Fevralın 14-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyi münasibətilə bayram tədbirlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının həyata keçirilməsinə həsr olunan görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən naxcivantv.az-a bildiriblər ki, nazir general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn tapşırıqların icrasının təmin edilməsi məqsədilə müdafiə naziri tərəfindən əmr imzalandığını və tədbirlər planının təsdiq edildiyini diqqətə çatdırıb. Nazir müavini Ali Baş Komandanın diqqət və qayğısı sayəsində son illər Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi hissə və bölmələrin maddi-texniki təminatının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan geniş islahatlardan danışıb.

General-leytenant K.Vəliyev bildirib ki, artıq əvvəlki dövrlə müqayisədə Orduda əhəmiyyətli yeniliklərin həyata keçirilməsinin nəticəsində həqiqi hərbi xidməti başa vurmuş xeyli sayda vətəndaşlarımız öz arzuları ilə yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq barədə müraciət edirlər. Hərbi təhsilin daha da təkmilləşdirilməsi üçün görülən işlərdən danışan nazir müavini bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirildiyini və Azərbaycanın inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən bəhrələndiyini də qeyd edib. Kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdıran general-leytenant K.Vəliyev ordu quruculuğu məsələlərində obyektivliyin və şəffaflığın təmin edilməsi baxımından bu əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb.

Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Milli Məclisin deputatları – Aqil Abbas, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, “Teleqraf Holdinq”in rəhbəri Aynur Quliyeva, “Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Haqqin.az” saytının rəhbəri Eynulla Fətullayev, “Qaziler.az” saytının rəhbəri Rey Kərimoğlu, “Ordu.az” saytının redaktoru Şahin Qocayev və başqaları ordu-media əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan danışaraq istər səmərəliliyin artırılmasına, istərsə də cəmiyyətdə vətənpərvərlik təbliğatının gücləndirilməsinə yönələn təkliflərini səsləndiriblər.

Görüş iştirakçıları bu kimi tədbirlərin aktuallığını nəzərə alaraq bundan sonra da əlaqəli əməkdaşlıq fəaliyyətinin davam etdiriləcəyinə əminliklərini bildiriblər.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvan mətbəxi – Balıq bozpörtü

25-02-2018-12-49 Hits:140 Xəbərlər

Naxçıvan mətbəxi – Balıq bozpörtü

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ...

Malayziyanın “The Globalist” jurnalı Xocalı faciəsi barədə geniş məqalə dərc edib

25-02-2018-12-08 Hits:87 Xəbərlər

Malayziyanın “The Globalist” jurnalı Xocalı faciəsi barədə geniş məqalə dərc edib

Malayziyada ingilis dilində nəşr onunan “The Globalist” jurnalının növbəti sayın...

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

25-02-2018-11-29 Hits:106 Xəbərlər

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Fevralın 25-də Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbayc...

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub

25-02-2018-10-51 Hits:95 Xəbərlər

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri...

“Pxençan-2018” Qış Olimpiya Oyunları sona çatır

25-02-2018-10-25 Hits:101 Xəbərlər

“Pxençan-2018” Qış Olimpiya Oyunları sona çatır

Cənubi Koreyanın Pxençan şəhərində fevralın 14-də start götürən Qış Olimpiya Oyu...

İğdırda Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi anılıb

25-02-2018-10-00 Hits:184 Xəbərlər

İğdırda Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın Qarsdakı Baş konsulluğunun və Türkiyənin İğdır bölgəsində fəaliyyət...

Naxçıvan qarnizonunda Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər keçirilib

24-02-2018-19-47 Hits:140 Xəbərlər

Naxçıvan qarnizonunda Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Xocalı soyqırımının 26-cı ild...

Naxçıvanda kənd təsərrüfatına ayrılan kreditlər bu sahənin inkişafına təkan verir

24-02-2018-19-00 Hits:167 Xəbərlər

 Naxçıvanda  kənd təsərrüfatına ayrılan kreditlər bu sahənin inkişafına təkan verir

Şərur rayonunun Çərçiboğan kəndində yaradılan istixana kompleksinin sahibkarı Ab...

Azərbaycan Prezidenti təhsil infrastrukturunun inkişafı ilə bağlı Sərəncam imzalayıb

24-02-2018-18-26 Hits:186 Xəbərlər

Azərbaycan Prezidenti təhsil infrastrukturunun inkişafı ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkiş...

Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırılıb

24-02-2018-18-03 Hits:953 Xəbərlər

 Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırılıb

Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisa...

Yeddi güləşçimiz beynəlxalq turnirin finalına yüksəliblər

24-02-2018-17-02 Hits:174 Xəbərlər

Yeddi güləşçimiz beynəlxalq turnirin finalına yüksəliblər

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sər...

“Intel” 2019-cu ilə qədər 5G şəbəkəli noutbuklar buraxacaq

24-02-2018-16-35 Hits:117 Xəbərlər

“Intel” 2019-cu ilə qədər 5G şəbəkəli noutbuklar buraxacaq

ABŞ-ın “İntel” şirkəti 5G rabitə şəbəkəsini dəstəkləyən noutbuklar üçün prosesso...

Ölkə Prezidentinin son Sərəncamları ilə ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq

24-02-2018-15-50 Hits:209 Xəbərlər

Ölkə Prezidentinin son Sərəncamları ilə ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq

Ölkə Prezidenti İlham Əliyevin fevralın 23-də imzaladığı “Sosial müavinətlərin m...

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

24-02-2018-15-26 Hits:162 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında fevral  ayının 25-ə olan hava proqnozu açıqlanıb...

Azərbaycan boksçusu 69-cu “Strandja” turnirinin yarımfinalına vəsiqə qazanıb

24-02-2018-14-57 Hits:103 Xəbərlər

Azərbaycan boksçusu 69-cu “Strandja” turnirinin yarımfinalına vəsiqə qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə 69-cu “Strandja” turniri dav...

Ürəyin və sinirlərin dostu

24-02-2018-14-30 Hits:247 Xəbərlər

Ürəyin və sinirlərin dostu

Nanə dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş...

The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?

24-02-2018-13-50 Hits:119 Xəbərlər

The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?

Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb ed...

Türkiyənin ictimayyət nümayəndələri Xocalı soyqrımı şəhidlərini anmaq üçün Naxçıvana gəlib

24-02-2018-13-07 Hits:138 Xəbərlər

Türkiyənin ictimayyət  nümayəndələri Xocalı soyqrımı şəhidlərini anmaq üçün Naxçıvana gəlib

Fevralın 23-də Türkiyənin müxtəlif bölgələrində yaşayan, müxtəlif peşə sahibləri...

Dünyada ilk uçan taksi nümayiş etdirilib-VİDEO

24-02-2018-12-26 Hits:777 Xəbərlər

Dünyada ilk uçan taksi nümayiş etdirilib-VİDEO

“Airbus” şirkəti “Vahana” layihəsinə məxsus dünyada “Alpha One” adlı ilk uçan ta...

“Zeytun budağı”nda 1931-ci terrorçu zərərsizləşdirilib

24-02-2018-12-00 Hits:108 Xəbərlər

“Zeytun budağı”nda 1931-ci terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı...

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub

24-02-2018-11-29 Hits:97 Xəbərlər

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sut...

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start veriləcək

24-02-2018-11-02 Hits:115 Xəbərlər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start veriləcək

Fevralın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarına ...

Brent markalı neft 67 dollara satılır

24-02-2018-10-44 Hits:98 Xəbərlər

Brent markalı neft 67 dollara satılır

Dünya birjalarında neft bahalaşıb.

Xocalı soyqırımının 26-cı ildönümü İğdırda qeyd olunub

24-02-2018-10-20 Hits:181 Xəbərlər

Xocalı soyqırımının 26-cı ildönümü İğdırda qeyd olunub

Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət ...

Ötən günün mənzərəsi

24-02-2018-10-00 Hits:330 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Muxtar respublikanın gömrük orqanları hərtərəfli qayğı ilə əhatə olunub

24-02-2018-00-00 Hits:226 Xəbərlər

Muxtar respublikanın gömrük orqanları hərtərəfli  qayğı ilə əhatə olunub

Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il 24 fevral tarixli qərarı ilə Naxç...

“Agerpres” agentliyi Xocalı soyqırımından yazıb

23-02-2018-21-11 Hits:175 Xəbərlər

“Agerpres” agentliyi Xocalı soyqırımından yazıb

Rumıniyanın “Agerpres” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfirliyi ...

Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı soyqırımı tariximizin qan yaddaşıdır” mövzusunda konfrans keçirilib

23-02-2018-19-43 Hits:128 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı soyqırımı tariximizin qan yaddaşıdır” mövzusunda konfrans keçirilib

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımın...

Texniki təminatın gücləndirilməsi məqsədilə “Aqrolizinq” ASC-yə 160 milyon manat ayrılıb

23-02-2018-19-19 Hits:152 Xəbərlər

Texniki təminatın gücləndirilməsi məqsədilə “Aqrolizinq” ASC-yə 160 milyon manat ayrılıb

Prezident İlham Əliyev fevralın 23-də “Aqrar sahənin texniki təminatının güclənd...

AMEA Naxçıvan Bölməsində “Xocalı faciəsi: Səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib

23-02-2018-18-53 Hits:91 Xəbərlər

AMEA Naxçıvan Bölməsində  “Xocalı faciəsi: Səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Mili Elmlər Akademiyasının Naxçıvan Bölməsində  “Xocalı faciəsi: Səbə...