ci ildə reallaşdırılacaq layihələr sırasındadır.

Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar burada ölkə səviyyəsində də mühüm layihələr həyata keçiriləcək. Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yekun hesabat tədbiri keçirildi.  Həmin tədbirdə Naxçıvanın növbəti uğura imza atması hər kəs tərəfindən alqışlandı. Gənclər Fondunun icraçı direktoru, həmçinin gənclər təşkilatlarının rəhbərləri, nümayəndələri bu il Naxçıvan şəhərində həm İslam mədəniyyətinin paytaxtı, həm gənclər paytaxtı istiqamətində layihələr həyata keçirmək istədiklərini bildirdilər. Düşünürəm ki, Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi digər bölgələrdəki gənclər təşkilatlarını Naxçıvana cəlb edəcək. Onların artıq Naxçıvanın da gənclər potensialından öz tədbirlərində istifadə etmək kimi niyyətləri var. Bu da muxtar respublikamızda yaşayan gənclərin özünüifadə etməsi, dünyagörüşünün artrılması istiqamətində müsbət mənada öz təsirini göstərəcəkdir.

“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir.” Ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri Azərbaycan gəncliyinə göstərilən etimadın təzahürüdür.

 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da qeyd etdiyi kimi, Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır.”

İnanırıq ki, bu il İslam mədəniyyətinin paytaxtı olan Naxçıvan Azərbaycanın “Gənclər Paytaxtı” kimi də, öz üzərinə düşən misiyyanı layiqincə yerinə yetirəcəkdir. Yaradılan şərait onu deməyə əsas verir ki, Gənclər Paytaxtı Naxçıvan bu adı uğurla doğruldacaq. İl ərzində həyata keçirilən tədbirlər gənclərin fəaliyyət imkanlarını  daha da genişləndirəcəkdir. İnkişafının şahidləri və iştirakçıları olaraq günü-gündən gəncləşən Naxçıvanımızla qürur duyur, “Gənclər paytaxtı” seçilən şəhərimizlə fəxr edirik.İrəli gənclər, yol sizindir!

 

                                                                Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru

 

 

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanın tarixi abidələri, mədəniyyət, təhsil müəssisələri türkiyəli jurnalistlərin marağına səbəb olub

22-10-2018-16-45 Xəbərlər

Naxçıvanın tarixi abidələri, mədəniyyət, təhsil müəssisələri türkiyəli jurnalistlərin marağına səbəb olub

Türkiyənin Şərqi Anadolu Jurnalistləri Federasiyasının üzvü olan media qurumları...

Babək rayonunun 40 illik yubileyi qeyd olunub - VİDEO

22-10-2018-16-39 Xəbərlər

Babək rayonunun 40 illik yubileyi qeyd olunub - VİDEO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Bab...

Naxçıvanda sabaha olan hava proqnozu

22-10-2018-13-27 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 23-nə gözlənilən hava proqnozu açıqlan...

Türkiyə KİV-ləri Anadolu jurnalistlərinin Naxçıvana səfərindən yazıb

22-10-2018-12-26 Xəbərlər

Türkiyə KİV-ləri Anadolu jurnalistlərinin Naxçıvana səfərindən yazıb

Türkiyənin bir qrup media nümayəndəsi Naxçıvanda səfərdə olub.

Naxçıvanda “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabın təqdimatı olub

21-10-2018-21-10 Xəbərlər

Naxçıvanda “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabın təqdimatı olub

Naxçıvan Şəhər İcra Hakimiyyətinin iclas zalında “Azərbaycan Respublikasının Pre...

Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” başa çatıb

21-10-2018-20-32 Xəbərlər

Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” başa çatıb

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən və iki gün davam edən...

Sən cənnətin gerçəyisən, Şahbulaq

21-10-2018-17-04 Xəbərlər

Sən cənnətin gerçəyisən, Şahbulaq

Öz sərin havası, sulu çeşmələri, yamyaşıl örtüyü ilə seçilən yaşayış yerlərimiz ...

Naxçıvanda sabaha olan hava proqnozu

21-10-2018-14-42 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 22-nə gözlənilən hava proqnozu açıqlan...

Qarabağlar kəndindəki müqəddəs inam yerləri

21-10-2018-11-29 Xəbərlər

Qarabağlar kəndindəki müqəddəs inam yerləri

Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan çox haqlı olaraq bəşər ...

Şahbuz Dövlət Təbiət Qoruğunun zəngin meşə və fauna ehtiyatları var

21-10-2018-10-47 Xəbərlər

Şahbuz Dövlət Təbiət Qoruğunun zəngin meşə və fauna ehtiyatları var

Ulu tanrının təbii sərvətlərini əsirgəmədiyi dilbər guşələrimizdən biri də “Canl...

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

20-10-2018-17-31 Xəbərlər

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

Oktyabrın 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılı...

Naxçıvanda sabaha olan hava proqnozu

20-10-2018-14-33 Xəbərlər

 Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 21-nə gözlənilən hava proqnozu açıqlan...

Gənclər yeni layihə hazırlayıblar

20-10-2018-11-03 Xəbərlər

Gənclər yeni layihə hazırlayıblar

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu muxtar re...

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

20-10-2018-10-41 Xəbərlər

Muxtar respublikada 800 milyon manatdan artıq sənaye məhsulu istehsal olunub

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən NUHÇIXAN-a verilən m...

Ötən günün mənzərəsi - VİDEO

20-10-2018-10-17 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

20-10-2018-09-26 Xəbərlər

Prezident Naxçıvanın energetiklərini təltif etdi - SƏRƏNCAM

Prezident İlham Əliyev oktyabr ayının 19-da Azərbaycan energetiklərinin təltif e...

Gənclər arasında yeni intellekt oyunu keçirilib

19-10-2018-18-53 Xəbərlər

Gənclər arasında yeni intellekt oyunu keçirilib

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il ...

Ali Məclisin Sədri Sərəncam imzaladı

19-10-2018-18-26 Xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 19-da ...

Culfa və Ordubad rayon gəncləri hərbi xidmətə yola salınıb

19-10-2018-17-43 Xəbərlər

Culfa və Ordubad  rayon gəncləri hərbi xidmətə yola salınıb

NUHÇIXAN xəbər verir ki, Culfa və Ordubad  rayonunda çağırışçıların hərbi xidmət...

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

19-10-2018-17-04 Xəbərlər

İsrail səfiri Naxçıvanda bir sıra müəssisələrdə olub

NUHÇIXAN xəbər verir ki, İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri D...

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

19-10-2018-16-14 Xəbərlər

Əmək yarmarkasına 668 iş yeri çıxarılıb

NUHÇIXAN xəbər verir ki, işaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin ol...

Gənclər Ordubadda ekskursiyada olub

19-10-2018-15-31 Xəbərlər

Gənclər Ordubadda ekskursiyada olub

NUHÇIXAN xəbər verir ki, muxtar respublikada turizm imkanlarının tanıdılması  mə...

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

19-10-2018-15-18 Xəbərlər

300 hektardan çox sahədə yaşıllaşdırma aparılacaq

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətl...

Naxçıvandan Buenos-Ayresə uzanan yol

19-10-2018-14-36 Xəbərlər

Naxçıvandan Buenos-Ayresə uzanan yol

Bu yolda qazanılanlar Naxçıvan idmanının uğurlarıdır

Naxçıvanda sabaha olan hava proqnozu

19-10-2018-13-29 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu

Naxçıvan Muxtar Respublikasında oktyabrın 20-nə gözlənilən hava proqnozu açıqlan...

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

19-10-2018-11-37 Xəbərlər

Ordubad rayonunda yük və sərnişin daşıma artıb

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın coğrafi baxımdan yüksək dağlıq əra...

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

19-10-2018-10-45 Xəbərlər

Naxçıvan Dövlət Universitetində növbəti hamilik keçirilib

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bö...

Ötən günün mənzərəsi – VİDEO

19-10-2018-10-16 Xəbərlər

Ötən günün mənzərəsi – VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

18-10-2018-19-50 Xəbərlər

Müasirləşən Aşağı və Yuxarı Buzqov kəndləri

Bu il 40 yaşını qeyd edən Babək rayonu böyük inkişaf yolu keçib.

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

18-10-2018-19-28 Xəbərlər

Muxtar respublikada əmək pensiyaçılarının sayı 53 min nəfərdən artıq olub

Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 01 oktyabr 2018-ci...