Muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır.

Bu sahədə görülən işlərin davamı olaraq Babək rayonunun Şəkərabad kəndində də içməli su və kanalizasiya şəbəkəsi qurulub.

NUHÇIXAN xəbər verir ki, iyunun 29-da Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, Şəkərabad kəndində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı layihə-3” üzrə həyata keçirilib. Kənddə müxtəlif diametrli borularla 16,4 kilometr içməli su xətti çəkilib, 576 evə su verilərək sayğac quraşdırılıb, sakinlər fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunublar. Su şəbəkəsinin üzərində 3 yanğın hidrantı və 3 suboşaldıcı qoyulub. Su Babək qəsəbəsinə gələn ana xətdən götürülərək natrium hipoxloridlə dezinfeksiya olunur və daxili supaylayıcı şəbəkəyə verilir. Şəkərabad kəndində müxtəlif diametrli borularla 15,1 kilometr kanalizasiya xətti də çəkilib, bütün mənzillər şəbəkəyə qoşulub. Aparılan tikinti işləri Şəkərabad kəndini, həmçinin, hava limanını, yaxınlıqdakı hərbi hissəni və müəssisələri də əhatə edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şəkərabad kəndində içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, bu işdə əməyi olanlara təşəkkürünü bildirərək deyib: Su və kanalizasiya sistemlərinin qurulması Şəkərabad kəndinin statusunu artırmış, onu şəhərtipli qəsəbəyə çevirmişdir. Şəkərabad kəndi Babək rayonunun ərazisi olduğu üçün Naxçıvan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə daxil edilməmişdi. Lakin Naxçıvan şəhərində su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi uğurla başa çatdıqdan sonra, əldə olunan qənaət hesabına Şəkərabad kəndinin içməli su və kanalizasiya sistemlərinin qurulması layihəsi də təklif olundu. Layihə ölkəmizin aid qurumları və Asiya İnkişaf Bankı tərəfindən qəbul olunduqdan sonra bu ilin əvvəlindən tikinti işlərinə başlandı və uğurla başa çatdırıldı.

Ali Məclisin Sədri deyib: Su və kanalizasiya sistemləri təmizlik və sağlamlıq deməkdir. Bu gün Şəkərabad kəndində içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi ilə yaxınlıqdakı hərbi hissə və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla 5 minə yaxın insan təmiz içməli su ilə təmin olunur, gigyenik qaydalar qorunur. Bütün bunlar isə Şəkərabad kəndində insanların rahat yaşayışına və sağlamlıqlarının qorunmasına hesablanmış tədbirlərdir. Bu işlər o ölkədə həyata keçirilir ki, həmin ölkədə sabitlik, inkişaf və dövlət-xalq birliyi vardır. Ölkəmizdə həyata keçirilən düzgün siyasi xətt, mövcud sabitlik və iqtisadi inkişaf yaşayış məntəqələrində bu layihələrin uğurla həyata keçirilməsinə imkan verir.

Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib, bir daha sakinləri təbrik edib.

Şəkərabad kənd sakini, ziyalı Sədaqət Mahmudov çıxış edərək deyib: Ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik ənənələrinin yaşadıldığı müstəqil Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikasında da geniş quruculuq işləri aparılır. Təhsil, səhiyyə, mədəniyyət, iqtisadiyyat və digər sahələr inkişaf etdirilir. Naxçıvanın tarixi özünə qaytarılır, abidələri bərpa olunur.  Ulu Öndərimizin “Təhsil millətin gələciyidir” kəlamı Naxçıvanda uğurla reallaşdırılır. Fəxr edirik ki, yaşayış məntəqələrindəki ən hündür və yaraşıqlı binalar məktəb binalarıdır. Bütün bu işlər Şəkərabad kəndini də əhatə edib, müasir məktəb binası, kənd mərkəzi və xidmət sahələri istifadəyə verilib, kəndin girəcəyində Dövlət bayrağımız ucaldılıb, yeni meyvə bağı salınıb. Dayanıqlı elektrik, qaz və rabitə sistemi qurulub. Bu gün isə kənddə içməli su və kanalizasiya sistemi istifadəyə verilir. Bütün kənd sakinləri adından göstərilən qayğıya görə minnətdarlıq edir, qurulanları qoruyacağımıza söz veririk. Çünki yolumuz ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Biz bu yola sadiqik.

Ali Məclisin Sədri Şəkərabad kəndinin içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.

Sonra Ali Məclisin Sədri sakinlərlə söhbəti davam etdirərək deyib ki, bu il Şəkərabadda kənddaxili avtomobil yolu da yenidən qurulacaq, asfalt örtük salınacaqdır. Sakinlər də aparılan abadlıq, quruculuq işlərində yaxından iştirak etməli, tikilənləri, qurulanları qorumalı, yaşıllıqların artırılmasına və torpaqların əkilməsinə diqqət yetirməlidirlər.

Digər rəsmi xəbərlər

Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR
Prezident Naxçıvanın vergi əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub - FOTOLAR
Akademik İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatı verildi - SƏRƏNCAM
Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü - FOTOLAR
Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib - VİDEO
Şahbuz şəhərində yeni Aviakassa tikilib - FOTOLAR
Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub
Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksi istifadəyə verilib
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Geriyə
İrəli