Martın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 3 sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün dövlətimiz tərəfindən sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlıq imkanları məhdudlaşmış şəxsə yeni mənzillər təqdim edilir. Bu, dövlətimiz tərəfindən vətən qarşısında öz vəzifələrini və vətənpərvərlik borclarını layiqincə yerinə yetirmiş insanlara göstərilən qayğının daha bir ifadəsidir. Çünki mənzil təminatı hər bir insanın rahat yaşayışı və əsas qayğılarının həll olunması deməkdir.

Ali Məclisin Sədri vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzillə təmin olunanlara təşəkkürünü bildirib, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib və yeni mənzillərində firavan həyat arzulayıb.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada müvafiq kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara minik avtomobillərinin verilməsi, tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 4 ailəyə mənzillər, 1 nəfərə isə minik avtomobili təqdim olunub. Həyata keçirilən tədbirlərin davamı olaraq bu gün müvafiq kateqoriyalı 4 şəxsə yeni mənzillər təqdim olunur. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək diqqətə və qayğıya görə minnətdarlıq edib, əhalinin sosial müdafiəsi sahəsində qarşıya qoyulan vəzifə və tapşırıqların icrasında səylə çalışacaqlarını bildirib.

Ali Məclisin Sədri mənzillərin orderlərini təqdim edib, müharibə iştirakçıları və onların ailə üzvləri ilə xatirə şəkli çəkdirib.

Azərbaycan Vətən Müharibəsi iştirakçısı Samir Sadıxovun valideyni Əmanət Musayeva çıxış edərək deyib: “Dövlətimiz tərəfindən müharibə iştirakçılarına, şəhid ailələrinə hərtərəfli qayğı göstərilir. Mənim övladım Samir Sadıxov da vətənimizin müdafiəsində sağlamlığını itirib. Valideyn kimi fəxr edirəm ki, övladım Vətən yolunda şərəflə xidmət edib. Bir neçə il bundan əvvəl övladıma avtomobil təqdim edildi. Bu gün – Novruz bayramı ərəfəsində isə yeni mənzil verilir. Göstərilən bu qayğı bizə ikiqat bayram sevinci yaşadır. Qürur duyuram ki, mən bu ölkənin vətəndaşıyam. Ailəmiz bundan sonra da vətənimizin inkişafına öz töhfəsini verəcəkdir”.

Əmanət Musayeva göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

Naxçıvan şəhərində yerləşən iki və üçotaqlı mənzillər təmir olunaraq lazımi şərait yaradılıb. Mənzillə təmin olunanlara xalça hədiyyə edilib.

Digər rəsmi xəbərlər

"Saat Meydanı" Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb - FOTOLAR
Naxçıvanda yeni məscid inşa olunur - FOTOLAR
Naxçıvanda Novruz bayramı münasibətilə ümumxalq şənliyi keçirilib - FOTOLAR
Mənzillər təqdim olunub - FOTOLAR
Darıdağ arsenli su müalicə və istirahət kompleksi inşa olunacaq
Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib - FOTOLAR
Kəngərli rayonunun yaranmasının 15-ci ildönümü qeyd olunub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
Naxçıvanda Xocalı soyqırımının 27-ci ildönümü ehtiramla yad edilib - FOTOLAR
Ali Məclisin Sədri Sərəncam imzaladı
Naxçıvanda sahibkarlarla görüş olub - FOTOLAR
Prezident Naxçıvanın vergi əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub - FOTOLAR
Akademik İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatı verildi - SƏRƏNCAM
Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü - FOTOLAR
Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçası istifadəyə verilib - VİDEO
Şahbuz şəhərində yeni Aviakassa tikilib - FOTOLAR
Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib
Şəhid ailəsinə, müharibə iştirakçılarına mənzil və avtomobil təqdim olunub
İnkişaf, tərəqqi və sabitliyin bəhrəsi – müasir Azərbaycan kəndləri
Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı qeyd olunub
Buzqov kəndində yerləşən hərbi hissənin əsgəri-məişət yaşayış kompleksi istifadəyə verilib
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib
Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib
Geriyə
İrəli