Oktyabrın 25-də Naxçıvanda dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilib.

Naxçıvanda 4G stifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını və sakinləri təbrik edərək deyib:

Oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdi. Ötən dövrdə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası inkişaf etmiş, dövlət müstəqilliyimiz möhkəmlənmiş, ölkəmiz dünya dövlətləri içərisində öz layiqli yerini tutmuşdur. Bütün bunlar 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə qayıdışının və bu gün ölkə Prezidenti tərəfindən Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün ölkəmizdə bütün sahələr inkişaf etdirilir, yeni texnologiyalar tətbiq olunur, müasir cəmiyyət qurulur. Yeni texnologiyaların tətbiqi isə dünyaya inteqrasiya deməkdir. Birləşmiş Millətlər Təşkilatının son hesabatında qeyd olunur ki, dünya əhalisinin 60 faizinin internetə çıxış imkanı məhduddur. Lakin bu gün muxtar respublikanın bütün ərazisi internetlə təmin olunmuşdur.

Ali Məclisin Sədri deyib: Ölkənin inkişafı onun öz təhlükəsizliyini təmin etməsindən başlayır. Ölkənin təhlükəsizliyinin təmin olunması isə yalnız ordu yaratmaq və sərhədləri qorumaqla deyil, həm də ərzaq, enerji və telekommunikasiya sisteminin təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Naxçıvanda yeni mobil rabitə sisteminin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Artıq Naxçıvan Muxtar Respublikası telekommunikasiya blokadasını yararaq dünya rabitə sisteminə inteqrasiya olunmuşdur. Ona görə də fasiləsiz və keyfiyyətli mobil rabitə xidmətinin göstərilməsi, mobil rabitə şəbəkəsinin milli və beynəlxalq rominq sisteminə qoşulması qarşıda duran əsas vəzifədir.

Ali Məclisin Sədri deyib: Mobil rabitə şəbəkəsi muxtar respublika üçün vacib sahədir. Çünki dayanıqlı rabitə və internet xidmətlərinin göstərilməsi insanlara rahatlıq gətirir. Həmçinin mobil rabitə şəbəkəsi muxtar respublikada əhalinin elektron xidmətlərə çıxışını yaxşılaşdıracaq, vaxt itkisinin və əlavə xərclərin qarşısını alacaq, ümumilikdə insanlara 20-dən artıq müxtəlif elektron xidmət göstəriləcəkdir. Müasir mobil rabitə sisteminin imkanlarından səmərəli istifadə etmək və keyfiyyətli xidmət göstərmək isə bu sahə üzrə mütəxəssislərin hazırlanmasını zəruri edir. Ona görə də Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi bu məsələni diqqətdə saxlamalı, mütəxəssislər hazırlanmalıdır.

Qeyd olunub ki, dünyada baş verən texnoloji yeniliklərlə, inkişafla ayaqlaşmaq qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikada bu məsələ diqqətdə saxlanılıb, yeni mobil rabitə sisteminin yaradılması üçün vəsait ayrılıb, Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Çin Xalq Respublikasının “Huawei” şirkəti arasında müqavilə bağlanaraq 4-cü nəsil mobil rabitə sistemi qurulub. Bu gün muxtar respublikanın ən ucqar dağ və sərhəd kəndlərində təhsil alan şagirdlər sürətli internetdən istifadə edirlər. Mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi mobil internet xidmətindən istifadəyə də geniş imkanlar açacaqdır.

Ali Məclisin Sədri mobil rabitə şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib.

Naxçıvanda 4G stifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək deyib ki, müstəqillik illərində muxtar respublikada iqtisadiyyatın bütün sahələrində olduğu kimi rabitə və yeni texnologiyaların inkişafı istiqamətində də nailiyyətlər əldə olunub. Görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikanın bütün yaşayış məntəqələrində simli və simsiz internetə çıxış imkanları mövcuddur. Sakinlər müasir rəqəmsal xidmətlərdən istifadə edir. Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə sisteminin istifadəyə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Rövşən Məmmədov yaradılan şəraitə görə muxtar respublika rabitəçiləri adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov deyib ki, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların tətbiqi göstərilən xidmətlərin həcmini artırıb. Mövcud potensialdan səmərəli istifadə bu sahədə də sahibkarlığın inkişafına geniş imkanlar yaradır. Mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi də sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması sahəsində görülən işlərin davamıdır.

Çin Xalq Respublikasının “Huawei” şirkətinin Mərkəzi Asiya və Qafqaz regionu operator şəbəkələri üzrə biznes qrupunun prezidenti Zhang Dongliang deyib ki, 2002-ci ildə etibarən “Huawei” şirkəti ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi arasında səmərəli tərəfdaşlıq qurulub. Ötən dövrdə Naxçıvan Dövlət Universitetində müasir tədris sistemi qurulub, muxtar respublika ərazisində GSM və LTE şəbəkəsinin quraşdırılması başa çatdırılıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətəni Naxçıvan şəhərində olmaqdan məmnunluğunu bildirən Zhang Dongliang muxtar respublikada rabitə və yeni texnologiyaların inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirib, “Huawei” şirkəti ilə əməkdaşlıq üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

“Azərcell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Vahid Mürsəliyev çıxış edərək deyib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafında rabitə və yeni texnologiyalar sistemi mühüm yer tutur. Naxçıvanda mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir. Yeni mobil rabitə şəbəkəsi yüksək texniki göstəricilərə malikdir. “Azərcell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə yeni rabitə şəbəkəsinin milli və beynəlxalq rominq sisteminə qoşulması sahəsində əməkdaşlığını bundan sonra da davam etdirəcəkdir.

Tədbirdə “Türk Telekom”un Türkiyə və Qafqaz üzrə satış direktoru Armağan Qaraege, Türkiyə Respublikasının “Akgün Yazılım” şirkətinin idarə heyətinin sədri Təməl Akgün və “İ2İ” şirkətinin baş icraçı direktoru Ayhan Kapusuz çıxış ediblər. Qeyd olunub ki, rabitə və yeni texnologiyalar sahəsində həyata keçirilən tədbirlər hər bir ölkənin inkişafının göstəricisidir. Qardaş ölkə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında dördüncü nəsil mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi də bu sahədəki inkişafın daha bir ifadəsidir. Çıxış edənlər yeni mobil rabitə şəbəkəsi qurularkən ən müasir texniki yeniliklərin tətbiq olunduğunu diqqətə çatdırıb, əməkdaşlıq üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonra Ali Məclisin Sədri rabitə şəbəkəsinin qurulmasında əməyi olanlara hədiyyələr təqdim edib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, rabitə şəbəkəsinin müştəri xidmətləri bölməsində nömrələrin satışı və qeydiyyatı, eyni zamanda, vətəndaşların mobil rabitə ilə bağlı müraciətləri qəbul olunur. Abonentlər mobil telefonlardan "299" nömrəsini yığaraq sorğu xidmətindəki operatorlarla əlaqə saxlamaq imkanına da malikdirlər. Həmçinin naxtel.az internet saytına daxil olmaqla göstərilən xidmətlər haqqında ətraflı məlumat almaq və balansı artırmaq mümkündür.

98 baza stansiyasının hər biri ilə mərkəzi idarəetmə sistemi arasında fiber optik kabel xətləri çəkilib və saniyədə 1 giqabit informasiya daşıya bilən avadanlıqlar qurulub. Mobil rabitə şəbəkəsində 800, 900 və 1800 meqahers tezlik diapozonlarının hər üçündən istifadə olunur. Türkiyə Respublikasının “Akgün Yazılım”, “İ2İ” və “Etiya” şirkətləri ilə bağlanmış müqavilələr əsasında mobil rabitənin müstəqil qeydiyyat və hesabat sistemi yaradılıb. Bunun üçün əsas, ehtiyat serverlər və digər avdanlıqlar alınaraq qurulub, 13 modul, müxtəlif bazalar, elektron qeydiyyat və ödəniş sistemləri ilə əlaqəli işləri özündə birləşdirən irihəcmli proqram təminatları hazırlanıb. 4-cü nəsil mobil rabitə sistemi məlumatların alınması və ötürülməsi üçün özündən əvvəlki sistemlərlə müqayisədə daha yüksəksürətli və genişzolaqlı şəbəkələrə çıxış imkanına malikdir.

Ali Məclisin Sədri mərkəzi idarəetmə otağında 4-cü nəsil mobil rabitə şəbəkəsini işə salıb.

Naxçıvanda 4G stifadəyə verilib

Sonra “Huawei” şirkətinin böyük vitse-prezidenti xanım Ami Linin videogörüntü vasitəsilə təbrikləri təqdim olunub, Əlincə kəndindəki baza stansiyası ilə birbaşa videoəlaqə yaradılıb.

Ali Məclisin Sədri 4-cü nəsil mobil rabitə şəbəkəsinin imkanlarından səmərəli istifadə olunması və göstərilən xidmətlərin sayının artırılması barədə müvafiq tapşırıqlar verib.

Naxçıvanda 4G stifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti

Digər rəsmi xəbərlər

Naxçıvanda şəhidlər böyük ehtiramla qarşılanıb
Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir
Qarabürc kənd avtomobil yolu yenidən qurulub
Xidmət mərkəzində 3 sakin işlə təmin olunub
Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb
Şərur rayonunun Qarabürc kəndi müasir yaşayış məntəqəsinə çevrilib
Elşad Əliyevə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verildi - SƏRƏNCAM
"Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib
Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib
Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün yeni kompleks inşa olunur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Əqil Mehdiyevin 100 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Naxçıvanda Bilik Günü yeni məktəb binasının açılışı ilə qeyd olunub
Naxçıvanda yüksək bal toplayan məzunlarla görüş olub
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - YENİLƏNİB - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə yeni texnika və avadanlıqlar təqdim edilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə yeni texnikalar təqdim olunub
Ali Məclisin Sədri Fərman imzaladı
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Rafael Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib
Geriyə
İrəli