YAP Culfa Rayon Təşkilatının təsis olunmasının 25 illiyi qeyd olunubYeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının təsis olunmasının 25 illiyi münasibətilə tədbir  keçirilib.

Naxcivantv.az-ın məlumatına görə , tədbiri YAP Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov açaraq qeyd edib ki, YAP 1992-ci ilin 21 noyabrında Naxçıvan şəhərində təsis olunub. 1993-cü il 7 fevral tarixində ulu öndərimiz Heydər Əliyevin iştirakı ilə partiyanın  Culfa Rayon Təşkilatının təsis konfransı keçirilib.

YAP Culfa Rayon Təşkilatı 25 illik fəaliyyəti dövründə təşkilatlanaraq ahəngdar fəaliyyət göstərən mükəmməl siyasi qüvvəyə çevrilib. Bu gün rayon təşkilatı öz sıralarında 5550 nəfər partiya üzvünü birləşdirir. Partiya üzvləri rayonun sosial-iqtisadi inkişafında fəal iştirak edirlər. Son 25 il ərzində YAP üzvlərinin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onlar  fəxri ad və medallarla təltif olunublar.

Vurğulanıb ki, 11 aprel 2018-ci il ölkəmizdə Prezident seçkiləri günüdür. Culfa seçiciləri, YAP üzvləri  Heydər Əliyev siyasi kursuna, YAP-ın yeganə alternativsiz namizədi cənab İlham Əliyevə səs verəcək, partiyamızın ənənəvi qələbəsini təmin edəcəklər.     

YAP Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, təşkilatın Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Əbrəqunus kənd tam orta məktəbin direktoru, YAP-sı rayon təşkilatının şura üzvü Fikrət Quliyev çıxışlarında bildiriblər ki, YAP yarandığı vaxtdan siyasi mübarizələrlə dolu, şərəfli bir yol keçib, iqtidar partiyası olaraq ulu öndərimiz Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi Azərbaycan xalqının qarşısında duran mühüm vəzifələrin həll edilməsinə özünün layiqli töhfələrini verib.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Şükür Babayev  çıxış edərək deyib ki, partiyanın Culfa rayon təşkilatının üzvləri  rayonun həyatında mühüm rol oynayırlar. Partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə uğurla davam və inkişaf etdirilməsi ordumuzun güclənməsinə, iqtisadiyyat və sənayenin dinamik inkişafına, quruculuq proseslərinin davamlı xarakter almasına, əhalinin maddi-rifah halının yaxşılaşmasına və işsizlik problemlərinin həllinə gətirib çıxarıb.

YAP Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov  qeyd edib ki, 25 il əvvəl YAP-ın Culfa Rayon Təşkilatının yaradılması ölkəmizin həyatında mühüm ictimai- siyasi bir hadisə idi. YAP-ın rayon, şəhər təşkilatları arasında ilk olaraq Şərur və Babək rayonlarının ardından Culfa rayonunda formalaşan partiyanın rayon təşkilatının tarixi də bizim üçün əzizdir. Bu, tək partiyanın rayon təşkilatının deyil, bütövlükdə çağdaş Azərbaycan siyasi tarixi üçün son dərəcə əhəmiyyətli, ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Partiyanın təsis konfransında ümummilli lider Heydər Əliyevin şəxsən iştirakı, burada yeni dövr üçün söylədiyi proqam xarakterli çıxışı tezliklə digər rayonlarda da təşkilatlanma işinə əyani nümunə ola bilib. Qısa zaman içində demək olar ki, Culfa rayonunun bütün kəndlərində ərazi ilk partiya  təşkilatları yaranıb. İndi həmin təşkilatlar partiyanın nizamnamə və proqramını ləyaqətlə yerinə yetirirlər.

Anar İbrahimov vurğulayıb ki, Culfa rayonunda bu gün partiya gəncləşir, nəsillər arasında əlaqə saxlanılmaqla, keçmişə hörmət, gələcəyə inam şəraitində minlərlə üzvümüz, təəssübkeşimiz ulu öndər Heydər Əliyev ideyasının, ideologiyasının real olaraq həyata keçirilməsində fəal iştirak edir.

Anar İbrahimov YAP-ın Culfa Rayon Təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə partiya üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Məktəblilər YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlərlə öz təbriklərini çatdırıblar.

Sonra partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim olunub. Üzvülük vəsiqəsi alan gənc partiya üzvlərinə, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş  oxunması zəruri olan kitablar siyahısına daxil edilən- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Yeni 2001-ci il, yeni  əsr və üçüncü minillik münasibəti ilə Azərbaycan xalqına müraciəti” də təqdim olunub. Partiya fəallarından bir qrupa isə rayon təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələr verilib. 

YAP Culfa Rayon Təşkilatının təsis olunmasının 25 illiyi qeyd olunub

Rəmzi İbrahimov

NTV Xəbər 

 

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

“A.S. Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi olub

15-02-2019-21-37 Xəbərlər

“A.S. Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Tarix Muzeyində Reyhan Mirzəzadənin“ A....

AMEA Naxçıvan Bölməsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib

15-02-2019-20-39 Xəbərlər

AMEA Naxçıvan Bölməsinin kollektivi Heydər Əliyev muzeyini ziyarət edib

NUHÇIXAN-nın verdiyi məlumata görə muzeyin direktoru Ramin Orucəliyev bildirib k...

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

15-02-2019-19-07 Xəbərlər

Vahid büdcə təsnifatının tətbiqi ilə bağlı təlimlərə başlanılıb

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzin...

Şərur rayonunda dezinfeksiya tədbirləri aparılır

15-02-2019-17-40 Xəbərlər

Şərur rayonunda dezinfeksiya tədbirləri aparılır

Son vaxtlar Şərur rayon əhalisi arasında yuxarı tənəffüs yollarının katarı və mü...

Könül işığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

15-02-2019-17-00 Xəbərlər

Könül işığı” jurnalının xüsusi buraxılışı işıq üzü görüb

NUHÇIXAN xəbər verir ki, brayl əlifbası ilə ayda bir dəfə nəşr edilən  “Könül ...

Babək tərxunu - VİDEO

15-02-2019-14-58 Xəbərlər

Babək tərxunu - VİDEO

Babək qəsəbəsində yaşayan Mehdi Hacıyevə məxsus ailə təsərrüfatında tərxun bitki...

Muxtar respublikada meyvə bağlarının sahəsi artıb

15-02-2019-14-34 Xəbərlər

Muxtar respublikada meyvə bağlarının sahəsi artıb

Ötən il Naxçıvan şəhəri üzrə 5, Şərur rayonu üzrə 12, Babək rayonu üzrə 16, Ordu...

Bəxtiyar Əsgərov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

15-02-2019-14-15 Xəbərlər

Bəxtiyar Əsgərov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşüb

NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümay...

Tamaşaçıları valeh edən sənətkar: Xədicə Qazıyeva - FOTOLAR

15-02-2019-13-27 Xəbərlər

Tamaşaçıları valeh edən sənətkar: Xədicə Qazıyeva - FOTOLAR

Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilk pe...

Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib

15-02-2019-12-50 Xəbərlər

Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib

2018-ci ildə muxtar respublikada 1448 ton bal istehsal olunub. Bu isə 2008-ci il...

Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyəti uğurlu olub

14-02-2019-20-41 Xəbərlər

Maliyyə Tədris Mərkəzinin bir illik fəaliyyəti uğurlu olub

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 10 fe...

Gənclər Mərkəzində "Nəsimi" poemasının müzakirəsi olub

14-02-2019-20-19 Xəbərlər

Gənclər Mərkəzində "Nəsimi" poemasının müzakirəsi olub

NUHÇIXAN xəbər verir ki, Gənclər Mərkəzində “Nəsimi” həftəsi çərçivəsində Azərba...

Təqaüdçülər üçün konsert verilib

14-02-2019-20-01 Xəbərlər

Təqaüdçülər üçün konsert verilib

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Şəhər Mədəniyyət  Şöbəsinin təqaüdçülər klubu...

Culfa rayonunda yer fıstığı bitkisinin becərilməsi üçün münbit şərait var

14-02-2019-19-40 Xəbərlər

Culfa rayonunda yer fıstığı bitkisinin becərilməsi üçün münbit şərait var

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunun Saltaq kəndində “Ailə təsərrüfatlarının...

Naxçıvan Müəllimlər İnstitutunda sərgi açılıb

14-02-2019-19-22 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda sərgi açılıb

NUHÇIXAN xəbər verir ki,  Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanasında “Naxçı...

Qocaman operator öz avadanlıqlarını muzeyə verib - VİDEO

14-02-2019-19-00 Xəbərlər

Qocaman operator öz avadanlıqlarını muzeyə verib - VİDEO

Uzun  illər  Naxçıvan Televiziyasının və eyni zamanda Aztv-nin “Günün ekranı” xə...

Ali Məclisin Sədri yeni təyinatla bağlı Fərman imzaladı

14-02-2019-18-39 Xəbərlər

Ali Məclisin Sədri yeni təyinatla bağlı Fərman imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  fevralın 14 –də...

Şərur rayonunun Kərimbəyli kəndi də abad kəndlər sırasına qoşulub - VİDEO

14-02-2019-17-45 Xəbərlər

Şərur rayonunun Kərimbəyli kəndi də abad kəndlər sırasına qoşulub - VİDEO

“Muxtariyyət ili” olan 2019-cu ildə də muxtar respublikanın şəhər, qəsəbə və kən...

Karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

14-02-2019-16-26 Xəbərlər

Karate-do üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Naxçıvan Mux...

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə sərgi həsr edilib

14-02-2019-15-31 Xəbərlər

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə sərgi həsr edilib

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...

Ailə, qadın və uşaq hüquqları qorunur

14-02-2019-12-29 Xəbərlər

Ailə, qadın və uşaq hüquqları qorunur

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇ...

Sədərəkdə Ana dili günü ilə bağlı tədbir təşkil edilib

14-02-2019-11-35 Xəbərlər

Sədərəkdə Ana dili günü ilə bağlı tədbir təşkil edilib

NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunun Sədərək kəndində  “21 fevral Beynəlxa...

Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib

14-02-2019-11-17 Xəbərlər

Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib

Sədərək rayonunun Heydərabad qəsəbəsində su monitorinq laboratoriyası tikilib. L...

Culfa rayon məktəbliləri arasında voleybol yarışı olub

14-02-2019-10-42 Xəbərlər

Culfa rayon məktəbliləri arasında voleybol yarışı olub

NUHÇIXAN xəbər verir ki, Culfa Rayon Əbrəqunus kənd tam orta məktəbinin idman za...

Ötən günün mənzərəsi - VİDEO

14-02-2019-10-07 Xəbərlər

Ötən günün mənzərəsi - VİDEO

NUHÇIXAN muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yeniliklərini tə...

Muxtar respublikada nəqliyyatın intensiv hərəkəti təmin edilir

14-02-2019-09-00 Xəbərlər

Muxtar respublikada nəqliyyatın intensiv hərəkəti təmin edilir

Naxçıvan Muxtar Respublikası  Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidmətindən NU...

Sağlamlıq imkanları məhdud daha bir uşaq distant təhsilə cəlb edilib - FOTOLAR

13-02-2019-20-01 Xəbərlər

Sağlamlıq imkanları məhdud daha bir uşaq distant təhsilə cəlb edilib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Mü...

Naxçıvan şəhər sakinləri keyfiyyətli içməli su ilə təmin olunurlar - VİDEO

13-02-2019-19-31 Xəbərlər

Naxçıvan şəhər sakinləri keyfiyyətli  içməli su ilə təmin olunurlar - VİDEO

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən Naxçıvan Şəhər Su An...

Ordubadda multikultural dəyərlər qorunur

13-02-2019-18-59 Xəbərlər

Ordubadda multikultural dəyərlər qorunur

NUHÇIXAN xəbər verir ki, Ordubad rayon İcra Hakimiyyətində “İslam dini milli-mən...

Nemətullah Naxçıvaniyə həsr edilən beynəlxalq konfrans keçiriləcək

13-02-2019-18-28 Xəbərlər

Nemətullah Naxçıvaniyə həsr edilən  beynəlxalq konfrans keçiriləcək

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə...