Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin ifadəsidir.

Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi isə həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması və Şərur Rayon Uşaq Xəstəxanasının yaradılması bu sahədə görülən işlərin davamıdır.

NUHÇIXAN xəbər verir ki, yanvarın 24-də Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: Bu gün ölkəmizdə səhiyyə sahəsində mühüm tədbirlər həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, Azərbaycanda inkişaf etmiş ölkələrin səhiyyə sisteminə uyğun səhiyyə sistemi yaradılıb. Ümummilli liderimiz Heydər Əliyev tövsiyə edirdi ki, “Sağlam nəsil böyüdülməsi dövrümüzün ən başlıca sosial vəzifəsi kimi qarşımızda durur”. Bu gün Azərbaycan müstəqil dövlətdir. Müstəqil ölkədə isə insanların sağlamlığının qorunması qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də ölkəmizdə bu sahədə lazımi tədbirlər həyata keçirilir, dövlət proqramları qəbul olunur, yeni xəstəxanalar tikilir, müasir tibbi avadanlıqlar alınır və ixtisaslı həkimlər formalaşdırılır. Səhiyyənin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlardan biri də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci ilin 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”dır. Dövlət Proqramına uyğun olaraq bu gün Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilir.

Ali Məclisin Sədri deyib: Bu gün Şərur rayonunda 116 mindən artıq əhaliyə bir mərkəzi xəstəxana, bir kənd sahə xəstəxanası, bir Gigiyena Epidemiologiya Mərkəzi, 27 ambulatoriya və 32 feldşer-mama məntəqəsi tərəfindən səhiyyə xidməti göstərilir. Bundan başqa rayon əhalisinin 41 mindən çoxu 1-17 yaş arasında olan uşaq və gənclərdir. Onlara lazımi tibbi xidmətin göstərilməsi və uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi üçün Şərur rayonunda uşaq xəstəxanasının yaradılmasına ehtiyac yaranmışdı. Bu gün lazımi tibbi avadanlıqlarla təmin olunmuş yeni xəstəxana istifadəyə verilir. Xəstəxanada 25-i həkim olmaqla 85 tibbi heyət uşaqların və gənclərin sağlamlığı keşiyində duracaq, onlara həm stasionar, həm də poliklinika xidməti göstərəcək. Kollektivin qarşısında duran əsas vəzifə isə dövlət proqramında qarşıya qoyulan vəzifələri həyata keçirmək, eyni zamanda, səhiyyə protokollarına əməl etməkdən ibarətdir. Yaradılan şərait, quraşdırılan müasir avadanlıqlar və həkimlərin kurslara göndərilməsi qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri yaradılmış şəraitdən lazımi səviyyədə istifadə olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb.

Şərur Rayon Uşaq Xəstəxanasının baş həkimi Günay Quliyeva çıxış edərək deyib ki, muxtar respublikada uşaq və gənclərin sağlam böyüməsi sahəsində ardıcıl tədbirlər görülür. Müasir səhiyyə müəssisələrinin istifadəyə verilməsi, xüsusilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Müasir tələblər səviyyəsində qurulmuş xəstəxanada uşaqların dünya səhiyyə sisteminin tələblərinə uyğun müayinə və müalicəsi üçün şərait yaradılıb. Şərur rayonunda uşaq əhalisi tam keyfiyyətli tibbi xidmətlə əhatə olunacaqdır. Bu, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına göstərilən qayğının daha bir ifadəsidir. Günay Quliyeva Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsinə və burada yaradılan yüksək şəraitə görə kollektiv adından minnətdarlıq edib, Ali Məclis Sədrinin “Uşaqların sağlam böyüməsi ölkəmizin sağlam gələcəyinə xidmət edir” fikrini rəhbər tutaraq Şərur rayonunda uşaq əhalisinin sağlamlığının qorunmasında məsuliyyətlərini artıracaqlarına və etimadı doğruldacaqlarına söz verib.

Sonra Ali Məclisin Sədri xəstəxanada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, xəstəxanada stasionar şöbə, poliklinika bölməsi və yoluxucu xəstəliklər üçün izolyator fəaliyyət göstərəcək. Stasionar şöbə 3 palata, reanimasiya və intensiv terapiya, uşaqlar üçün oyun və işçilər üçün otaqlardan ibarətdir. Poliklinika bölməsi birinci və ikinci mərtəbələrdə yerləşir. Birinci mərtəbədə qeydiyyat, dispanzerizasiya, təcili tibbi yardım və manipulyasiya, stomatoloq, stomatoloq-ortodont, fizioterapiya, laboratoriya, ultrasəslə müayinə, kardiorevmotoloq, nevropatoloq, cərrah-travmatoloq, qəbul üzrə həkim, sahə pediatrları və sahə tibb bacıları, peyvənd və BÇJ kabinələri, yeməkxana, mətbəx, camaşırxana, texniki işçilər üçün otaqlar vardır. Yoluxucu xəstəliklər üçün izolyator da birinci mərtəbədə yerləşir və girişi ayrıdır.

Xəstəxanada nümunəvi tibbi informasiya sistemi yaradılıb, 12 kompüter qoyulub. Bu da xəstələrin qeydiyyatının elektron formada aparılmasına, eləcə də onlar haqqında məlumatların Səhiyyə Nazirliyindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən və icbari tibbi sığortanın tətbiq olunduğu digər xəstəxanalardan birbaşa izlənilməsinə imkan verəcəkdir.

İkinci mərtəbədə oftalmoloq, LOR, endokrinoloq-allerqoloq, derma-toveneroloq, ginekoloq, fitizatr-infeksionist, psixoloq-loqoped, baş həkim, mühasibatlıq və metodist üçün otaqlar yerləşir. Burada mərkəzi oksigen sistemi yaradılaraq reanimasiya və intensiv terapiya, palata, təcili tibbi yardım və manipulyasiya otaqlarına verilib. Xəstəxanada stasionar ultrasəslə müayinə cihazı, 2 stomatoloji qurğu, elektrokardioqrafiya, elektroensefaloqrafiya, hematoloji, biokimyəvi, EÇS təyini, qlükometr, avtoanalizatorlar, mikroskop, sentrifuqa, termostat, reanimasiya üçün kardio-monitorlar, elektrosorucu, ambu süni tənəffüs aləti, oksigen konsentratoru, pulsoksimetr, fizioterapiya kabinəsi üçün elektro və ultrasəs müalicə, ultra yüksək tezlikli cərəyanla müalicə, darsonval, inqalyator cihazları, solyuks, soyuq və isti kvars lampaları, parafinqızdırma qazanı quraşdırılıb. Həmçinin xəstəxananın oftalmoloji kabinəsi üçün şirim lampası, oftalmotoloji proyektor, dioptrimetr, oftalmoskop, retinoskop, görmə itiliyinin korreksiyası üçün linza dəsti, keratorefraktometr, sterilizasiya üçün avtoklav, quru hava sterilizatorları, bakteriosid lampalar, paketləmə cihazı, lor əməliyyat dəsti qoyulub, eləcə də yeni təcili tibbi yardım avtomobili verilib.

Həkim Nüsrət Həsənov minnətdarlıq edərək deyib: “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, - deyən Ali Məclis Sədrinin rəhbərliyi ilə Naxçıvanda Ulu Öndərin ideyaları reallığa çevrilib. Bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafı təmin edilib. Xüsusilə gənc nəslin sağlam böyüdülməsi sahəsində görülən işlər, müasir xəstəxanaların istifadəyə verilməsi gələcəyimizə göstərilən qayğıdır.

Ali Məclisin Sədrinə məlumat verilib ki, muxtar respublikada səhiyyə maarifi işi və səhiyyə protokolunun düzgün aparılması sahəsində müvafiq tədbirlər görülür. İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi tərəfindən 500-dən artıq səhiyyə protokolunu əhatə edən 19 adda kitab tərcümə olunub.

Ali Məclisin Sədri rayonda uşaq və gənclərin sağlamlığının daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb, səhiyyə protokollarının çap olunaraq bütün tibb müəssisələrinə paylanılması və düzgün istifadəsi, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələ ilə bağlı maarifləndirici kursların keçirilməsi barədə tapşırıqlar verib.

Xəstəxananın həyətində də abadlıq işləri aparılıb, mərkəzi istilik sistemi quraşdırılıb.

Digər rəsmi xəbərlər

Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR
Prezident Naxçıvanın vergi əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub - FOTOLAR
Akademik İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatı verildi - SƏRƏNCAM
Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü - FOTOLAR
Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib - VİDEO
Şahbuz şəhərində yeni Aviakassa tikilib - FOTOLAR
Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub
Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksi istifadəyə verilib
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri İSESKO-nun Baş direktorunun və TÜRKSOY-un Baş katibinin müavinləri ilə görüşüb
Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib
 Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Ali Məclisin Sədri Fərman imzaladı
Ağbulaq Xizək Mərkəzinin tikintisi davam edir
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin təqdimatı olub
Culfa rayonunun Qazançı kəndi abadlaşan kəndlərimiz sırasına daxil oldu
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
Geriyə
İrəli