Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 29-da görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında Sərəncam imzalayıb.

NUHÇIXAN-ın məlumatına görə, Sərəncamda deyilir:

“Qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərindən biri də Nemətullah Naxçıvanidir (Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani). Orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazanmışdır. Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvanda doğulmuş, dövrünün görkəmli alimlərindən təhsil almış, dünyəvi və dini elmlərə dərindən yiyələnmişdir. O, 1478-1487-ci illərdə Naxçıvan mədrəsələrində müəllimlik etmiş, 1487-ci ildə Təbrizə gələrək burada elmi fəaliyyətlə məşğul olmuş, sonra Türkiyədəki Ağşəhərə gedərək ömrünün sonuna kimi orada yaşamışdır.

Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olmuş, ona “Baba” titulu burada yaşadığı illərdə sufi təriqəti tərəfindən rütbə kimi verilmişdir. Şərqin böyük filosofu Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil etmişdir.

Dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsəri islamşünaslığa böyük töhfədir. Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur. Onun Azərbaycan, ərəb və fars dillərində yazdığı əsərləri hazırda Türkiyədə kitabxana və muzeylərdə saxlanılır. Türkiyə Respublikasındakı Ağşəhərdə Nemətullah Naxçıvaninin adına dini orta məktəb fəaliyyət göstərir.

Zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.“Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək
Naxçıvan Ali Məclisinin İntizam Komissiyası seçilib - TƏRKİB
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib - FOTOLAR
Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edildi - QƏRAR - FOTOLAR
Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək
“İxrac ilinə” mühüm töhfə
Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat
Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub
Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi - FƏRMAN
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub
Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib
Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi - FƏRMAN
Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır
Ali Məclisin Sədri Fərman imzalayıb
Ali Məclisin Sədri Fərman imzalayıb
Tarixi yaşadanları tarix də yaşadacaqdır
Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində
Ali Məclisə yeni şöbə müdiri təyin edildi
Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilib
Naxçıvanda yeni meyvə bağları salınıb
Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
Zahid Qənbərovun Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO
Naxçıvanda qayğıya ehtiyacı olanlara mənzillər təqdim edilib
Geriyə
İrəli