Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Silahla təchiz edilən dron yaradılacaqSinqapurun “ST Kinetics” şirkəti müxtəlif növ atıcı silahlarla təchiz edilən hərbi pilotsuz uçan aparatlar yaratmaq niyyətindədir.

Naxcivantv.az  “hitech.newsru.com” saytına istinadla xəbər verir ki şirkət ilk dron prototiplərini növbəti ilin sonunadək təqdim etməyi planlaşdırır. Onlardan birincisi “Stinger” adlı dördşüalı oktokopter olacaq. Dron teplovizor, yüksək təsvir ölçülü videokamera və 5,56 millimetr kalibrli 100 patronlu “ST Kinetics Ultimax 100 Mk.8” pulemyotu ilə təchiz ediləcək. “Stinger” pilotsuz uçan aparatının nəzərdə tutulan uçuş müddəti 30 dəqiqə, çəkisi 60 kiloqramdır. Drondan istifadə planları barədə məlumat verilmir.

Drondan atış üçün səmərəli istifadə üçün mütəxəssislər tərəfindən pulemyotun faydalı iş əmsalının kompensasiyası məqsədilə xüsusi asma sisteminin yaradılması nəzərdə tutulur. Bir müddət əvvəl şirkət pulemyota malik dron konsepsiyasının həyata keçirilməsinin mümkünlüyünü təsdiqləyən bir sıra sınaqlar keçirib.

www.naxcivantv.az