Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının 11-ci  konfransı keçirilib.

Naxcivantv.az məlumat verir ki, Yeni Azərbaycan Partiyası Şahbuz  rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov partiyanın 11-ci konfransına 160 nəfər nümayəndənin seçildiyini bildirib.

 Hesabat məruzəsi ilə çıxış edən Rizvan Məmmədov  rayon təşkilatının yaranma tarixindən ətraflı danışıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası   Şahbuz  Rayon Təşkilatı yarandıqdan bu günə kimi partiya sıralarına 3537 nəfər qəbul edilib. Bunlardan 38,7 faizini  qadınlar, 47,1 faizini  isə gənclər təşkil edir. Vurğulanıb ki, hesabat dövründə partiya sıralarına 231 nəfər qəbul olunub.

       Məruzə ətrafında YAP Şahbuz  Rayon Təşkilatı idarə heyətinin üzvü, Şahbuz  Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev, YAP Şahbuz  Rayon Təşkilatı Gənclər Birliyinin sədri Vüqar Muradov, “Oğuz Səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının idarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək  bildiriblər ki, beynəlxalq miqyasda söz sahibi olan Azərbaycan Respublikasının uğurları əminliklə söyləməyə əsas verir ki,  müstəqilliyimiz əbədi və dönməzdir. Müstəqilliklə yaşıd olan Yeni Azərbaycan Partiyasının yaradılması cəmiyyətdə böyük siyasi tarixi hadisə olmaqla bərabər həm də ulu öndər Heydər Əliyevin siyasi təcrübəsinin bəhrəsidir.

      Çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyevin əmanəti olan dövlət müstəqilliyimizi və Yeni Azərbaycan Partiyasını qorumaq hər birimizin əsas vəzifəsi olmalıdır.

      Daha sonra konfransda təşkilati məsələlərə baxılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov  yenidən Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatına sədr seçilib. Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının 23 nəfərdən ibarət siyasi şurasının, 9 nəfərdən ibarət idarə heyətinin, qadınlar şurasının, gənclər birliyinin və nəzarət təftiş qrupunun üzvləri seçilib.

 Ələddin Ağayev və Mətanət Məmmədova isə rayon partiya təşkilatnın  sədr müavinləri seçiliblər.

Vüsal Muradov

NTV xəbər

www.naxcivantv.az