Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 93-cü ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NTV xəbərə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib. Tədbirdə Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi təbrik oxunub.

Türkiyənin Naxçıvandakı Baş konsulunun birinci müavini Əhmət Özkan çıxış edərək türk xalqının istiqlal mübarizəsindən, Türkiyə Respublikasının bugünkü inkişaf və tərəqqisindən danışıb. Qeyd olunub ki, Türkiyə və Azərbaycan xalqları hər zaman bir-birinin yanında olublar. Əhmət Özkan Türkiyənin dost və qardaş Azərbaycanla əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikasının rolundan danışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Dövlət müstəqilliyi hər bir xalqın malik olduğu ən dəyərli sərvətdir. Türk xalqı 93 il bundan əvvəl dövlət müstəqilliyini elan etmişdir. Ali Məclisin Sədri qardaş Türkiyənin müstəqillik bayramı, Cümhuriyyət elan edilməsi münasibətilə tədbir iştirakçılarını və qardaş Türkiyə xalqını təbrik edib, inkişaf və tərəqqi arzulayıb.

Qeyd olunub ki, bir-birilərinin dövlət müstəqilliyini dəstəkləyən və həmrəylik göstərən ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkələrimiz və xalqlarımız arasında möhkəm tərəfdaşlığa Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin bölgələri arasındakı əməkdaşlıq da öz töhfəsini verməkdədir. Bizim aramızda iqtisadi-ticarət, elm, təhsil, mədəniyyət, nəqliyyat və digər sahələrdə əlaqələr davamlı xarakterə malikdir və hər il genişlənir.

Ali Məclisin Sədri əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminliyini ifadə edib, çıxışını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Türkiyə və Azərbaycanın birliyi bizim milli sərvətimizdir. Biz bu birliyi qoruyuruq və bundan sonra da qoruyacağıq”.

Naxçıvanda Türkiyənin Cümhuriyyət bayramı qeyd olunub

Digər rəsmi xəbərlər

Şərur rayonu davamlı və kompleks inkişaf mərhələsindədir
Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib
Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib
Babək şəhərinin, Nehrəm və Cəhri qəsəbələrinin təqdimatı olub
Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus verilib
Yaşıllıqlara qulluq sağlamlığımızı qoruyur
Heydər Əliyev adına Hərbi Liseyin 20-ci buraxılış mərasimi keçirilib
Naxçıvanda Milli Qurtuluş Günü qeyd olunub
Naxçıvanın enerji tələbatının əsası bərpa olunan enerji mənbələri hesabına ödənilir
Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək
Naxçıvan Ali Məclisinin İntizam Komissiyası seçilib - TƏRKİB
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib - FOTOLAR
Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edildi - QƏRAR - FOTOLAR
Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək
“İxrac ilinə” mühüm töhfə
Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat
Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub
Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi - FƏRMAN
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub
Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib
Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi - FƏRMAN
Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır
Geriyə
İrəli