Muxtar respublikada meliorasiya və irriqasiya sahəsində müasir infrastrukturun yaradılması ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Mütərəqqi irriqasiya sistemlərinin və rentabelli suvarma şəbəkələrinin qurulması əkin sahələrinin genişləndirilməsinə, torpaqlardan səmərəli istifadəyə və bol məhsul istehsalına şərait yaradır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 22-də Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərini əhatə edən qapalı suvarma şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, 117 hektar torpaq sahəsini əhatə edən qapalı suvarma şəbəkəsi ərazidə şoranlaşmanın qarşısının alınmasına imkan verəcəkdir. Tikinti işləri aparılarkən ərazinin relyefi nəzərə alınıb, suyun itkisiz çatdırılması və öz axını ilə paylanması təmin edilib. Su mənbəyi kimi Araz çayından qidalanan nasos stansiyası götürülüb. Ərazidə 2,2 kilometr uzunluğunda ana xətt, 9930 metr uzunluğunda isə paylayıcı su xətləri çəkilib. Su xətlərinin üzərində 25 siyirtmə, 103 hidrant və 20 suboşaldıcı qoyulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsinin əlamətdar hadisə olduğunu bildirərək deyib: Naxçıvan Muxtar Respublikası aqrar-sənaye regionudur. Ona görə də hər iki sahənin inkişafı, xüsusilə tələbata uyğun xammal və keyfiyyətli məhsul istehsalı qarşıda duran əsas vəzifədir. Bunun üçün, ilk növbədə kənd təsərrüfatı rentabelli inkişaf etdirilməlidir. Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin görülməsi, məhsuldar toxum sortlarından istifadə, mütərəqqi suvarma və əkin metodlarının tətbiqi diqqət mərkəzində saxlanılır, məhsuldarlıq artırılır.

Ali Məclisin Sədri deyib: Əkinəyararlı torpaqlardan səmərəli istifadə və şoranlaşmanın qarşısının alınması vacib məsələdir. Qapalı suvarma şəbəkələrinin qurulması, şırım üsulu ilə əkinə üstünlük verilməsi, torpaqlarda meliorativ tədbirlərin görülməsi və aqrotexniki qaydalara əməl edilməsi bu mənada mühüm əhəmiyyət daşıyır. Əvvəllər muxtar respublikada taxılın ümumi məhsuldarlığı hər hektarda 18-20 sentner idi. Lakin mütərəqqi əkin və suvarma metodlarının tətbiqi nəticəsində taxıl sahələrində məhsuldarlıq hər hektarda 30-35 sentnerə çatdırılmışdır. Vaxtilə muxtar respublikada 25 min ton taxıl istehsal olunurdusa, bu il muxtar respublikada 100 min tondan çox taxıl, 3 min tondan artıq qarğıdalı və digər kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.

Ali Məclisin Sədri deyib: Mütərəqqi suvarma metodlarının tətbiqi əkinçiliyin inkişafı ilə yanaşı, muxtar respublika ərazisində yaşıllıqların sahəsinin artırılmasına da səbəb olmuşdur. Muxtar respublika sakinləri bu işdə yaxından iştirak etmiş, yeni yaşıllıq zolaqları və meyvə bağları salınmışdır. Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin sakinləri zəhmətkeş insanlardır. Kənd sakinlərinin iştirakı ilə son illər geniş yaşıllıq zolaqları salınmış, səliqə-sahman yaradılmışdır.

Ali Məclisin Sədri yaşıllıqların və meyvə bağlarının salınmasında Böyükdüz kənd sakini, sağlamlıq imkanları məhdud Hümbət Həsənovun zəhmətini xüsusi qeyd edib, Kəngərli rayonunda qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi münasibətilə sakinləri və torpaq mülkiyyətçilərini təbrik edib, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Xok kənd sakini Davud Abbasov torpaq mülkiyyətçiləri adından minnətdarlıq edərək deyib: Torpaq bərəkət, bolluq rəmzidir. Dədəmiz Qorqud deyirdi ki, “Torpağı əkib-becərmədin, qorumağa dəyməz. Torpağı qoruya bilmədin, əkib-becərməyə dəyməz”. Min illərdir ki, torpaqlarımız qorunub bizə çatdırılıb. Müstəqilliyin bəhrələrindən biri də odur ki, hər kəs öz torpağının sahibidir. Bu gün torpaqdan gəlir götürmək, əkib-becərmək üçün dövlətimiz tərəfindən bütün şərait yaradılıb. Qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi də Xok və Böyükdüz kəndlərində torpaqdan səmərəli istifadəyə geniş imkanlar açacaqdır. Hər bir kənd sakini yaradılan şəraitdən səmərəli istifadə edəcək, ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyənləşdirilən vəzifələri uğurla yerinə yetirəcək, əkin sahələrini genişləndirərək bol məhsul istehsal edəcəklər.

Ali Məclisin Sədri idarəetmə düyməsini basaraq qapalı suvarma şəbəkəsini istifadəyə verib.

 

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM
Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi qeyd olunub
Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb
Türkeş kənd avtomobil yolu yenidən qurulub
Türkeş Kənd Mərkəzi istifadəyə verilib
Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Fərman imzalayıb
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub
Xidmət mərkəzində lazımi şərait yaradılıb
Müasir kənd yolları inkişafın göstəricisidir
Yeni kənd mərkəzi istifadəyə verilib
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
Naxçıvanda Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Xidmət mərkəzinin açılışı olub
Geriyə
İrəli