Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən  sonra istifadəyə verilibAprelin 2-də  “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış tədbirində iştirak ediblər.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin  direktoru Mahir Əliyev çıxış edərək deyib ki, muxtar respublikada aparılan quruculuq işləri dəmiryolu sistemini də əhatə edib, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmiryolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmir yol nəqliyyatından istifadə edənlərin sayını artırıb. Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar, eləcə də yol fəhlələri üçün yeni bina tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Mahir Əliyev göstərilən qayğıya görə muxtar respublikanın bütün dəmiryolçuları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov çıxış edərək deyib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf dövrünü yaşayır. Ümummilli Liderin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, blokada şəraitində olmasına baxmayaraq muxtar respublikada dəmir yolu infrastrukturu qorunub saxlanılır və inkişaf etdirilir. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bundan sonra da Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun müasirləşdirilməsi istiqamətində tədbirlər görəcəkdir. Hazırda İran üzərindən Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında dəmir yolu xəttinin açılması istiqamətində işlər aparılır. Bu da muxtar respublikanın iqtisadi inkişafına və dəmir yolu nəqliyyatının daha da müasirləşdirilməsinə töhfəsini verəcəkdir. Cavid Qurbanov Ordubad dəmir yolu stansiyasının və yeni sərnişin vaqonlarının istifadəyə verilməsi münasibətilə kollektivə təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad dəmir yolu stansiyasının və yeni sərnişin vaqonlarının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətilə dəmiryolçuları və istifadəçiləri təbrik edərək deyib: Naxçıvan Muxtar Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan dövrdən etibarən  blokada şəraitində yaşayır. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi Naxçıvanı bir çox bəlalardan xilas etdi. Eyni zamanda Ulu Öndər tərəfindən həyata keçirilən tədbirlər Naxçıvan dəmir yollarının da dağılmasının qarşısını aldı. Ümummilli Liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışında sonra isə digər sahələrlə yanaşı, dəmir yolunun inkişafına da diqqət artırıldı.

Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən  sonra istifadəyə verilib

Ali Məclisin Sədri deyib: Bu gün Ulu Öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir. Hər bir müstəqil ölkədə ən vacib sahələrdən biri də dəmir yolu nəqliyyatıdır. Çünki dəmir yolu nəqliyyatının inkişafı ölkənin müstəqilliyinin və iqtisadi qüdrətinin göstəricisidir. Blokada şəraitində olmasına baxmayaraq muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir.  “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. Hazırda muxtar respublikada daxili yük və sərnişin daşınmalarının həyata keçirilməsində dəmir yolunun imkanlarından geniş istifadə olunur. Bu da sakinlər və iş adamları tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar isə həm proqramın uğurlu icrasının,  həm də Naxçıvan dəmiryolçularının fədakar əməyinin nəticəsidir.

Ali Məclisin Sədri dəmiryolçulara təşəkkürünü bildirərək deyib: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına hərtərəfli diqqət göstərir. Muxtar respublikada dəmir yolu infrastrukturu müasirləşdirilir, yeni dəmir yolu vağzalları tikilir, vaqon təmiri deposu yenidən qurulur və digər işlər həyata keçirilir. Bu gün yeni sərnişin vaqonlarının istifadəyə verilməsi də göstərilən qayğının daha bir ifadəsidir.   

Ali Məclisin Sədri Naxçıvanda dəmir yolunun inkişafına göstərdiyi köməkliyə görə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib, yeni vaqonlardan səmərəli istifadə olunacağına və sərnişinlərə nümunəvi xidmət göstəriləcəyinə əminliyini ifadə edib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılışı bildirən lent kəsiblər.

Məlumat verilib ki, quruculuq işləri aparılarkən Ordubad sərnişin vağzalı üçün yeni inzibati bina, yol sahəsi üçün inzibati və yardımçı binalar, həmçinin yol fəhlələri üçün bina tikilib, stansiyanın İdarəetmə Mərkəzi və yük anbarı yenidən qurulub. Ordubad sərnişin vağzalının inzibati binasında 9 iş otağı, gözləmə zalı, zirzəmi qatında isə bufet və  texniki otaqlar yerləşir. Stansiyanın İdarəetmə Mərkəzinin binasında 7 iş otağı, 5 avadanlıq otağı, anbar və qazanxana mövcuddur. İdarənin həyətində qapalı və çardaq hissədən ibarət yük anbarı yerləşir. Stansiyanın 2-ci qəbul-göndərmə yolu, bu yol ilə baş yol arasında olan 290 metrlik, eləcə də stansiya ərazisindəki 425 metrlik sərnişin platformaları da yenidən qurulub. Ordubad Yol Sahəsinin inzibati binasında 11 iş otağı və bufet, yeni tikilmiş yardımçı binasında sürücü və mexaniklər, defektoskop briqadası üçün otaqlar, qaynaq və dəmirçi sexləri, 3 qaraj və anbar yerləşir. Yol fəhlələri üçün inşa edilmiş binada isə iş otaqları və anbar vardır.

Binaların hər biri istilik sistemi ilə təmin olunub, iş otaqlarında kompüter dəstləri qoyulub, stansiyanın bütün ərazisində müasir işıqlandırma sistemi qurulub. Sel sularının qarşısını almaq üçün ərazidə suötürücü kanal inşa edilib, yaşıllıq zolağı və meyvə bağı salınıb.Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən  sonra istifadəyə verilib

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
Naxçıvanda Aşura mərasimləri keçirilib
 Naxçıvanda yeni xidmət rəisi təyin edildi
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ordubad rayonunda Rabitə Evi və Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilib
 Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib
Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilib
Qarabağlar Türbə Kompleksi bərpa olunub
 Muxtar respublikada taxıl biçini aparılır
Babək rayonunun Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib
Ali Məclisin Sədri sərəncam imzaladı
Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 18-ci buraxılışı münasibətilə tədbir keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Geriyə
İrəli