Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Kəngərli rayonunda 12 hektar sahədə tut və ərik bağı salınacaq

Naxcivantv.az xəbər verir ki, artıq muxtar respublikada payız yaşıllaşdırma işləri üçün hazrlıq görülür. Əkin işləri əsasən kənd təsərrüfatı üçün əlverişsiz olan ərazilərdə həyata keçirilir.

Görülən tədbirlər çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Böyükdüz kəndi ərazisində, Naxçıvan-Şərur magistral yolunun kənarında - 12 hektar ərazidə yeni tut və ərik bağı salınması üçün hazırlıq işləri görülüb. Ərazidə torpaq işləri aparılıb, tinglərin əkilməsi üçün çalalar qazılıb, suvarıma  tədbirləri görülüb.  

Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı  Knyaz Tağıyev deyir ki, ərazidə yeni tut və ərik ağaclarının suvarılması üçün damcılı suvarma sistemi qurulacaq.  

 Qeyd edək ki, ərazidə yaşıllaşdırma tədbirləri iməcilik günlərində də davam etdiriləcək.

Vaqif Ağalarov

NTV xəbər

 

www.naxcivantv.az