Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş ilə görüşüb.

 

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri qonaqları salamlayaraq deyib ki, Naxçıvan islam və türk dünyasının mərkəzində yerləşir. “Qurani-Kərim”də adı çəkilən Əshabi-Kəhf Ziyarətgahı, eyni zamanda Nuh peyğəmbərin məzarı Naxçıvandadır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsini, İslam Mədəniyyətinin Paytaxtı və TÜRKSOY-un tədbirlərinin birgə keçirilməsini yüksək dəyərləndirən Ali Məclisin Sədri deyib ki, ötən dövrdə muxtar respublikada türk-islam abidələri bərpa olunub.

Ali Məclisin Sədri Naxçıvanda Türk Universitetinin yaradılması, eləcə də müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişafı sahəsində potensialın olduğunu bildirib.

Amina Əl-Həcri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin salamlarını Ali Məclisin Sədrinə çatdıraraq deyib ki, İslam Mədəniyyətinin Paytaxtları tədbirinin əsas məqsədi tarixi-mədəni abidələrə yeni baxış, onların bərpası və tanıdılmasıdır. Zəngin tarixi-mədəni irsə malik olan Naxçıvanda bu istiqamətdə mühüm işlər görülüb. Naxçıvan şəhərinin qədim tarixi ilə yanaşı, müasir inkişafı və təmizliyi də məmnunluq doğurur.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun salamlarını Ali Məclisin Sədrinə çatdıran Fırat Purtaş qeyd edib ki, 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə görüşünün Naxçıvanda keçirilməsi və əməkdaşlığın inkişafı sahəsində qəbul edilmiş qərarlar bu gün uğurla reallaşdırılır. Naxçıvan bu işə öz töhfəsini verir. Bu gün Naxçıvan şəhərində yüksək səviyyədə keçirilən “Türküstandan Anadoluya irfan məktəbinin alimləri”nin 2-ci konfransı da bu tədbirlərin davamıdır. Fırat Purtaş, həmçinin vurğulayıb ki, TÜRKSOY və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı arasında 3 illik əməkdaşlıq protokolu imzalanıb. Naxçıvan TÜRKSOY və İSESKO arasında, o cümlədən İslam Mədəniyyəti Paytaxtları ilə Türk Dünyasının Mədəniyyət Paytaxtları arasındakı əlaqələrin qurulması və inkişafı baxımından mərkəz rolunu oynayır.

Fırat Purtaş türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına verdiyi töhfələrə görə Ali Məclisin Sədrinə TÜRKSOY-un “25-ci il Xatirə Medalı”nı təqdim edib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirlərinin dünyada və ölkəmizdə böyük maraqla qarşılandığını bildirib, yaradılan şəraiti və göstərilən dəstəyi yüksək dəyərləndirib, Ali Məclisin Sədrinə xatirə rəsmi hədiyə edib.

Ali Məclisin Sədri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və TÜRKSOY-un Baş katibi Düsen Kaseinovun salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını İSESKO-nun Baş direktoru və TÜRKSOY-un Baş katibinə çatdırmağı xahiş edib.

Digər rəsmi xəbərlər

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR
Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR
Mənzillər təqdim olunub - FOTOLAR
Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq
Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib - FOTOLAR
Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Xocalı soyqırımının 27-ci ildönümü ehtiramla yad edilib - FOTOLAR
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR
Prezident Naxçıvanın vergi əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub - FOTOLAR
Akademik İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatı verildi - SƏRƏNCAM
Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü - FOTOLAR
Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib - VİDEO
Şahbuz şəhərində yeni Aviakassa tikilib - FOTOLAR
Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub
Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksi istifadəyə verilib
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib
Geriyə
İrəli