Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Möhsün Nərimanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, Ali Məclisin Sədri Möhsün Nərimanı təbrik edərək ona yeni vəzifəsində uğurlar arzulayıb, muxtar respublikanın iş adamlarının Araz Azad Ticarət və Sənaye Zonası ilə əlaqələrinə diqqəti çəkib. Maku Azad Ticarət və Sənaye Zonasının nümayəndə heyətinin Naxçıvana səfərini xatırladan Ali Məclisin Sədri muxtar respublika ilə sərhəddə iki azad ticarət və sənaye zonasının, eləcə də gömrük-keçid məntəqələrinin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını bildirib. Ali Məclisin Sədri deyib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən səfərlər, iqtisadi, mədəni, təhsil və energetika sahələrindəki əlaqələr, hər iki tərəfdən dövlət qurumlarının qarşılıqlı fəaliyyəti və Araz çayından səmərəli istifadə uğurlu əməkdaşlığın nəticəsidir.

Ali Məclisin Sədri əminliyini bildirib ki, Araz Azad Ticarət və Sənaye Zonasının nümayəndə heyətinin muxtar respublikaya səfəri əlaqələrin inkişafı baxımından səmərəli olacaqdır.

Möhsün Nəriman Ali Məclisin Sədri ilə görüşdən və Naxçıvana səfərindən məmnunluğunu ifadə edib, göstərilən xoş münasibətə görə minnətdarlığını bildirib. Əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün imkanların və qarşılıqlı marağın olduğunu deyən qonaq Araz Azad Ticarət və Sənaye Zonasının bu işdə rolunu vurğulayıb. Möhsün Nəriman Şərqi Azərbaycan Vilayətinin valisi Məhəmmədrza Purməhəmmədinin salamlarını Ali Məclisin Sədrinə çatdırıb.

Ali Məclisin Sədri Şərqi Azərbaycan Vilayətinin valisinin salamlarına görə təşəkkür edib, onun da salamlarını Məhəmmədrza Purməhəmmədiyə çatdırmağı xahiş edib.

İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak edib.

Digər rəsmi xəbərlər

15-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
Muxtar respublikada Bilik Günü qeyd olunub
Şəhərtipli müasir Badamlı qəsəbəsi
Naxçıvanda sosial qayğıya ehtiyacı olanlara fərdi yaşayış evləri, mənzillər və avtomobillər təqdim olunub
Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
Naxçıvan Beynəlxalq Hava Limanı üçün yeni uçuş-enmə zolağı tikilir
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsinin 50 illiyi qeyd olunub
Naxçıvanda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının üzvləri ilə görüş olub
Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin olunması ilə bağlı müşavirə keçirilib
Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi sahəsində işlər başa çatdırılıb
Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Sədərək
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ukraynanın ölkəmizdəki səfiri ilə görüşüb
Statistik Məlumatlar Sisteminin təqdimatı olub - FOTOLAR
Ali Məclisin Sədri Sərəncam imzaladı
Prezident Naxçıvanda xidmət edən hərbi qulluqçuları təltif etdi - SƏRƏNCAM
Prezident Naxçıvanda fəaliyyət göstərən dövlət qulluqçularını təltif etdi - SƏRƏNCAM
Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi fəaliyyətə başlayıb
Bu dövlət qurumlarında aylıq vəzifə maaşları artırıldı-YENİLƏNİB - SƏRƏNCAM
Ali Məclisin Sədri Dövlət Xidmətinə yeni rəis təyin etdi - FƏRMAN
Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib - FOTOLAR
Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - FOTOLAR
Yeni istirahət parkı hərbçi ailələrinin rahatlığına xidmət edəcək - FOTOLAR
Zabit-gizir ailələri üçün yeni yaşayış binası istifadəyə verilib - FOTOLAR
Prezident Naxçıvanın səhiyyə işçilərini təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Geriyə
İrəli