Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Oktyabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyi sahəsində çalışan bir qurup şəxsin “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasında yanğın təhlükəsizliyi sahəsində səmərəli fəaliyyətlərinə görə:

Bayramov Xeybər Məhəmməd oğlu, Əhmədov Araz Vəliyullah oğlu, Həsənov Hüseyn Cəbi oğlu, Hüseynov Cəmşid Pənah oğlu, İsmayılov Faiq İbrahim oğlu, Qənbərov Etibar Tarqulu oğlu, Məmmədov Hasil Qənbər oğlu, Novruzov Şahin Rizvan oğlu və Vəliyev Vəli Əli oğlu “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsinlər”.

www.naxcivantv.az