Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla çıxış edib.

Naxcivantv.az xəbər verir ki, İ.Hacıyev mühüm nəticələrə dair statistik məlumatları diqqətə çatdırıb. Bildirilib ki, bölmə üzrə altı elmi istiqamətdə altı prоblemi əhatə edən yeddi mövzuda 34 iş 79 mərhələdə yerinə yetirilib. 2017-ci ildə bölmə əməkdaşlarının 33 monoqrafiyası, 17 kitabı, iki atlası, iki dərsliyi, bir kitabçası, bir metodik vəsaiti nəşr edilib, həmçinin 515 elmi məqalə, 190 konfrans materialı və 6 tezis olmaqla 767 elmi əsər çapdan çıxıb. Əsərlərdən biri monoqrafiya, biri kitab, 90-ı elmi məqalə, 72-si konfrans materialı, biri tezis olmaqla 165 elmi əsər xaricdə işıq üzü görüb. İmpakt faktorlu jurnallarda dərc olunan elmi məqalələrin sayı isə 45-dir.

Qeyd edilib ki, AMEA Rəyasət Heyəti tərəfindən təsdiqlənən plana uyğun olaraq, tədqiqat işlərinə yeni elmi tələblərlə yanaşılıb, Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, təbii sərvətləri, flora və faunası, torpaq örtüyü sistemli şəkildə öyrənilib. Hesabat ilində bölmədə ölkə başçısının 11 fərman və sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 qərar və sərəncamı, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Nazirlər Kabinetinin 23 fərman, sərəncam və qərarı, AMEA-nın altı sərəncam və qərarı icra edilib.

Akademik İ.Hacıyev bölməyə daxil olan elmi müəssisələrdə həyata keçirilən tətbiqyönümlü işlər haqqında məlumat verib. Bildirilib ki, Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda, Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb. Naxçıvan Muxtar Respublikası ərazisində yem, dərman, efir yağlı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı maddəli, lifli, kitrəli, qlükozidli, alkaloidli, saponinli, flavanoidli, vitaminli, kosmetik olmaqla, ümumilikdə 27 faydalı bitki qrupu müəyyənləşdirilib. Bioresurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudulmuş dərman bitkilərindən ibarət qarışıqlar hazırlanması üçün sertifikatlar alınıb. Dərman bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılıb, bölmənin “Yaşıl aptek”inə, eyni zamanda, muxtar respublikada fəaliyyət göstərən bəzi apteklərə verilib.

Elmlə təhsilin inteqrasiyasından danışan akademik vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” müvafiq sərəncamına uyğun olaraq 54 elmi dərəcəli əməkdaş muxtar respublikanın 38 ümumtəhsil məktəbində təşkil olunan nümunəvi dərslərdə iştirak edib, həmçinin 11 əməkdaş interaktiv dərs keçib.

İ.Hacıyev beynəlxalq əməkdaşlıq və qrantlar haqqında da məlumat verib. Qeyd edilib ki, ötən il Türkiyə, ABŞ, Fransa, Rusiya, Ukrayna, Qazaxıstan, İran və digər ölkələrin elm və təhsil müəssisələri ilə sıx əməkdaşlıq qurulub. İki respublika səviyyəli qrant layihəsinin icrasının başa çatdığını bildirən akademik bir beynəlxalq və üç respublika səviyyəli qrant layihəsinin icrasının davam etdirildiyini söyləyib.

Elektron elmin vəziyyəti haqqında məlumat verən alim bildirib ki, ötən il bölmənin www.ameanb.nakhchcivan.az elektron portalında mühüm hadisələr, maraqlı məlumat, keçirilən tədbirlər və digər informasiyalar yerləşdirilib. İl ərzində bölmənin elmi kitabxanasında müxtəlif elm sahələrinə aid 227 kitabın elektron variantı hazırlanıb.

Akademik kadr hazırlığının hesabat ilində də davam etdirildiyini, bölmə əməkdaşlarından bir nəfərin elmlər doktoru, yeddisinin fəlsəfə doktoru elmi dərəcəsi, ikisinin isə dosent elmi adı aldığını söyləyib. Qeyd edib ki, hazırda bölmədə 23 doktorant və 26 dissertant tədqiqatlarını davam etdirir.

Təltif və mükafatlardan danışan İ.Hacıyev bildirib ki, bölmə əməkdaşları tərəfindən hazırlanan “Naxçıvan tarixi” çoxcildliyi 2017-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən elm sahəsində Naxçıvan Muxtar Respublikası mükafatına, həmçinin AMEA-nın müxbir üzvü H.Qədirzadənin “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı” kitabı Ali Məclis Sədrinin mükafatına layiq görülüb. Eyni zamanda, bölmənin bəzi əməkdaşları respublika və beynəlxalq səviyyəli mükafatlar alıblar.

Məruzə dinlənidikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.

Rəyasət Heyəti hesabatın təsdiqi və AMEA-nın illik hesabatına salınmasına dair qərar qəbul edib. Bölməyə ölkə başçısının “Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı” elan olunması haqqında sərəncamı ilə əlaqədar qarşıya qoyulan vəzifələrin icrası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, həmçinin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” müvafiq sərəncamların icrası ilə əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi və digər məsələlərlə bağlı tapşırıqlar verilib.

HÜQUQ GUŞƏSİ

HÜQUQ GÜŞESİ

Bölmənin digər xəbərləri

Geriyə İrəli

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

25-02-2018-13-51 Hits:30 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında fevral  ayının 25-ə olan hava proqnozu açıqlanıb...

Naxçıvan mətbəxi – Balıq bozpörtü

25-02-2018-12-49 Hits:141 Xəbərlər

Naxçıvan mətbəxi – Balıq bozpörtü

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ...

Malayziyanın “The Globalist” jurnalı Xocalı faciəsi barədə geniş məqalə dərc edib

25-02-2018-12-08 Hits:87 Xəbərlər

Malayziyanın “The Globalist” jurnalı Xocalı faciəsi barədə geniş məqalə dərc edib

Malayziyada ingilis dilində nəşr onunan “The Globalist” jurnalının növbəti sayın...

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

25-02-2018-11-29 Hits:106 Xəbərlər

Bu gün magistraturaya qəbul imtahanı keçiriləcək

Fevralın 25-də Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbayc...

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub

25-02-2018-10-51 Hits:95 Xəbərlər

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iri...

“Pxençan-2018” Qış Olimpiya Oyunları sona çatır

25-02-2018-10-25 Hits:103 Xəbərlər

“Pxençan-2018” Qış Olimpiya Oyunları sona çatır

Cənubi Koreyanın Pxençan şəhərində fevralın 14-də start götürən Qış Olimpiya Oyu...

İğdırda Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi anılıb

25-02-2018-10-00 Hits:184 Xəbərlər

İğdırda Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi anılıb

Azərbaycanın Qarsdakı Baş konsulluğunun və Türkiyənin İğdır bölgəsində fəaliyyət...

Naxçıvan qarnizonunda Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər keçirilib

24-02-2018-19-47 Hits:140 Xəbərlər

Naxçıvan qarnizonunda Xocalı soyqırımına həsr edilmiş silsilə tədbirlər keçirilib

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Xocalı soyqırımının 26-cı ild...

Naxçıvanda kənd təsərrüfatına ayrılan kreditlər bu sahənin inkişafına təkan verir

24-02-2018-19-00 Hits:167 Xəbərlər

 Naxçıvanda  kənd təsərrüfatına ayrılan kreditlər bu sahənin inkişafına təkan verir

Şərur rayonunun Çərçiboğan kəndində yaradılan istixana kompleksinin sahibkarı Ab...

Azərbaycan Prezidenti təhsil infrastrukturunun inkişafı ilə bağlı Sərəncam imzalayıb

24-02-2018-18-26 Hits:186 Xəbərlər

Azərbaycan Prezidenti təhsil infrastrukturunun inkişafı ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkiş...

Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırılıb

24-02-2018-18-03 Hits:956 Xəbərlər

 Doktorantların, tələbə və şagirdlərin təqaüdləri artırılıb

Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisa...

Yeddi güləşçimiz beynəlxalq turnirin finalına yüksəliblər

24-02-2018-17-02 Hits:174 Xəbərlər

Yeddi güləşçimiz beynəlxalq turnirin finalına yüksəliblər

Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sər...

“Intel” 2019-cu ilə qədər 5G şəbəkəli noutbuklar buraxacaq

24-02-2018-16-35 Hits:117 Xəbərlər

“Intel” 2019-cu ilə qədər 5G şəbəkəli noutbuklar buraxacaq

ABŞ-ın “İntel” şirkəti 5G rabitə şəbəkəsini dəstəkləyən noutbuklar üçün prosesso...

Ölkə Prezidentinin son Sərəncamları ilə ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq

24-02-2018-15-50 Hits:209 Xəbərlər

Ölkə Prezidentinin son Sərəncamları ilə ümumilikdə 560 minə yaxın şəxsin müavinətləri artırılacaq

Ölkə Prezidenti İlham Əliyevin fevralın 23-də imzaladığı “Sosial müavinətlərin m...

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

24-02-2018-15-26 Hits:163 Xəbərlər

Naxçıvanda sabaha olan hava proqnozu açıqlanıb

Naxçıvan Muxtar Respublikasında fevral  ayının 25-ə olan hava proqnozu açıqlanıb...

Azərbaycan boksçusu 69-cu “Strandja” turnirinin yarımfinalına vəsiqə qazanıb

24-02-2018-14-57 Hits:103 Xəbərlər

Azərbaycan boksçusu 69-cu “Strandja” turnirinin yarımfinalına vəsiqə qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə 69-cu “Strandja” turniri dav...

Ürəyin və sinirlərin dostu

24-02-2018-14-30 Hits:247 Xəbərlər

Ürəyin və sinirlərin dostu

Nanə dünyada 25-30 qədər növü olan, sağlamlıq baxımından son dərəcə faydalı, xoş...

The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?

24-02-2018-13-50 Hits:119 Xəbərlər

The Jerusalem Post: Xocalıda soyqırımı aktı - ədalət anı nə vaxt yetişəcək?

Elə coğrafi adlar var ki, onlar xəritədə adi nöqtədən qat-qat artıq məna kəsb ed...

Türkiyənin ictimayyət nümayəndələri Xocalı soyqrımı şəhidlərini anmaq üçün Naxçıvana gəlib

24-02-2018-13-07 Hits:138 Xəbərlər

Türkiyənin ictimayyət  nümayəndələri Xocalı soyqrımı şəhidlərini anmaq üçün Naxçıvana gəlib

Fevralın 23-də Türkiyənin müxtəlif bölgələrində yaşayan, müxtəlif peşə sahibləri...

Dünyada ilk uçan taksi nümayiş etdirilib-VİDEO

24-02-2018-12-26 Hits:777 Xəbərlər

Dünyada ilk uçan taksi nümayiş etdirilib-VİDEO

“Airbus” şirkəti “Vahana” layihəsinə məxsus dünyada “Alpha One” adlı ilk uçan ta...

“Zeytun budağı”nda 1931-ci terrorçu zərərsizləşdirilib

24-02-2018-12-00 Hits:108 Xəbərlər

“Zeytun budağı”nda 1931-ci terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı...

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub

24-02-2018-11-29 Hits:97 Xəbərlər

Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sut...

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start veriləcək

24-02-2018-11-02 Hits:115 Xəbərlər

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start veriləcək

Fevralın 24-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun oyunlarına ...

Brent markalı neft 67 dollara satılır

24-02-2018-10-44 Hits:98 Xəbərlər

Brent markalı neft 67 dollara satılır

Dünya birjalarında neft bahalaşıb.

Xocalı soyqırımının 26-cı ildönümü İğdırda qeyd olunub

24-02-2018-10-20 Hits:181 Xəbərlər

Xocalı soyqırımının 26-cı ildönümü İğdırda qeyd olunub

Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət ...

Ötən günün mənzərəsi

24-02-2018-10-00 Hits:330 Xəbərlər

Ötən günün mənzərəsi

Naxçıvan televiziyası muxtar respublikamızın ictimai-mədəni, sosial-iqtisadi yen...

Muxtar respublikanın gömrük orqanları hərtərəfli qayğı ilə əhatə olunub

24-02-2018-00-00 Hits:226 Xəbərlər

Muxtar respublikanın gömrük orqanları hərtərəfli  qayğı ilə əhatə olunub

Ümummilli liderimiz Heydər Əliyevin 1992-ci il 24 fevral tarixli qərarı ilə Naxç...

“Agerpres” agentliyi Xocalı soyqırımından yazıb

23-02-2018-21-11 Hits:175 Xəbərlər

“Agerpres” agentliyi Xocalı soyqırımından yazıb

Rumıniyanın “Agerpres” milli xəbər agentliyi Azərbaycanın bu ölkədəki səfirliyi ...

Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı soyqırımı tariximizin qan yaddaşıdır” mövzusunda konfrans keçirilib

23-02-2018-19-43 Hits:128 Xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunda “Xocalı soyqırımı tariximizin qan yaddaşıdır” mövzusunda konfrans keçirilib

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda Xocalı soyqırımın...

Texniki təminatın gücləndirilməsi məqsədilə “Aqrolizinq” ASC-yə 160 milyon manat ayrılıb

23-02-2018-19-19 Hits:152 Xəbərlər

Texniki təminatın gücləndirilməsi məqsədilə “Aqrolizinq” ASC-yə 160 milyon manat ayrılıb

Prezident İlham Əliyev fevralın 23-də “Aqrar sahənin texniki təminatının güclənd...