Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Texniki Kollecində “Ümummilli lider Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda lektoriya keçirilib.

Lektoriyanı giriş sözü ilə kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf  Ruşanov açıb. Bildirib ki, öz siyasi dühası ilə  Azərbaycan xalqının taleyində silinməz izlər qoyan dahi şəxsiyyət Heydər Əliyevin dövlət müstəqilliyinin qazanılmasında əvəzsiz xidmətləri vardır. Ulu öndər bu müstəqilliyin əsaslarını hələ ölkəyə rəhbərliyinin birinci dövründə yaratmışdır.

 “Ümummilli lider Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix  üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli bildirib ki, XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi siyasi proseslərdə Azərbaycan xalqının, müstəqil dövlətçiliyə sahib olmaq arzusu, özünü açıq-aydın biruzə verdi. 1991-ci ildə yenidən bərpa etdiyimiz müstəqilliyi dahi rəhbər Heydər Əliyev dönməz və əbədi etdi.

Qeyd olunub ki, ulu öndər demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. Ulu öndərin  rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb.

Elman Cəfərli bildirib ki, müstəqillik dövründə bütün sahələrdə olduğu kimi elm, təhsil sahəsində də yüksək inkişafa nail olunub. Elə ən müasir standartlara cavab verən və  kollecin  müəllim və tələbə kollektivinin istifadəsinə verilən bu bina da müstəqilliyimizin bəhrələrindəndir.

Sonda ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slayt nümayiş olunub.

Orxan Əzimov

NTV xəbər

www.naxcivantv.az