NUHÇIXAN xəbər verir ki, mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersman ilə görüşüb.

Səfiri Naxçıvanda görməyindən məmnunluğunu bildirən Ali Məclisin Sədri deyib ki,  Naxçıvan Muxtar Respublikası Azərbaycan-İsveç əlaqələrində iştirak edir, Naxçıvan Dövlət Universiteti isə TEMPUS və ERASMUS proqramları çərçivəsində İsveç universitetləri ilə əməkdaşlığa malikdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xarici ölkələrlə əlaqələrindən və mövcud əməkdaşlıq imkanlarından bəhs edən Ali Məclisin Sədri yeni texnologiyaların tətbiqi, turizm və digər sahələrdə əməkdaşlıq üçün potensialın olduğunu bildirib.

Ali Məclisin Sədri səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində mühazirə oxumaq təşəbbüsünə görə xanım İnqrid Tersmana təşəkkür edib.

Göstərilən xoş münasibətə görə minnətdarlıq edən İnqrid Tersman İsveç Krallığının Naxçıvan Muxtar Respublikasına səfər edən ilk səfiri olmaqdan məmnunluğunu bildirib. Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə tanışlığın əməkdaşlıq üçün faydalı olacağını qeyd edən diplomat bu sahədə səylərini artıracağını vurğulayıb.

 Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Digər rəsmi xəbərlər

Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR
Prezident Naxçıvanın vergi əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub - FOTOLAR
Akademik İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatı verildi - SƏRƏNCAM
Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü - FOTOLAR
Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib - VİDEO
Şahbuz şəhərində yeni Aviakassa tikilib - FOTOLAR
Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub
Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksi istifadəyə verilib
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Geriyə
İrəli