Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

“Naxçıvanbank”ın Ordubad filialı fəaliyyətə başlayıb

 Naxcivantv.az xəbər verir ki, filialda müştərilərə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün növbəli sistem yaradılıb. Bankda kommunal ödənişlər, güzəştli kredit, pul köçürmələri, nağdsız və nağd ödənişləri aparılacaq. Burada mühasibat, əməliyyat, kassa və kredit şöbələri yaradılıb. Bu şöbələrdə müasir texniki vasitələrdən istifadə ediləcək. 

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov  filialla tanış olublar.

 Qeyd olunub ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti 2008-ci ildən fəaliyyət göstərir. Bankın Bakı və Naxçıvan şəhərlərində, Şərur və Culfa rayonlarında  filialları  öz fəaliyyətlərini davam etdirirlər.

 

“Naxçıvanbank”ın  daha bir filialının- Ordubad rayon filialının fəaliyyətə başlaması da muxtar respublikada  həyata keçirilən uğurlu bank-maliyyə siyasətindən xəbər verir. “Naxçıvanbank”ın Ordubad  rayonunda yeni filialının fəaliyyətə başlaması rayon əhalisinin maliyyə və kredit                                                     resurslarına  çıxış imkanlarını  yaxşılaşdıracaq, sahibkarların və torpaq mülkiyyətçilərinin maliyyə resurslarına olan tələbatının  ödənilməsinə, xüsusilə kənd təsərrüfatının daha da inkişafına  stimul verəcək,  digər bank xidmətlərindən də istifadəsinə şərait yaradacaq.

Filialla tanışlıq zamanı bildirilib ki, “Naxçıvanbank” tərəfindən ölkə üzrə ən aşağı faiz dərəcələri ilə təklif edilən əkinçilik, heyvandarlıq, sənaye, ticarət, istehlak  və digər kreditlərin  daha əlçatan olması,  çoxçeşidli elektron bank xidmətlərə çıxış imkanlarının genişləndirilməsi və bankın  təqdim etdiyi digər xidmətlərin də əldə edilməsi imkanının yaradılması birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edəcək. Əgər əvvəllər  rayon əhalisi bankın  Culfa rayon filialından istifadə edirdisə, artıq buna lüzum qalmayacaq. Filialın yeni inzibati binasında qurulmuş infrastruktur ona imkan yaradacaq ki, əhali bank xidmətlərindən daha rahat şəkildə, vaxt itirmədən istifadə edə bilsin.  

Filialın yaradılması ilə 10 nəfər işlə təmin olunub. Filialda POS-terminallar və bankomatlar da  quraşdırılacaq. Burada ayrıca server otağı da yaradılıb. Binanın həyətində yaşıllıqlar salınıb və müasir  işıqlandırma sistemi qurulub. 

 

Əbülfəz Dünyamalıyev

NTV xəbər

www.naxcivantv.az