Şərur rayonunun Kərimbəyli kəndində yeni sosial obyektlər istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası 95 illik yubileyini sosial-iqtisadi sahədə qazanılan yüksək nailiyyətlərlə qeyd edir. Həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurub. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada dövlət proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi əhalinin rahat yaşayışını təmin edib. Bütün bunlar muxtariyyətimizi daha da möhkəmləndirib, digər yaşayış məntəqələri kimi, Şərur rayonu da müasirliyə qovuşub.

NUHÇIXAN xəbər verir ki,  fevralın 7-də - Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ərəfəsində Şərur rayonunun Kərimbəyli kəndində yeni sosial obyektlər istifadəyə verilib.

                                       Kərimbəyli kənd tam orta məktəbinin açılışı olub

Fevralın 7-də Kərimbəyli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 270 şagird yerlik məktəbdə 2-si elektron lövhəli olmaqla 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otaqları, kitabxana və idman zalı vardır. Gənclərin kompüter biliklərinin möhkəmləndirilməsi müasir tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Məktəbin kompüter otağında internetə çıxışı olan 19 kompüter quraşdırılıb ki, bu da informatika dərslərinin tədris proqramına uyğun keçirilməsinə imkan verəcəkdir.

Kərimbəyli kənd tam orta məktəbinin kitabxanasında 1567-i dərslik və 2790-ı bədii ədəbiyyat olmaqla, 4357 kitab, eləcə də “Oxunması zəruri olan kitablar”dan ibarət guşə vardır. Həmçinin burada “Naxçıvan Muxtar Respublikası-95”, “Cəlil Məmmədquluzadə-150” və “İmadəddin Nəsimi-650” guşələri də yaradılıb.

Kimya müəllimi Şəfa Əliyeva müasir laboratoriyaların istifadəyə verilməsinin dəqiq elmlərin tədris proqramına uyğun keçirilməsinə şərait yaratdığını bildirib.

Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbdə hərbi kabinə də fəaliyyət göstərir. Bildirilib ki, məktəbin şagirdlərindən 2-si Heydər Əliyev adına Hərbi Liseydə, 2-si isə ali hərbi məktəblərdə təhsil alır.

Ali Məclisin Sədri idman dərslərinin və şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin düzgün təşkilinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, muxtar respublikada dəqiq elmlərin və şahmatın tədrisinə diqqətin artırılması uğurlu nəticələrin qazanılmasına imkan verir. Dövlət İmtahan Mərkəzinin ötən ilin buraxılış imtahanları ilə bağlı hazırladığı məlumatlarda Naxçıvan Muxtar Respublikasının nəticələri ölkə üzrə ümumi statistik göstəricilərindən yüksəkdir.

Ali Məclisin Sədri kimya-biologiya və fizika fənlərinin tədrisinə xüsusi diqqət yetirilməsi, Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən elektron dərsliklərdən istifadə olunması ilə bağlı tapşırıqlar verib.

Məktəbə baxış zamanı Naxçıvan Dövlət Xalça Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənilib.

Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb.

Kərimbəyli kənd tam orta məktəbinin direktoru Zeynəb Həsənova çıxış edərək deyib ki, Kərimbəyli kəndində kompleks quruculuq və abadlıq işləri aparılıb. Bu gün müəllim və şagirdlərin istifadəsinə verilən, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan müasir məktəbdə şagirdlər hərtərəfli təhsil alacaqlar. Yeni məktəb binasında yaradılanlar tədrisin daha yüksək səviyyədə təşkilinə hesablanıb. Muxtar respublikada təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər və təhsil işçilərinin sosial qayğılarının daim diqqətdə saxlanılması məsuliyyətimizi artırır. Zeynəb Həsənova gənc nəslin təlim-tərbiyəsində, əsl vətəndaş kimi yetişməsində bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.

Məktəbin müəllimi Səmrah Cəfərli deyib: Naxçıvanın muxtariyyət tarixinin 95 ili tamam olur. Tarixin heç bir dövründə Naxçıvan indiki qədər abad olmayıb və inkişaf etməyib. Göstərilən diqqət və qayğı sayəsində muxtar respublikamızın bütün şəhər və rayonları, o cümlədən kəndlərimizin siması dəyişib və müasirləşib. İndi ucqar dağ kəndinin infrastruktur təminatı baxımından paytaxt Naxçıvan şəhərindən heç də geridə qalmaması yaşayış məntəqələrinə və insan amilinə verilən dəyərin ifadəsidir. Kərimbəyli kəndi də müasir kəndlər sırasına qoşulur. Məktəbimizdə yaradılan şərait şagirdlərimizin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, həm də müəllimləri daha yaxşı işləməyə ruhlandırır. Səmrah Cəfərli təhsilə göstərdiyi diqqət və qayğıya, eləcə də yaradılan şəraitə görə müəllim, şagird və valideynlər adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kərimbəyli kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib: Kərimbəyli kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulub. Məktəbdə lazımi şərait yaradılıb, kompüter otağı, elektron lövhəli siniflər, laboratoriyalar və idman zalı istifadəyə verilib. Eyni zamanda, məktəbdə bütün fənləri tədris edəcək müəllim kollektivi vardır. Bütün bunlar ölkəmizdəki inkişafın nəticəsidir. Əgər ölkəmizdəki inkişaf və sabitlik olmasaydı, təhsil sahəsində bu işləri həyata keçirmək də mümkün olmayacaqdı. Bu gün ölkəmizdə digər sahələrlə yanaşı, təhsil də inkişaf etdirilir, məktəb quruculuğuna diqqət göstərilir.

Ali Məclisin Sədri deyib: Ölkə üçün təhsil vacib sahədir. Müdriklər deyirdi ki, bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Sağlam gənclik isə məktəbdə hazırlanır. Ümummilli liderimiz Heydər Əliyev tövsiyə edirdi ki, “Gənc nəslin təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq”. Ulu Öndərin bu fikirləri təhsilin ölkə həyatında nə qədər böyük rola malik olduğunu təsdiq edir. Bu gün Azərbaycan müharibə şəraitindədir, torpaqlarımız işğal olunub. Ordu quruculuğu sahəsində tədbirlər görülür. Lakin bununla yanaşı, ölkəmizin gələcəyinin hazırlanması sahəsində də tədbirlər görülür, təhsilin inkişafına ciddi diqqət yetirilir. Təhsil dövlətin himayəsindədir. Kərimbəyli kəndində müasir şəraiti olan məktəb binasının istifadəyə verilməsi də ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının nəticəsidir.

Ali Məclisin Sədri deyib: Kərimbəyli kənd tam orta məktəbinin nailiyyətləri vardır. Şagirdlərin ali və hərbi məktəblərə qəbul olması, eləcə də yüksək bal toplamaları məktəbdəki tədrisin səviyyəsinin göstəricisidir.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür edib, yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə, ölkəmiz üçün yararlı və peşə sahibi olan gənclər yetişdiriləcəyinə əminliyini bildirib.

Binanın həyətində şəhid Nüsrət İsmayılovun büstü qoyulub, müəllimlər və şagirdlər üçün bufet, fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, yaşıllıq salınıb.

 

 

Digər rəsmi xəbərlər

Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Fərman imzalayıb
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub
Xidmət mərkəzində lazımi şərait yaradılıb
Müasir kənd yolları inkişafın göstəricisidir
Yeni kənd mərkəzi istifadəyə verilib
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
Naxçıvanda Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Xidmət mərkəzinin açılışı olub
Gülşənabad kənd avtomobil yolu yenidən qurulub
Kənd mərkəzi fəaliyyətə başlayıb
Müasir Azərbaycan kəndi – Gülşənabad
Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib
Alışar kəndində xidmət mərkəzinin açılışı olub
Alışar Kənd Mərkəzində xidmət hərtərəfli təşkil olunub
Muğanlıda xidmət mərkəzi istifadəyə verilib
Muğanlı-Alışar kənd avtomobil yolu yenidən qurulub
Muğanlıda müasir səhiyyə müəssisəsi fəaliyyətə başlayıb
Kənd mərkəzi göstərilən xidmətin səviyyəsini yüksəldəcəkdir
Dövlət-xalq birliyi, davamlı inkişaf və yüksək rifah
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
İsa Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Orta İxtisas Polis Məktəbi üçün yeni tədris kompleksi istifadəyə verilib
Geriyə
İrəli