Şərur rayonunun Kosacan kəndi müasir yaşayış məntəqəsinə çevrilib

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Xalqın və zamanın tələbi ilə yaranan Yeni Azərbaycan Partiyası Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanı xaos, parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək müstəqil dövlətçilik və davamlı inkişaf mərhələsinə çıxarıb. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı quruculuq işləri və həyata keçirilən sosial-iqtisadi islahatlar Yeni Azərbaycan Partiyasının təməlində duran inkişaf, sabitlik və yüksək rifah prinsiplərinin bəhrələridir.

NUHÇIXAN xəbər verir ki, noyabrın 21-də – Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümündə Şərur rayonunun Kosacan kəndində yeni sosial obyektlər istifadəyə verilib.

 

Kosacan kənd tam orta məktəb binası istifadəyə verilib

Noyabrın 21-də Kosacan kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını bildirən lenti kəsib.

Kosacan kənd tam orta məktəbinin direktoru Asim Həsənov çıxış edərək deyib ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində olduğu kimi, Kosacan kəndində də geniş quruculuq işləri aparılıb. Kosacan kənd tam orta məktəbi əvvəllər köhnə və şəraiti olmayan binada fəaliyyət göstərirdi. Müasir məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin arzusu reallığa çevrilib. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş məktəb binası istifadəyə verilir. Asim Həsənov kənd sakinləri və kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kosacan kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir xalqın səviyyəsini onun təhsil səviyyəsi müəyyən eləyir”, – fikrini xatırladaraq deyib: Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlər, görülən işlər və yaradılan şərait xalqımızın gələcəyinə, onun yüksək səviyyəyə malik olmasına xidmət edir. Yeni məktəblər tikilir, tədrisdə müasir texnologiyalar tətbiq olunur, təhsil müəssisələri lazımi avadanlıq və kitablarla təmin olunur. Yaradılan şərait təhsilin inkişafına öz töhfəsini verir.

Ali Məclisin Sədri deyib: Ölkəmizdə təhsilin inkişafını hər il ali məktəblərə qəbul olan tələbələrin səviyyəsi bir daha təsdiq edir. Kosacan kənd tam orta məktəbinin timsalında da bunu görmək mümkündür. Kollektivin əməyi hədər getməyib. Son 5 ildə Kosacan kənd tam orta məktəbinin məzunları yüksək nəticələr göstərərək muxtar respublikada və muxtar respublikadan kənarda fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunublar. Həmçinin məktəbin şagirdləri Heydər Əliyev adına Hərbi Liseydə və peşə məktəblərində təhsillərini davam etdirirlər. Qazanılan bu nailiyyətlər məktəb kollektivinin muxtar respublikada təhsilin inkişafına verdikləri töhfədir. Bütün bunlar isə onu deməyə əsas verir ki, Kosacan kənd tam orta məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır.

Kollektivə təşəkkürünü bildirən Ali Məclisin Sədri deyib: Məktəb tikmək, müasir tədris şəraiti yaratmaq işin bir tərəfidir. Yaradılan şəraitdən səmərəli istifadə etmək isə qarşıda duran əsas vəzifədir. Kosacan kənd tam orta məktəbində yaradılan şərait imkan verəcəkdir ki, həm müəllimlər dərsləri yaxşı tədris etsinlər, həm də şagirdlər keçirilən dərsləri qavrama yolu ilə mənimsəsinlər.

Ali Məclisin Sədri deyib: Müasir tədris şəraiti təkcə yeni məktəb binası tikməkdən ibarət deyil. Müasir tədris şəraiti məktəbdə elektron lövhələrin quraşdırılması, internetə çıxışı olan kompüter siniflərinin, şahmat otaqlarının, idman zalının, zəngin fonda malik kitabxananın və ixtisaslı müəllim kollektivinin olması deməkdir. Bu şərait gələcəyimiz olan gənclərin təhsilli böyüməsində və ölkəmiz üçün yararlı vətəndaşlara çevrilməsində əsas amildir. Məktəbdə şagirdlər maraqlarına uyğun peşələrə yönləndirilməli, hər bir şagird özünə peşə seçməlidir. Bu vəzifələrin yerinə yetirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təhsilin inkişafı üçün qəbul olunmuş dövlət proqramları bu sahədə geniş imkanlar açır. Ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında müasir şəraitlə təmin olunmuş peşə məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri fəaliyyət göstərir. Məktəbin kollektivinin qarşısında duran əsas vəzifə də ondan ibarətdir ki, gələcəyimiz olan gəncləri təhsilli, peşə sahibi olan, dünyagörüşlü və vətənpərvər böyütsünlər.

Ali Məclisin Sədri Kosacan kənd tam orta məktəbində yaradılmış şəraitdən səmərəli istifadə olunacağına və nailiyyətlərin daha da artırılacağına əminliyini bildirib, kollektivə uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri məktəb binasında yaradılan şəraitlə maraqlanıb. Məlumat verilib ki, 234 şagird yerlik üçmərtəbəli məktəbdə 2-si elektron lövhəli olmaqla 15 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır.

Məktəbdə kitabxana işi günün tələbləri səviyyəsində qurulub. Hazırda kitabxana fondunda 1076-sı dərslik və 3200-ü bədii ədəbiyyat olmaqla, 4276 kitab vardır. Burada “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb. Muxtar respublikanın ümumtəhsil məktəblərində kitabxana işinin təşkili mövzusunda konfrans və seminarların keçirilməsi bu sahədə fəaliyyətin səmərəli təşkilinə imkan verir.

Məktəbdə tədrisin səviyyəsi ilə tanışlıq zamanı qeyd olunub ki, 2018-2019-cu tədris ilində Kosacan kənd tam orta məktəbində birinci sinfə 14 şagird qəbul olunub. Həmçinin ötən tədris ilində məktəbin 8 məzunu ali məktəblərə sənəd verib, onlardan 7-si tələbə adını qazanıb. 9-cu sinif bazasından 2 şagird orta ixtisas məktəbinə, 1 şagird isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub.

Laboratoriyalarda lazımi təcrübə avadanlıqları qoyulub, idman zalında, hərbi kabinədə və sinif otaqlarında müasir tədris şəraiti yaradılıb. Kompüter otağında 19 kompüter quraşdırılıb və internetə qoşulub, məktəb elektron dərsliklərlə təmin edilib.

Şahmat sinfinə baxış zamanı qeyd olunub ki, məktəbin şagirdləri şahmata böyük maraq göstərirlər. Bu il məktəbin 3 şagirdi rayon və muxtar respublika birinciliklərində uğurlu nəticə göstərib.

Ali Məclisin Sədri şagirdlərin kitabxanaya cəlbi və onlarda mütaliə vərdişlərinin yaradılması, şahmat, fiziki tərbiyə və çağırışaqədər hazırlıq dərslərinə diqqətin artırılması barədə tapşırıqlar verib.

Elektron lövhəli sinifdə ümumtəhsil məktəbləri ilə Xan Sarayı Dövlət Tarix-Memarlıq Muzeyi arasında keçirilən interaktiv dərs izlənilib. Eyni vaxtda distan təhsil şəbəkəsinə muxtar respublikanın 224 təhsil müəssisəsi qoşulub.

Ali Məclisin Sədri müəllimlər otağında olub, pedaqoji kollektivi təbrik edərək deyib: Məktəbdə yaradılan şərait tədrisin düzgün təşkilinə imkan verəcəkdir. Yaxşı iş şəraiti, eyni zamanda, yaxşı əhval-ruhiyyə deməkdir. Bu gün muxtar respublikanın şəhər məktəbləri ilə kənd məktəbləri arasında fərq yoxdur. Bütün məktəblərdə eyni tədris şəraiti yaradılıb. Son 5 ildə Kosacan kənd tam orta məktəbinin məzunlarının 87 faizi ali və orta ixtisas məktəblərinə qəbul olub. Məktəbdə bütün fənlər üzrə ixtisaslı müəllimlər fəaliyyət göstərir. Bütün bunlar isə imkan verəcək ki, məktəbin nailiyyətləri daha da artsın. Təhsilin nəticəsi yalnız ali məktəblərə qəbulun səviyyəsi ilə deyil, həm də məzun olan şagirdlərin peşə sahibi olması ilə ölçülməlidir. Qarşıda duran əsas vəzifə odur ki, məktəbi bitirən hər bir şagird təhsilli və özünə peşə seçmiş vətənpərvər gənc kimi formalaşsın.

Məktəbin müəllimi Vəfa Məmmədova deyib: Kosacan kənd tam orta məktəbində yaradılmış şərait təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur. Göstərilən qayğı müəllimlərin daha yaxşı işləmələri üçün zəmin yaradır və məsuliyyəti artırır. Əmin edirik ki, məktəbdə yaradılanlardan səmərəli istifadə edəcək, savadlı və vətənpərvər gənclər yetişdirməklə göstərilən etimadı doğruldacağıq.

Məktəbin həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
Ali Məclisin Sədri İsrailin səfiri ilə görüşüb - VİDEO
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
Geriyə
İrəli