Çap
шаблон интернет магазина joomla
Бесплатные шаблоны Joomla

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Yeni hərbi hissələr istifadəyə verilir, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması diqqətdə saxlanılır.

NUHÇIXAN xəbər verir ki, bu sahədə görülən işlərin davamı olaraq martın 9-da Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib.

Ali Məclisin Sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində bütün zəruri vasitələrlə təmin edilib. Ərazidə yeni yaşayış və xidmət binası inşa olunub, lazımi şərait yaradılıb. Binada rabitə, ideoloji, yataq, yemək və texniki otaqlar istifadəyə verilib. Təlim mərkəzində maneələr zolağı və təlim idarəetmə məntəqəsi yaradılıb, yollar çəkilib, yaşıllıq zolağı salınıb.

Səhra təlimlərinin keçirilməsi üçün ərazidə yeni düşərgə də qurulub. Düşərgədə şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün tədbirlər görülüb, yataq yerləri və məişət guşələri istifadəyə verilib. Yaradılan şərait istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

View the embedded image gallery online at:
http://naxcivantv.az/index.php/ri/19265-%C9%99lahidd%C9%99-%C3%BCmumqo%C5%9Fun-ordunun-yeni-s%C9%99hra-t%C9%99lim-m%C9%99rk%C9%99zi-istifad%C9%99y%C9%99-verilib-fotolar.html?tmpl=component&print=1&layout=default&page=#sigProId2ad193f26c

www.naxcivantv.az