Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçinin “Arılar arasında” pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirilib.

Faciəvi komediya janrında yazılan əsər aktyorların ifasında tamaşaçılara təqdim olunub. Əsərin süjet xəttinin əsasını şəhər həyatı yaşayan bir ailənin arıları sevən babanın yanında, dağlar qoynunda dincəlmək istəyi təşkil edir. 

 Bu sakit və dinc həyat bir yerdə yaşayan, amma bir-birinə yad olan  insanların faciəsini də ortaya çıxarır.

Daha sonra tamaşa ətrafında fikirlər səsləndirilib.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar Siyasət Məsələləri və İctimai Təşkilatlarla İş Şöbəsinin müdiri Rəhman Məmmədov, Mədəniyyət və Turizm naziri Natəvan Qədimova, Yazıçılar Birliyinin sədri Asim Əliyev əsəri və surətləri, eləcə də aktyor və rəssam işini, bədii tərtibatı təhlil ediblər.

Digər çıxış edənlər də tamaşa haqqında öz fikirlərini bildiriblər. Nəticədə tamaşanın üzərində yenidən işlənilməsi və bir daha ictimai baxışa hazırlanması qərara alınıb.

  Tamaşanın quruluşçu rejissoru Kamran Quliyev çatışmazlıqların qısa zamanda aradan qaldırılacağını deyib və bildirib ki, tamaşanın üzərində  ictimai baxışa qədər daha ciddi iş aparılacaq.

Şahmərdan Əhmədli

NTV xəbər

www.naxcivantv.az