Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırki vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Muxtar respublikada idman sahəsi hər zaman diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, vəzifələr müəyyənləşdirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən uzaqdır. İdman sahəsində uğurlar qazanılır.

Ali Məclisin Sədri sağlam gənc nəslin hazırlanmasında əməyi olanlara təşəkkür edib.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər barədə məlumat verərək deyib: Naxçıvan Muxtar Respublikasında müasir idman infrastrukturu formalaşdırılıb, uşaq və gənclərin idmanla məşğul olmasına, onların müxtəlif səviyyəli çempionat, turnir və yarışlarda iştirak etməsinə hərtərəfli şərait yaradılıb. 2002-ci ildə boks, güləş, karate-do, şahmat, futbol, voleybol, basketbol, yüngül atletika, 2006-cı ildə paralimpiya, 2013-cü ildə atıcılıq, hava və ekstremal idman növləri, 2018-ci ildə kikboksinq federasiyaları yaradılıb. Həmçinin bu il muxtar respublikada bir sıra beynəlxalq turnirlər, Azərbaycan çempionatları keçirilib, eləcə də idmançılarımızın Azərbaycanda və dünyanın müxtəlif ölkələrində keçirilən yarışlarda iştirakı təmin edilib. Məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi diqqətdə saxlanılıb, bütün idman növləri və federasiyalar üzrə peşəkar və təcrübəli məşqçilər muxtar respublikaya dəvət edilib, komandaların təlim-məşq toplanışları keçirilib.

Qeyd olunub ki, “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin komandası Xaçmaz rayonunda keçirilən respublika çempionatının final mərhələsində muxtar respublikanı təmsil edərək birinci yerin sahibi olub. Həm böyüklər, həm gənclər, həm də yeniyetmələr arasında keçirilən bütün yarışlarda nailiyyətlər qazanılıb. 2018-ci ildə muxtar respublika idmançıları Dünya çempionatlarında 2, Avropa çempionatlarında 3, Yeniyetmələrin III Yay Olimpiadasında 1, Beynəlxalq turnirlərdə 84, Azərbaycan birinciliklərində 99 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançısı Nizami Novruzov çıxış edərək deyib ki, muxtar respublikada müasir idman infrastrukturunun yaradılması gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Yaradılan şərait, göstərilən diqqət və qayğı nəticəsində hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olan yeniyetmə və gənclərin sayı günü-gündən artmaqdadır. Olimpiadalarda, digər mötəbər yarışlarda qələbələr qazanan, dünyanın nüfuzlu arenalarında Azərbaycan bayrağının qaldırılmasına, himnimizin səsləndirilməsinə nail olan idmançılar böyük qayğı və diqqətlə əhatə olunurlar. Bu gün idman muxtar respublikamızda dövlət tərəfindən ən çox qayğı ilə əhatə olunmuş sahələrdəndir. Göstərilən diqqətin nəticəsidir ki, idmançılar cəmiyyətin sayılıb-seçilən üzvlərinə çevriliblər. Nizami Novruzov idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika idmançıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan idman siyasətinin davam etdirilməsi nəticəsində müasir idman infrastrukturu formalaşdırılmış, idman sahəsində uğurlara nail olunmuş, Azərbaycan idman ölkəsinə və beynəlxalq yarışların keçirildiyi mərkəzə çevrilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “İdman sağlam həyat tərzidir. İdman gəncləri vətənpərvərlik ruhunda tərbiyə edir. İdman ölkələri dünya miqyasında tanıdır. Əgər biz Olimpiya Oyunlarında yüksək nəticə göstərmiş ölkələrin siyahısına baxsaq görərik ki, onların tam əksəriyyəti inkişaf etmiş ölkələrdir. Yəni, ancaq inkişaf etmiş ölkələrdə idman daha çox inkişaf edə bilər. Azərbaycan da inkişafda olan ölkədir”.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna böyük əhəmiyyət verilir. Yaradılmış şərait idmanın kütləviliyinə öz təsirini göstərmiş, muxtar respublikamızda müxtəlif beynəlxalq və ölkə səviyyəli yarışlar keçirilmiş, idmançılarımız nüfuzlu beynəlxalq yarışlarda nailiyyətlər qazanmışlar. Bununla yanaşı uşaq və gənclərin idmana cəlbi istiqamətində də əsaslı işlər görülməkdədir. Hazırda muxtar respublikada idmanla 27 mindən çox uşaq və gənc məşğul olur. Onların 21 min 397-si oğlan, 6002-si isə qızdır. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən də 361-i idmanla məşğul olur. Bədən tərbiyəsi və idmanla məşğul olmaq təkcə yarışlarda iştirak etmək və yüksək nailiyyət əldə etmək məqsədi daşımır, eyni zamanda zərərli vərdişlərin qarşısının alınmasında, əhali sağlamlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Bu xüsusatı əsas götürərək ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idman sahəsində yaradılanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə edə bilsinlər.

Ali Məclisin Sədri aidiyyatı üzrə tapşırıqlar verərək deyib ki, Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində fəaliyyətlərini gücləndirməli, idmanın müxtəlif növləri üzrə Naxçıvan Muxtar Respublikası birinciliklərinin keçirilməsi davam etdirilməlidir. Muxtar respublikada keçirilən idman yarışları, xüsusən də ölkə və beynəlxalq səviyyəli yarışlar gənc idmançıların təcrübəsinin artırılmasında mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi, idman federasiyaları bu cür idman yarışlarının keçirilməsini davam etdirməlidirlər. Gənclər və İdman Nazirliyi və idman federasiyaları Azərbaycanın iştirak etdiyi beynəlxalq yarışlarda muxtar respublika idmançılarının da iştirakını təmin etməlidir.

Ali Məclisin Sədri deyib: İdman federasiyaları bölmələrin fəaliyyətlərini gücləndirməli, federasiyadaxili idman yarışları keçirilməlidir. Rayon icra hakimiyyətləri də bu məsələyə diqqəti artırmalı, idman federasiyaları ilə birlikdə rayondaxili və rayonlararası idman yarışlarının keçirilməsi təmin edilməlidir. Peşəkar məşqçilərin hazırlanması və idmançılara məşğələlərin keçirilməsi 2019-cu ildə də Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları tərəfindən davam etdirilməli, muxtar respublikaya təcrübəli məşqçilər dəvət olunmalı, məşqçilərə təlimlərin, idmançılara nümunəvi dərslərin keçirilməsi təmin edilməlidir.

Gənclər və İdman Nazirliyi və idman federasiyaları idmançı gənclərin və məşqçi müəllimlərin sosial problemlərinin həlli üçün zəruri tədbirlər görməlidir. Gənclər və İdman Nazirliyi federasiyalarda olan istedadlı gəncləri hamiliyə götürməlidir. Keçirilən birincilik və yarışlarda yeni istedadlı idmançılar üzə çıxır. İdman federasiyaları federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılmasını və hər yarışdan sonra yenilənməsini təmin etməli, Gənclər və İdman Nazirliyi gənc idmançıların elektron məlumat bankının yaradılmasını əlaqələndirməli və Nazirliyin saytında yerləşdirməlidir. Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası sahəsində tədbirləri davam etdirməli, bədən tərbiyəsi və idmanın bu kateqoriyadan olan şəxslərin reabilitasiyasına təsiri ilə bağlı təbliğat işini gücləndirməlidir.

Müşavirədə mövcud stadionlardan səmərəli istifadə, eyni zamanda yerlərdə stadionların yenidənqurulması işinin davam etdirilməsi şəhər və rayon icra hakimiyyətləri ilə Gənclər və İdman Nazirliyinə tapşırılıb. Qeyd olunub ki, muxtar respublikada yaradılan idman infrastrukturunun, o cümlədən idman obyekt və qurğularının qorunması və onlardan səmərəli istifadə üçün Gənclər və idman Nazirliyi, Təhsil Nazirliyi, idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri birgə fəaliyyət göstərməlidirlər. Təhsil Nazirliyi böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalıdır. Ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisinə nəzarət və uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyəti gücləndirilməli, idman yarışları və spartakiadalar müvafiq idman federasiyaları ilə birlikdə təşkil edilməlidir.

Ali Məclisin Sədri tapşırıb ki, işində nöqsanlara yol verən idman federasiyaları qarşıdakı dövrdə öz fəaliyyətlərində dönüş yaratmalı, idmanın kütləviliyini təmin etmək üçün təbliğat mexanizmi düzgün qurulmalı, muxtar respublikanın kütləvi informasiya vasitələri bununla bağlı tematik materiallar hazırlamalı, bədən tərbiyəsi və idmanın həyat tərzinə çevrilməsinə çalışmalıdırlar. İdman federasiyaları, Gənclər və İdman Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri 2019-cu ildə hər bir şəhər və rayon ərazisində keçiriləcək idman tədbirlərinin planını təsdiq edib, icrasını təmin etsinlər. Bədən tərbiyəsi və idman gənc nəslin yetişdirilməsi sahəsində qarşıda duran vəzifələrin mühüm tərkib hissəsidir. Ona görə də bütün aid təşkilatlar üzərlərinə düşən vəzifələrin məsuliyyətini dərk edərək bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafına nail olmalıdırlar.

Ali Məclisin Sədri qeyd olunan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri 2018-ci ildə ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 4 məşqçi müəllimə mükafat təqdim edib.

Mükafatlandırılanlardan Şəfi Hüseynov, Şəhriyar Məmmədov və Yasin İbrahimov əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.

Digər rəsmi xəbərlər

Naxçıvanda iftar süfrəsi açılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltif və mükafatların təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırdı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Elçin Əliyev Ali Məclisin şöbə müdiri təyin edildi - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Ali Məclisin Sədri Ordubadda açılışlar edib - FOTOLAR
Tapdıq Əliyev İqtisadiyyat naziri təyin edildi
Ali Məclisin Sədri Fərman imzaladı
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanın incəsənət xadimlərini təltif etdi - SƏRƏNCAM
Ali Məclisin Sədri Ulu Öndərin məzarını ziyarət etdi - VİDEO
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Diaqnostika Müalicə Mərkəzinə müasir angioqrafiya aparatı verilib - FOTOLAR
Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulub - FOTOLAR
İlham Əliyev adına Olimpiya İdman Kompleksi yenidən qurulub - VİDEO
“Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib - FOTOLAR
Səbuhi Məmmədov təltif edildi - SƏRƏNCAM
Badamlı qəsəbə avtomobil yolu yenidən qurulur
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - FOTOLAR
Naxçıvanda müşavirə keçirilib
Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinə rəis təyin edildi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İndoneziyanın ölkəmizdəki səfiri ilə görüşüb
Geriyə
İrəli