Dekabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Ərzurum Vilayətinin valisi Okay Memiş və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirərək deyib ki, Azərbaycanın inkişafı Türkiyənin inkişafı, Türkiyənin inkişafı isə Azərbaycanın inkişafıdır. Naxçıvan Muxtar Respublikası ilə Ərzurum vilayəti arasındakı münasibətlərin tarixinə diqqəti çəkən Ali Məclisin Sədri qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olduğunu qeyd edib. Ali Məclisin Sədri muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı təhsil əlaqələrindən danışıb, Naxçıvan Dövlət Universitetinin Türkiyənin universitetləri ilə əməkdaşlıq etdiyini vurğulayıb.

Ali Məclisin Sədri Ərzurum Vilayətinin nümayəndə heyətinin Naxçıvana səfərinin səmərəli olacağına əminliyini bildirib.

Ərzurum Vilayətinin valisi Okay Memiş göstərilən diqqətə görə minnətdarlıq edib, Naxçıvan Muxtar Respublikasına ilk dəfə səfər etdiyini və burada şahidi olduğu inkişafın onda böyük təəssürat yaratdığını bildirib. Ərzurum Vilayəti haqqında ətraflı məlumat verən vali Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin genişləndirilməsində səylərin artırılacağını vurğulayıb.

Sonra xatirə şəkli çəkdirilib.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.

Digər rəsmi xəbərlər

Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub
Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksi istifadəyə verilib
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Prezident Naxçıvanın ədliyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Kəngərli rayonunda qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş - VİDEO
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Rusiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Yeni inzibati bina istifadəyə verilib
Prezident Naxçıvanın kənd təsərrüfatı işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib
Geriyə
İrəli