Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, dini-mənəvi dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir.

Dini dəyərlərin mahiyyətinə uyğun təbliğ olunmasına, dini-tarixi abidələrin bərpası və yeni məscidlərin tikilməsinə mühüm əhəmiyyət verilir. Hazırda Naxçıvan şəhərində inşası davam etdirilən yeni məscid də mənəvi dəyərlərimizin yaşadılacağı məkan kimi diqqəti cəlb edir.

NUHÇIXAN xəbər verir ki, martın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məscidin tikintisi ilə maraqlanıb.

Məlumat verilib ki, məscid kompleksinin sahəsi 6400 kvadratmetrdir. Eyni vaxtda 5 min nəfərin ibadət edəcəyi məsciddə qadın və kişilər üçün nəzərdə tutulmuş ibadət zalları, eləcə də mədrəsə olacaq. İki minarəli və 15 günbəzli məsciddə əsas tikinti işləri başa çatdırılıb. Naxçıvan və Şərq memarlıq üslubunda inşa olunan məscidin günbəzlərinin hündürlüyü 12, minarələrinin hündürlüyü isə 40 metrdir. Hazırda məscid binasının fasadında və daxilində işlər milli naqqaşlıq elementləri və dini rəmzlər əsas götürülərək davam etdirilir.

Kompleksdə Naxçıvan Muxtar Respublikası Qazisi yanında Şura üçün ikimərtəbəli inzibati bina və ikimərtəbəli mərasim binası da inşa olunub. İnzibati binada iş, kəbin və digər xidməti otaqlar, mərasim binasında isə ayrı-ayrılıqda qadınlar və kişilər üçün zallar, texniki otaqlar və dəstəmazxanalar olacaq.

Ali Məclisin sədri tikinti işlərinin keyfiyyətinə diqqətin artırılması, yerli iqlim xüsusiyyətlərinin nəzərə alınması, məscidin fasadına və daxilinə İslam dəyərlərinə və milli memarlıq üslubuna uyğun tərtibat verilməsi barədə tapşırıqlar verib.

Digər rəsmi xəbərlər

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Kəngərli
Ali Məclisin Sədri Fərman imzaladı
Muxtar respublikanın Nazirlər Kabineti fəaliyyətini gücləndirəcək
Naxçıvan Ali Məclisinin İntizam Komissiyası seçilib - TƏRKİB
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib - FOTOLAR
Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edildi - QƏRAR - FOTOLAR
Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək
“İxrac ilinə” mühüm töhfə
Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat
Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub
Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi - FƏRMAN
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub
Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib
Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi - FƏRMAN
Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır
Ali Məclisin Sədri Fərman imzalayıb
Ali Məclisin Sədri Fərman imzalayıb
Tarixi yaşadanları tarix də yaşadacaqdır
Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində
Ali Məclisə yeni şöbə müdiri təyin edildi
Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilib
Naxçıvanda yeni meyvə bağları salınıb
Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
Zahid Qənbərovun Ali Məclisin Sədrinə səmimi minnətdarlığı - VİDEO
Geriyə
İrəli