Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu ifadə edib, yeni vəzifəsində Qulamrza Süleymaniyə uğurlar arzulayıb. Ali Məclisin Sədri ölkə prezidentləri arasındakı xoş münasibətin Azərbaycan-İran əlaqələrinin inkişafında mühüm amil olduğunu bildirib. Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri arasındakı iqtisadi və mədəni əlaqələrdən bəhs edən Ali Məclisin Sədri gömrük-keçid məntəqələrinin fəaliyyətini və gediş-gəlişin artmasını əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Ali Məclisin Sədri muxtar respublikanın iş adamlarının Maku Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrindən danışıb və səfərin əhəmiyyətini vurğulayıb.

Qulamrza Süleymani İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbəri Morteza Bankın və Qərbi Azərbaycan Vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyarinin salamlarını Ali Məclisin Sədrinə çatdırıb. Maku Azad Ticarət və Sənaye Zonasının fəaliyyətindən danışan Qulamrza Süleymani ikitərəfli əlaqələrə və Naxçıvan Muxtar Respublikasının inkişafına diqqət çəkib, əməkdaşlığın perspektivlərini qeyd edib.

Ali Məclisin Sədri İranın Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonalar üzrə rəhbərinin və Qərbi Azərbaycan Vilayətinin valisinin salamlarına görə təşəkkür edib, onun da salamlarını Morteza Banka və Məhəmməd Mehdi Şəhriyariyə çatdırmağı xahiş edib.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.

Digər rəsmi xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Nurlana Əliyeva rektor təyin edildi - SƏRƏNCAM
Ordubadda “Allahşükür məscidi” istifadəyə verilib
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyi qeyd olunub
Yeni xidmət mərkəzi fəaliyyətə başlayıb
Türkeş kənd avtomobil yolu yenidən qurulub
Türkeş Kənd Mərkəzi istifadəyə verilib
Yeni Azərbaycan Partiyası: Xalqa və dövlətə xidmət amalı
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib - VİDEO
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyənin Diyanət İşləri başqanı ilə görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Ramin İsmayılov Qaz İstismar Xidmətinin rəisi təyin edildi - FƏRMAN
Ali Məclisin Sədri Fərman imzalayıb
Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində yeni içməli su sistemi qurulub
Xidmət mərkəzində lazımi şərait yaradılıb
Müasir kənd yolları inkişafın göstəricisidir
Yeni kənd mərkəzi istifadəyə verilib
Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində geniş quruculuq işləri aparılıb
Naxçıvanda Qaz İstismar Xidməti yaradıldı - SƏRƏNCAM
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
Xidmət mərkəzinin açılışı olub
Geriyə
İrəli